Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1348/2020 23.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X1, zərərçəkmiş şəxs İbrahimova Könül İbrahim qızının, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respubliksı vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Tərlər rayonu Mamırlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi, ev 130, mənzil 115-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N E T D İ: Məhkəmənin icraatına xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-dən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:10 radələrində F.X.Xoyski küçəsi 130, mənzil 115 ünvanında vətəndaş İbrahimova Könül İbrahim qızını əli ilə bədəninə vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə xx xxxx 2020-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində F.X.Xoyski küçəsi 130, mənzil 115 ünvanında vətəndaş İbrahimova Könül İbrahim qızını vurmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan Şəxs müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, İbrahimova Könül İbrahim qızının onun barəsində qeyd etdikləri şər və böhtandır. Belə ki, xx.xx.2020-ci il tarixdə Könül aliment tələbi ilə onun evinə gəlib qapını bərkdən döymüşdür. O, qapını açıb, Könülə sakit olmasını, alacağının olduduğunu, həmin pulu alıb aliment borcunu ödəyəcəyini deməsinə baxmayaraq keçmiş həyat yoldaşı ona əhəmiyyət verməyərək, səs küy salmış və evə daxil olmağa çalışmışdır. O, isə xanımın evə daxil olmasının qarşısını almaq üçün onu sadəcə olaraq əli ilə itələmişdir. Başqa heç bir zorakılıq hərəkətinə yol verməmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında Könül evinin qapısını möhkəm döyərək aliment pulunu tələb etmişdir. O da belə olanda 102 xidmətinə zəng edərək Könülün onu narahat etməsi barədə məlumat vermişdir. Az sonra evdən çıxıb yaşadığı binanın qarşısına düşmüşdür. Polis işçiləri gələrək onları 18-ci polis şöbəsinə dəvət etdilər. Polis şöbəsində məlum olmuşdur ki, Könül yalandan 102 xidmətinə zəng edərək onu döyməyi barədə məlumat vermişdir. Onun Könülə əli belə dəyməmiş və ona heç bir zor tədbiq etməmişdir. Könül ona şər və böhtan atır ki, o, aliment pulunu ödəsin. Lakin onun da maddi imkanı çox zəyif olduğundan halhazırda aliment pulunu ödəməkdə çətinlik çəkir. Buna baxmayaraq aliment pulunu sadəcə olaraq bir neçə gün gecikdirir və mütləq ödəyir. Qeyd etdiklərini nəzərə alaraq barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X2 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:10 radələrində F.X.Xoyski küçəsi 130, mənzil 115 ünvanında vətəndaş İbrahimova Könül İbrahim qızının əli ilə bədəninə vurmuşdur. Eyni zamanda Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:00 radələrində yenə də həmin ünvanında vətəndaş İbrahimova Könül İbrahim qızı vurmuşdur. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müdafiəçisi Vəkil çıxış edərək Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs İbrahimova Könül İbrahim qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs ilə 2008-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan onların üç az yaşlı övladları vardır. 2016-cı ildə rəsmi olaraq Amilin məhkəməyə müraciətinə əsasən boşanmışlar. Məhkəmənin qərarına əsasən Amil hər ay ona 240 manat aliment pulu ödəməlidir. Amil aliment pulunu ödəmədiyindən 2020-ci ilin may ayında onu aliment pulunu ödəyəcəyi adı ilə çağıraraq döymüşdür. xx.xx.2020-ci il tarixdə saat 07 radələrində o, yenə Amilə zəng edərək alimenti ödəməsini bildirəndə Amil ondan xahiş etmişdir ki, yaşadığı binanın qarşısına gəlsin və alimenti orada ödəyəcəkdir. O, da Amilin barəsində istintaqda işi duğundan və ona zərər yetirməyəcəyini düşünüb yaşadığı binanın qarşısına gedib Amilə zəng etmişdir. Amil də ona gözləməsin demiş və az sonra binanın girişi tərəfə gələrək səbəbsiz yerə onunla mübahisə etməyə başlamışdır. Amil onu söyüb təhqir edib və alimenti verə bilməyəcəyini bildirmişdir. O, Amilin üzərinə qışqıraraq “verməyəcəkdinsə məni nəyə görə çağırmısan” dəyəndə Amil əsəbləşib alimenti ödəməyəcəyini yenidən bildirib ayağı ilə onun sağ bud nahiyyəmdən bir zərbə vurmuş və o, həmin zərbə nəticəsində yerə yıxılmışdır. O, yerə yıxılarkən sol əlinin bilək nahiyyəsi binanın divarına sürtünərək xəsarət almışdır. Belə olanda o, tez 102 xidmətinə zəng edərək bu barədə şikayət etmişdir. Az sonra polis işçiləri gələrək onların hər ikisini pol şöbəsinə dəvət etmişlər. Sonda zərərçəkmiş şəxs İbrahimova Könül İbrahim qızı Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xosrovova Könül Şaiq qızı izahatında göstərdi ki, Könül ilə Amil arasında tez-tez aliment mübahisələri olur. Qonşular isə həmin hadisəni ya gözləri ilə görür, ya da ki, onların səslərini eşidirlər. O, özü də bir neçə dəf tərəflərin mübahisəsinin şahidi olmuş və hətta bir dəfə onları sakitləşdirməyə, mübahisəyə son verməyə dəvət etmişdir. Lakin qeyd edilən tarixlərdə tərəflər arasında mübahisənin baş verib-verməməsi, yəni həmin tarix və Könülün döyülməsi onun yadında deyil. Məhkəmə iclasında şahid qismində dindirilmiş Adışova Zərifə Adıgözəl qızı izahatında göstərdi ki, Könül ilə Amil arasında mübahisələr tez-tez baş verir və bu hal bina sakinlərini həddindən ziyadə narahat edir. Hazırda bina sakinləri tərəflərin ikisindən də narazıdır. xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərinə gəldikdə isə tərəflər arasında mübahisələrin baş verdiyi tarixlər dəqiq yadında deyil və o, adətən evində olarkən onların səsini eşidir, yəni mübahisənin birbaşa şahidi deyildir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, İbrahimova Könül İbrahim qızının şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna göndərilməsi, vətəndaş Şəxs barəsində Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə cinayət təqibi olmadığından, cinayət işinin başlanılmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Nərimanov rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi, vətəndaş Şəxs barəsində Azərbaycan Respubilkası İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsindən ötrü qəbul edilmiş qərarın surətinin ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilməsi qərara alınmışdır. “İnzibati qaydada tutma haqqında” xx.xx.2020-ci il tarixli, AZA 004355 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 17:45-ə inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx xxx 2020-ci il tarixli, 337 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, İbrahimova Könül İbrahim qızında aşkar edilmiş xəsarətlər-sağ ənsə, döş qəfəsinin sol yarısının, sağ budun, sol baldırın qançırları, sol saidin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X5 xx xxxx 2020-ci il tarixli canlı şəxsin ekspertizası rəyindən görünür ki, İbrahimova Könül İbrahim qızında aşkar edilmiş xəsarətlər-sağ saidlərin sıyrıqları-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vətəndaş İbrahimova Könül İbrahim qızında aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməməsi barədə izahatını inandırıcı hesab etmir və həmin izahatın inzibati məsuliyyətdən yaxa qurtarmaq məqsədilə verilməsi nəticəsinə gəlir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsinə əsasən, inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-in 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, habelə təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 17:45-dən hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 4 (dörd) iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun Bakı şəhəri “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialında olan hesabına (H/h AZ41AİİİB********************, Bank rekvizitləri: “xxxxxxxxxxxx” ASC-nin Bakı şəhəri 1 nömrəli “Nəsimi” filialı, VÖEN: **********, Kod: 200112) köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1348/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1348/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver