Məhkəmə qərarları › İş №3(005)-1358/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1358/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1358/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Şikayət vermiş şəxs X7 və onun vəkili- Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili –X8 iştirakı ilə, X3 Bakı şəhəri Nərimanov Rayon Dövlət X13 TP ******* nömrəli, 11.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Dövlət X13 TP ******* nömrəli, 11.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini, habelə yol nəqliyyat hadisəsi ilə bağlı təqsirkar X2 məsuliyyətə cəlb edilməsi məsələsinin həll edilməsi üçün Nərimanov DYPŞ-nə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X1 DYPŞ-nin (potis kapitanı X9) inzibati tənbeh vermə haqqında 11.06.2021 ci il tarixli. TP-4424062 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 327.1 ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Nərimanov DYPŞ-nin inzibati tənbeh vermə haqqında 11.06.2021 ci il tarixli, TP-4424062 saylı qərarını. 14.06.2021 ci il tarixdə almışdır. Nərimanov DYPŞ-nin inzibati tənbeh vermə haqqında 11.06.2021-ci il tarixli, TP-4424062 saylı qərarını, əsassız, qanunsuz və ləğv edilməli hesab edir. X7 , özünə məxsus olan MERCEDES BENZ E-220 CDİ markalı, **-SO-*** dövlət nömrə nişanlı avtomobillə 29.05.2021-ci il tarixdə gecə saat 00.30 radələrində yaşadığı Nərimanov rayonu İ.Dadaşov küçəsi ilə Z.Bünyadov küçəsi istiqamətində yolun sağında dayandığı yerdən dönmə işığını yandıraraq yolun soluna doğru geriyə dönmə əməliyyatı aparan zaman, həmin yol məhəllə daxili olmaqla yolun eni birdəfəyə dönməyə imkan vermədiyindən geriyə hərəkət edərək dönmə əməliyyatını tamamlamaq istədiyi vaxt Məmməd Araz küçəsi tərəfdən yüksək sürətlə hərəkət edən Ravon markalı **- PG-*** dövlət nömrə nişanlı avtomobil arxadan onun avtomobilini vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi isə Ravon markalı avtomobilin sürətinin həddən artıq yüksək olması səbəbi ilə sürücü (sonradan adını bildiyi) X2 avtomobili dayandıra bilməməsi olmuşdur. Hadisədən dərhal sonra o, avtomobildən enərək Ravon markalı avtomobilin sürücüsünə yaxınlaşmışdır. Həmin vaxt onun arxasınca gələn digər avtomobildən düşən və həmin məhəllədə yaşayan Səfalı adlı şəxs Ziyaya yaxınlaşaraq polis əməkdaşı olduğunu bildirərək, ona məhəllə daxilində iki avtomobilin iştirakı ilə yüksək sürətlə ötüşərək avtoxuliqanlıq etdiyini bildirərək barəsində tədbir görülməsi üçün müraciət edəcəyini bildirdi. Bundan sonra Ziya Şahverdiyev üzr istəyərək ailəsində problem olduğunu və yoldaşının evdən çıxaraq digər avtombillə getdiyini və özünün də emosional vəziyyətdə onu təqib etməsi səbəbindən sürət həddinə fikir vermədiyini və nəticədə hadisə törətdiyini bildirərək onun avtomobilini təmir edəcəyini bildirdi. O da Ziyanın bu davranışına və yalvarışlı üzrxahlığını nəzərə alaraq təklif etmişdir ki, Yol Patrul Xidmətinə müraciət edək müvafiq sənədləşmə işləri aparılsın və sığorta hesabına onun avtomobilini təmir etdirsin. Bu qaydada razılaşıb ayrılmışlar. Nərimanov rayon DYPŞ-nin inspektoru Sənan Tutayuk tərəfindən İXM-nin 327.1ci maddəsi ilə inzibati xəta haqqında İXP-3991909 nömrəli, 29.05.2021 ci il tarixli qanunsuz protokol tərtib etdilər. O, həmin protokolla razı olmadığını və şikayət edəcəyini bildirərək sözügedən protokol əsasında qəbul edilmiş qərarın surətini tələb etdikdə, ondan, sözügedən yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli olmasına dair izahat verməsini tələb etdilər. O, bununla razı olmadığı üçün Nərimanov rayon DYPŞ-dən 08.06.2021 ci il tarixdə rəsmi ərizə ilə müraciət edərək 14.06.2021-ci il tarixdə həmin qərarın surətini almışdır. Barəsində 29.05.2021-ci il tarixdə tərtib edilmiş İXP-3991909 nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında onun inzibati qaydada 40 manat cərimə edilməsinə dair 11.06.2021ci il tarixdə qəbul edilmiş TP-4424062 saylı qərar əsassız və qanunsuzdur. Göründüyü kimi yol nəqliyyat hadisəsini törədən Ravon markalı **-PG-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsü X6 tərəfindən Yol hərəkəti haqqında Azərbaycan Respublikası qanunun 50-ci maddəsinin tələbləri kobud şəkildə pozulmasına baxmayaraq,Nərimanov rayon DYPŞ-nin əməkdaşları Ziya Şahverdiyevi məsuliyyətdən yayındırmaq məqsədi ilə həmin hadisədə yuxarıda qeyd olunanları nəzərə almadan onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə qanunsuz protokol tərtib edərək, əsassız qərar qəbul etmişlər. Məhkəmə iclasında şikayətlə müraciət etmiş şəxs X7 və onun vəkili şikayəti müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayətin qərarın ləğv edilməsi hissəsində təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nərimanov Rayon Dövlət X13 TP ******* nömrəli, 11.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 29.05.2021-ci il tarixdə «MERCEDES BENZ E220 CDİ» minik markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Belə ki, iş üçün əhəmiyyət kəsb edən halların inzibati xəta haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş şəxsin məhkəmə iclasına dəvət olunmasına baxmayaraq gəlməməsi, inzibati xəta haqqında qərarda işin baxılma yeri, hərhansı texniki vasitədən istifadə edilib-edilməməsi barədə qeyd aparılmaması belə nəticəyə gəlməyə əsas verir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, X3 iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Dövlət X17 tərəfindən X3 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilməsi ilə bağlı TP ******* nömrəli, 11.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən inzibati xəta haqqında iş üzrə icraat zamanı X3 həmin maddələrdə nəzərdə tutulan inzibati xətanı törətməsi kifayət qədər sübuta yetirilməmiş, vəzifəli şəxsin həmin qərarla gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, İXM-də müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, səlahiyyətli orqanın əməkdaşı tərəfindən 29.05.2021-ci il tarixdə saat 00:30-da İ.Dadaşov küçəsi ilə Z.Bünyadov küçəsi istiqamətində hərəkət edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasının pozulması halına yol verilməsinin işdəki hansı mötəbər sübutlarla sübut olunması aydınlaşdırılmamış, işin halları ətraflı araşdırılmamış və ona obyektiv hüquqi qiymət verilməmiş, sübutların və inzibati xəta hadisəsinin videogörüntülərinin məhkəməyə təqdim olunmasına dair məhkəmə tərəfindən sorgu ilə müraciət olunmasına baxmayaraq, bu sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, X3 idarə etdiyi avtomobil ilə onun tərəfindən AR İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törətməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. X7 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə qəbul edilsə də, işə baxılarkən müəyyən edilmiş hallar əsaslandırılmamışdır. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta əsaslanmadan qəbul edilmişdir. İşin araşdırmalarından məhkəmə belə nəticəyə gəlir ki, şikayətçi X3 şikayət ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Dövlət X13 TP ******* nömrəli, 11.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Dövlət X16 göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 Bakı şəhəri Nərimanov Rayon Dövlət X13 TP ******* nömrəli, 11.06.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi hissəsində təmin edilsin və işə yenidən baxılması Bakı şəhəri Nərimanov Rayon Dövlət X16 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi AZ-1008 ünvan 1 ünvanı: mailto:contact@narimanovcourt.gov.azElektron ünvan 09 sentyabr 2020-ci il № 3(005)-1575/2020 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə X4 Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, M.K.Atatürk prospekti, ev 3, mənzil 55 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli 3(005)- 1575/2020 saylı qərarın surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəq, 01 nüsxə. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar