Məhkəmə qərarları › İş №3(005)-1361/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1361/2020

27.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1361/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Ələkbərov Tural Mehman oğlu, X3 Nərimanov Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından şikayətlə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək həmin qərarların ləğv edilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı məhkəmənin elektron sistemindən çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatından görünür ki, X2 rayonu, Mincivan qəsəbə ərazi dairəsi, Mincivan qəsəbəsi, Nəsimi küçəsində qeydiyyatdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X3 Nərimanov Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndəriməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: X3 Nərimanov Rayon DYPŞ-nin xx.xx.2020-ci il tarixli, TP ******* və TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar