Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1360/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayətçi X2 vəkili X13, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakları ilə, X2 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsi, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi X7 şikayətini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “Rübai” restoranını icarəyə götürməklə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərmişdir (VÖEN **********). xx xxxxx 2019-cu il tarixindən fəaliyyətini dayandırmışdır. Restoranı işlətdiyi dövrdə 9 nəfər əmək müqaviləsi əsasında işçisi olmuşdur. X17 da həmin işçilərdən biri olmuş, inzibatçı vəzifəsində işləmişdir. Onunla əmək müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmış, Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndi ilə onun əmək müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam verildiyi müddətdən Bəhmən Əliyev restorana işə gəlməmiş, restoranla bağlı digər işlər görməmişdir. Bəhmən Əliyevin işdən çıxarılmasına səbəb, onun əsəbi olması, müştərilər və işçilərlə münaqişə etməsi, restoranda dava salması olmuşdur. Bəhmən Əliyevin barəsində 2019-cu ilin fevral ayında Nərimanov RPİ-də araşdırma getmiş, o, 06 gün müddətinə həbs olunmuşdur. Bəhmən Əliyevin bu hərəkətləri nəticəsində onun işinə böyük ziyan dəymiş, daimi müştərilər ora gəlməmişlər. İşdən çıxarılandan 3 ay sonra 2019-cu ilin may ayında Bəhmən Əliyev Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə şikayət edərək bildirmişdir ki, guya o, Bəhmən Əliyevi əmək müqaviləsi bağlanmadan işlətmiş və əmək haqqı verməmişdir. İyul ayının əvvəllərində o əmək müfəttişliyinə çağırılmışdır, ondan Bəhmən Əliyevlə bağlanmış əmək müqaviləsinin surəti tələb olunmuşdur. O, əmək müfəttişliyinə Bəhmən Əliyevin yalan danışdığını, əmək müqaviləsi ilə onun işlədiyi dövrdə ona əmək haqqının verildiyini, aprel ayında restoranı təhvil verərkən bir çox sənədlərinin itdiyini bildirmiş, bunun sübutu kimi sənədlərin itməsi barədə qəzetdə verilmiş elanı təqdim etmişdir. Bununla belə o, “Əmək müqavilələrin elektron informasiya sistemi”ndən xx.xx.2019-cu il tarixdə 2A5D94PQ0Q1X0 nömrə ilə qeydə alınmış Bəhmən Əliyevlə əmək müqaviləsinə xitam verilməsi barədə çıxarışı əmək müfəttişliyinə təqdim etmişdir. Lakin əmək müfəttişiliyindən ona bildirilmişdir ki, elektron çıxarış Bəhmən Əliyevlə əmək müqaviləsinin olmasını sübut etmir və o, guya əmək qanunvericiliyini kobud şəkildə pozmuşdur. Əmək müfəttişliyi qərəzli münasibət bəsləyərək qəbul etmək istəməməsini əmək müqaviləsinin kağız daşıyıcı üzərində deyil, elektron informasiya sisteminə daxil edilməsidir. Bundan sonra o, bağda istirahətdə olduğu müddətdə iyul ayının axırlarında mənzilinə baş çəkmək üçün gəldikdə, yaşadığı binanın komendatı ona Əmək Müfəttişliyinin xx xxxx 2019-cu il tarixli bildirişini və İnzibati Xəta haqqında Protokolunu təqdim etmişdir. O, protokolu alan kimi 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə və Azərbaycan Respublikası Əmək və X16 Nazirliyinə şikayət etmişdir. Lakin hələ də həmin şikayətlərlə bağlı cavab ala bilməmişdir. xx.xx.2019-cu il tarixdə poçt məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən xx.xx.2019-cu il tarixli 105555/2019-15-2 nömrəli bildirişi almışdır. Həmin bildirişdə Azərbaycan Respublikası Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ******* nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən xx.xx.2019-cu il tarixli qərarla icraata başlanılması və 10 gün müddətində könüllü olaraq qərarın icra olunması ona bildirilmişdir. Bildirişə isə səhvən tamam başqa işlə bağlı icraata başlama barədə qərarın surəti əlavə edilmişdir. Bundan sonra o, 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət edərək, barəsində inzibati tənbeh tətbiq etmə haqqında qəbul olunmuş qərarı tələb etmişdir. xx.xx.2019-cu il tarixdə o, müfəttişlikdə ərizə yazdıqdan sonra barəsində olan inzibati tənbeh tətbiq etmə barədə qərarın surəti ona təqdim edilmişdir. Qərara görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 manat məbləğində cərimə olunmuşdur. Beləliklə o, hesab edir ki, onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur və ləğv edilməlidir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(005)- 2017/2019 saylı qərarı ilə şikayətçi X2 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayət təmin olunmuş, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 3(103)-2684/19 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəl “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətin təmin olunması, həmin qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün birinci instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)- 70/2020 saylı qərarı ilə X2 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətin təmin edilməməsi qərara alınışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(103)-421/2020 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 vəkili X19 tərəfindən verilmiş, apelyasiya şikayətinin qismən təmin edilməsi, X2 Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəl “İnzibati tənbeh vermə haqqında” Qərarından verdiyi şikayətinin təmin edilməməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)-70/2020 saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(005)- 826/2020 saylı qərarı ilə şikayətin təmin olunması, X2 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinib 3000 (üç min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəl “İnzibati tənbeh vermə haqqında” Qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(103)-1047/2020 saylı qərarı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 3(005)-826/2020 saylı qərarının ləğv edilməsi, işin yenidən baxılması üçün həmin Məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X2 vəkili X19 verilmiş şikayətin dəlillərinə uyğun çıxış edərək 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin inzibati tənbeh vermə haqqında ******* nömrəli xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X14 izahatında bildirdi ki, vətəndaş X9 əmək hüquqlarının pozulması ilə bağlı 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciəti daxil olmuşdur. Həmin şəxs müraciətində göstərmişdir ki, “Rübai” restoranında əmək müqaviləsi olmadan onu işə cəlb etmişlər. Sözügedən məsələnin araşdırılması üçün fərdi sahibkar X4 müvafiq bildiriş göndərilmişdir. X2 nümayəndəsi araşdırma zamanı onlara bildirmişdir ki, X17 ilə X7 arasında müqavilə bağlanmış, lakin həmin müqavilə itirilmişdir. Bununla bağlı qəzetdə elan da verilmişdir. Lakin X7 ilə X17 arasında müqavilə olmadığından onlar tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Qəbul edilmiş qərar qanuni olduğundan şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. İnzibati qərardan verilmiş şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyib məhkəmə hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanmış X9 ərizəsindən, həmçinin izahatından görünür ki, X5 və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək bildirmişdir ki, o, 2019-cu ilin 20 fevralına qədər “Rübai” restoranında işləmişdir. Onunla əmək müqaviləsi bağlanmamış və ona əmək haqqı ödənilməmişdir; xx.xx.2019-cu il tarixli, MN seriyalı, ******* saylı “İnzibati xəta haqqında Protokol”un surətindən görünür ki, X7 tərəfindən X5 müqaviləsi bağlanmadan müvafiq işlərin yerinə yetirilməsinə cəlb edilmiş, əmək haqqı ödənilməmiş və əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmişdir. Bu fakt X9 izahatı və X2 təqdim etdiyi müvafiq sənədlərlə təsdiq olunur; xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən işə xx.xx.2019-cu il tarixdə baxılması barədə X7 məlumatlandırılmışdır; xx.xx.2019-cu il tarixli, MN seriyalı ******* saylı “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X7 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2019-cu il tarixli, 2A5D94P0001X0 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X7 ilə (işəgötürən) X17 (işçi) arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a)” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilmiş və bildiriş xx.xx.2019-cu il tarixdə sistemə daxil edilmişdir. Verilmiş elandan görünür ki, X2 adına (VÖEN: **********) olan əmək müqavilələri, ciddi blanklar, tabellər, ştat cədvəlləri, texniki təhlükəsizlik qaydalarına riayət olan jurnal, işçilərin qeydiyyat jurnalı, işçilərin azad olma ərizələri və digər mühasibata aid olan sənədlər itdiyi üçün etibarsız sayılır. Məhkəmə qeyd edir ki, işəgötürən “Rübai” restoranının vəzifəli şəxsi əmək qanunvericiliyinin tələblərini pozaraq işçi X17 ilə yazılı formada əmək müqaviləsi bağlamadan onu işçi kimi işə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 43-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 44-cü maddəsinin 1-ci və 3-cü hissələrinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Əmək qanunvericiliyinin yuxarıda sadalanan normalarından göründüyü kimi, işəgötürən “Rübai” restoranının vəzifəli şəxsi X7 ilə işçi X17 arasında iki nüsxədən az olmayaraq yazılı formada əmək müqaviləsi tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilməli və onun bir nüsxəsi işçi X10, digər nüsxəsi isə işəgötürən X1 idi. İşdə olan materiallardan (işəgötürən) X7 ilə (işçi) X17 arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bildirişin xx.xx.2019-cu il tarixdə sistemə daxil edilməsi görünsə də, tərəflər arasında yazılı formada əmək müqaviləsi tərtib olunmasına dair sübutlar təqdim edilməmişdir. Həmçinin X2 adına (VÖEN: **********) olan əmək müqavilələri və digər sənədlərin itdiyi üçün etibarsız sayılması ilə bağlı verilmiş elanda məhz (işəgötürən) X7 ilə (işçi) X17 arasında bağlanmış əmək müqaviləsinin itməsi təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Hazırki halda səlahiyyətli vəzifəli şəxs tərəfindən daxil olmuş məlumat əsasında araşdırma aparılmış, törədilməsi ehtimal olunan inzibati xəta aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapsa da, X2 həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilmə müddəti ötürülmüşdür. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X7 ilə X17 arasındakı əmək münasibətlərinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş və həmin tarixdən sonra əmək münasibətləri davam etməmişdir. Yəni ki, barəsində şikayət verilmiş qərarda göstərilən inzibati xəta xx.xx.2019-cu il tarixdə törədilmişdir. Azərbaycan Respublikası İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 53.0.6-cı madəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 53, 55,114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində Azərbaycan Respublikasının Əmək və X11 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin xx.xx.2019-cu il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1360/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1360/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver