Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1361/2022 17.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 08 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AQTİ-nin Bakı Regional Bölməsinin “ölkəyə idxal olunmuş və qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə” olan 29.03.2022 tarixli, 64 №-li qərarını icra etməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X2 bildirdi ki, Şəxs MMC Ölkəyə idxal olunmuş “sərab” məhsulu partiyasının bir qisminin qida təhlükəsizliyi sertifikatı alınmadan satışının həyata keçirildiyi müəyyən edilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə müvafiq olaraq Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ölkəyə idxal olunmuş və qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş qida məhsullarının satış şəbəkələrindən geri yığılması haqqında 29.03.2022-ci il tarixli, 64 nömrəli qərardan görünür ki, Şəxs tərəfindən 02.03.2022-ci il tarixli İD********** nömrəli müraciət əsasında idxal olunan və qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş “şərab” məhsulu partiyası 07.04.2022-ci il tarixinədək satış şəbəkələrindən geri çağrılması və bu barədə Agentliyin Bakı Regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. 08.04.2021-ci il tarixli aktdan görünür ki, Şəxs tərəfindən idxal olunan yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı alınması ilə bağlı olan 02.03.2022-ci il tarixli İD********** nömrəli müraciətə Agentliyin Bakı regional bölməsində baxılmışdır. Ölkəyə idxal olunmuş “sərab” məhsulu partiyasının saxlandığı anbara 18.03.2022-ci il tarixində baxış keçirilən zaman məhsul partiyası tam olaraq anbarda aşkar edilməmişdir, belə ki “sərab” məhsulu partiyasının bir qisminin qida təhlükəsizliyi sertifikatı alınmadan satışının həyata keçirildiyi müəyyən edilmişdir və bu barədə müvafiq akt tərtib edilmişdir. Qeyd olunanları nəzərə alaraq, 02.03.2022-ci il tarixli İD********** nömrəli müraciətinizlə ölkəyə idxal olunmuş “şərab” məhsulu partiyası barədə “Ölkəyə idxal olunmuş və qida təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirilmiş qida məhsullarının satış şəbəkələrindən geri yığılması haqqında 64 nömrəli 29.03.2022-ci il tarixli qərar qəbul edilmişdir. Qərarda məhsul partiyasının 07.04.2022-ci il tarixinədək satıs şəbəkələrindən geri çağırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qeyd olunsada, bu günə qədər qərarın icrası ilə bağlı heç bir məlumat Agentliyin Bakı regional bölməsinə daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs MMC Ölkəyə idxal olunmuş “sərab” məhsulu partiyasının təhlükəsizliyi sertifikatı olmadan satışı həyata keçirmiş, bununla da Şəxs MMC tərəfindən İXM-in 544.2-ci maddəsinin tələbləri pozulmuşdur. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa 3 saylı Əlavə “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın 47-ci bəndində qida təhlükəsizliyi sertifikatının alınması nəzərdə tutulmuşdur. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasına idxal olunan qida məhsulları müvafiq qaydada tanınmış və ya müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən verilmiş qida təhlükəsizliyi (sağlamlıq) sertifikatına malik olmalıdır. Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə qaydaları aidiyyəti üzrə müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 16 iyul tarixli 302 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları”nın: 2.5-ci bəndinə əsasən sertifikatın alınması üçün “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə uyğun olaraq ərizə ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə müraciət olunmalıdır; 2.14-cü bəndinə əsasən sertifikatın verilməsi və sertifikatın verilməsi üçün dövlət rüsumunun ödənilməsi “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun olaraq həyata keçirilir. İXM-in 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1361/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1361/2022
17.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver