Məhkəmə qərarları › İş №3(005)-1346/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1346/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1346/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 490 və 499.1.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 00100-1073/21 nömrəli, 07 iyun 2021-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən **********054 və **********8054 saylı GB-lər ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin Şəxs MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Araşdırma ilə bağlı Şəxs MMC-nin hüquqi təmsilçisi X1 izahatı alınmışdır. O, izahatında şirkətin kənd təsərrüfatı avadanlıqlarının idxalı və satışı ilə məşğul olduğunu, şirkət tərəfindən **********8038 və **********8054 sorğu nömrəli gömrük bəyannamələri ilə istixanaların konstruksiyalarının istehsalı üçün lazımlı olan dəzgahlar, avadanlıqlar yüklərinin Rusiya Federasiyasına istixanaların istehsalı üçün göndərildiyini, həmin bəyannamələrlə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin son müddətinin 05.08.2020-ci il tarixində bitdiyini, 10.08.2020-ci il tarixdə şirkət tərəfindən daimi ixraca keçirilməsinə icazə verilməsi barədə ərizə ilə müraciət etdiklərini, daha sonra həmin yüklərin ixrac prosedurunda yerləşdirilməsi məqsədilə **********5108 və **********5104 sorğu nömrəli 19.05.2021-ci il tarixli gömrük bəyannamələri təqdim etdiklərini bildirmişdir. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən **********8054 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə müəvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin daimi ixrac proseduru altında yerləsdirilməsinə icazə verilməsi barədə 34/012/021813 nömrəli, 10.08.2021-ci il tarixli ərizə ilə müraciət edilmişdir. Göstərilən halları dəqiqləşdirmək məqsədilə Şəxs MMC tərəfindən müəvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin daimi ixrac proseduru altında yerləsdirilməsinə icazə verilməsi barədə təqdim edilmiş 34/012/021813 nömrəli, 10.08.2021-ci il tarixli ərizə əsasında **********8038 və **********8054 sorğu nömrəli gömrük bəyannamələri üzrə müvəqqəti ixrac proseduru altında yerləşdirilmiş malların ixrac proseduru altında yerləsdirilməsinin mümkünlüyü barəsində Əməliyyat və Təhqiqat idarəsinə məlumat verilməsi məzmunlu 34/013/013887 saylı, 25.05.2021-ci il tarixli xidmət qeyd ilə Xüsusi Gömrük Prosedurları şöbəsinə müraciət edilmiş və həmin şöbədən daxil olmuş 34/012/014837 saylı, 03.06.2021-ci il tarixli raportda Şəxs MMC-nin 10.08.2021-ci il tarixli 24/24/021813 nömrəli BBGİ-nə müraciətinə əsasən **********8038 və **********8054 sorğu nömrəli gömrük bəyannamələrinin ixrac gömrük prosedurunda yerləşdirilməsinin mümkün olduğu göstərilmişdir. Araşdırma zamanı müəyyən olundu ki, Şəxs MMC tərəfindən **********8054 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin müvəqqəti ixrac müddəti 05.08.2020-ci il tarixində bitmiş, bitdikdən 5 gün sonra **********8054 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə müəvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin daimi ixrac proseduru altında yerləşdirilməsinə icazə verilməsi barədə 34/012/021813 nömrəli, 10.08.2021-ci il tarixli ərizə ilə müraciət edilmişdir. Şəxs MMC tərəfindən **********8054 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin ixrac proseduruna keçirilməsi ilə bağlı 10.08.2020-ci il tarixdə ərizə ilə müraciət olunsa da, həmin yüklərə dair **********5108 və **********5104 sorğu nömrəli ixrac gömrük bəyannamələri 19.05.2021-ci il tarixdə gömrük orqanlarına elektron qaydada təqdim edilmiş, bununla da gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması şərtləri və qaydalarına əməl edilməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 490 və 499.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 izahatında göstərdi ki, Şəxs MMC kənd təsərrüfatı avadanlıqlarının idxalı və satışı ilə məşğul olur. Şirkət tərəfindən **********8038 və **********8054 sorğu nömrəli gömrük bəyannamələri ilə istixanaların konstruksiyalarının istehsalı üçün lazımlı olan dəzgahlar, avadanlıqlar istixanaların istehsalı üçün Rusiya Federasiyasına göndərilmişdir. Həmin bəyannamələrlə müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş yüklərin son müddəti 05.08.2020-ci il tarixdə bitmiş, lakin onlar 10.08.2020-ci il tarixdə həmin malların daimi ixraca keçirilməsinə icazə verilməsi barədə ərizə ilə müraciət etmişlər. Sonda barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 20.05.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********054 saylı GB ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin Şəxs MMC-nin tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır; 20.05.2021-ci il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən **********8038 saylı GB ilə müvəqqəti ixrac xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin Şəxs MMC-nin tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır; “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi”ndən çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən **********8054 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin müvəqqəti ixrac müddəti 05.08.2020-ci il tarixində bitmişdir; Bakı Baş Gömrük İdarəsinə ünvanlanmış müvəqqəti idxal (ixrac) edilmiş malların geriyə aparılma (gətirilmə) və ya digər gömrük proseduru altında yerləşdirilməsinə dair ərizədən görünür ki, Şəxs MMC tərəfindən **********054 və **********8038 saylı GB-lər üzrə müvəqqəti idxal (ixrac) edilmiş malların daimi ixrac proseduru altında yerləşdirilməsinə icazə verilməsi ilə bağlı 10.08.2020-ci il tarixdə müraciət olunmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən **********8054 və **********8038 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmiş yüklərin müvəqqəti ixrac müddəti 05.08.2020-ci il tarixində bitmiş, lakin Şəxs MMC tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə müraciəti gecikdirilməklə, yəni 10.08.2020-ci il tarixdə daxil olmuşdur. Bununla da Şəxs MMC tərəfindən İXM-in 490 və 499.1.1-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikadsı Gömrük Məcəlləsinin: 40-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər; 104.1-ci maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır; 104.2-ci maddəsinə əsasən malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır; 148-ci maddəsinə əsasən gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək bəyannaməçinin vəzifəsidir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 490-cı maddəsinə əsasən gömrük rəsmiləşdirilməsi qaydasının pozulmasına, yəni gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması, onun keçirilmə yeri, vaxtı və üsulu barədə müəyyən olunmuş tələblərə riayət edilməməsinə və ya gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiqi şərtlərinə əməl edilməməsinə görə - fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan əlli manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yetmiş beş manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. 499.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni on beş günədək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya qaytarılmasına görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər altı yüz manat məbləğində cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin hüquqi şəxs tərəfindən törədilmiş əməlin etiraf olunmasını məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halı və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin 490 və 499.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və İXM-in 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 499.1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 600 (altı yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov İş № 3(005)-1346/2021 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 29 iyun 2021-ci il Bakı Şəhəri Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 499.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 15:20-də açıldı. Sədrlik edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 490 və 499.1.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxıldığını elan edir. Sədrlik edənin icazəsi ilə iclas katibi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.2-ci maddəsinə əsasən məruzə edərək bildirdir ki, məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirir. Sədrlik edən yerində qısa müşavirə edib, qərara aldı: -Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclası davam etdirilsin. Sədrlik edən inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş digər sənədləri elan edir. Sədrlik edən məhkəmənin müşavirə otağına getdiyini elan edir. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra sədrlik edən qərarı elan edir. Məhkəmə iclası saat 15:30-da bağlı elan olunur. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar