Məhkəmə qərarları › İş №3(005)-1351/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1351/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1351/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 nümayəndəsi X2 iştirakı ilə, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi barədə şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 MN ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən, X3 tərəfindən İXM-nin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, 1000 manat cərimə tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, “İsmayıllı rayonu Göyçay çay yatağından qanunsuz olaraq qarışıq süxur qazılaraq daşınmışdır. İlk öncə qeyd edir ki, sözügedən qərardan məlumatı olmamış, onun izahatı alınmamış, ümumiyyətlə xəbər verilməmişdir. Bundan əlavə, yerin təkindən istifadə qaydalarının pozulmasına dair heç bir sübut olmadan, mütəxəssis dəvət edilmədən əsassız qərar qəbul edilmişdir. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 tərəfindən İXM-nin 111-ci maddəsinin tələbini, yəni müddətləri də pozaraq, xx.xx.2020-ci il tarixdə protokol tərtib edilməsinə baxmayaraq qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmişdir. Ona görə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X1 nümayəndəsi X5 şikayətin tələblərini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 rəisi X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”ın surətindən görünür ki, “İsmayıllı rayonu Göyçay çay yatağından qanunsuz olaraq qarışıq süxur qazılaraq daşınmışdır. Nəticədə X3 Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, inzibati qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iclasında şikayət verən şəxsin nümayəndəsinin izahatı və iş materialları ilə müəyyən edildiki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 ətraflı araşdırma aparmadan X1 İXM-nin 243.0.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. “Yerin təki haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yerin təki dedikdə, yer qabığının yer səthindən və ya torpaq qatından, su obyektlərinin (sututarların) dibindən aşağıda yerləşən, öyrənilməsi və istifadəsi mümkün olan dərinliklərədək uzanan süxurlardan, mineral-xammal ehtiyatlarından, enerji daşıyıcılarından (neft, qaz və s.), təbii və süni boşluqlardan, geoloji və texnogen törəmələrdən ibarət hissəsi başa süşülür. Həmin Qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının, habelə xarici ölkələrin hüquqi və fiziki şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında yer təkinin istifadəçiləri ola bilərlər. Yer təki istifadəçilərinin hüquqları və vəzifələri yerin təkindən istifadəyə bu Qanuna və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilən icazə alındığı andan yaranır. Həmin Qanunun 10-cu maddəsinə əsasən yer təki sahəsi istifadəçisinə yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuları tikmək və istismar etmək üçün icazə bu Qanunda və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sənədlər əsasında “Dağ-mədən ayırması” statusunun müəyyən edilməsi şəklində verilir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli, 176-VQ nömrəli Qanununa 3 nömrəli Əlavədən görünür ki, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması, faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan yeraltı qurğuların tikmək və istismar etmək məqsədilə “Dağ-mədən ayırması” statusunun verilməsi “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”na daxil edilmişdir. Məhkəmə xüsusi ilə qeyd edir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X10 tərəfindən X1 yer təki istifadəçisi olması, yerin təki sahəsində faydalı qazıntıların çıxarılması üçün “Yerin təki haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunları ilə müəyyən edilmiş icazəsinin olub-olmaması araşdırılmadan onun barəsində əsassız olaraq MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar” qəbul edilərək inzibati məsuliyyətə cəlb edilmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. İXM-nin 243.0.1-ci maddəsinin sanksiyasından göründüyü kimi, həmin maddənin dispozisiyasında nəzərdə tutulan inzibati xətanı törətmiş fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edildiyi halda, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 rəisi X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar”la X3 İXM-nin 243.0.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, şəxsin inzibati xətaların törədilməsində təqsirli hesab edilməsi üçün ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl mövcud olmalıdır. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar” qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 rəisi X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli,xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında qərar” ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 243.0.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X8 göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X6 rəisi X9 tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli“İnzibati tənbeh vermə haqqında qərar” ləğv edilsin. X1 Azərbaycan Respublikası İXM-in 243.0.1-cimaddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və X8 göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar