Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1363/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Şikayət vermiş şəxs X2 Abşeron Rayon Polis Şöbəsinin polis polkovniki X3 tərtib etdiyi TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X1 Rayon Polis Şöbəsinin polis polkovniki X3 tərtib etdiyi TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə Abşeron DYP tərəfindən istifadəsində olan **-XE-*** nömrəli nəqliyyat vasitəsinə əsasız olaraq 211-ci maddə ilə inzibati protokol tərtib olunmuşdur. Həmin vaxt 102 xidmətinə, xx.xx.2020-dən başlayaraq DİN-ə bir neçə dəfə müraciət etmişdir. Lakin xx.xx.2020-yə qədər heç bir məlumat almadığından xx.xx.2020-ci ildə Abşeron DYP-yə gedib müraciətin cavabını və qərarın surətini almışdır. Müraciəti araşdıran inspektor da sistemdə icazənin xx.xx.2020-ci ildən olmasına baxmayaraq protokolun tərtibində qanunvericiliyin tələbləri pozulmamışdır yazmışdır. Nə üçün müraciətin cavabını və qərarın surətini ünvana göndərmədiklərini soruşanda isə heç bir cavab verən olmamışdır. Hökumət portalında xx.xx.2020-ci il tarixdən icazənin olduğu halda yazılan protokolun ləğv olunması və ədalətli qərar verilməsinə köməklik göstərilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X9 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Polis Şöbəsinin polis polkovniki X3 tərtib etdiyi TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Abşeron Rayon Yol Patrul Xidməti inspektoru, polis serjantı X4 tərtib etdiyi İXP seriyalı ******* nömrəli, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə «Hyundai İX-35» minik markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaya–epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması hallarına yol vermişdir; -Abşeron Rayon Polis Şöbəsinin polis polkovniki X3 tərtib etdiyi TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 xx.xx.2020-ci il tarixdə «Hyundai İX-35» minik markalı ** XE *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. -İcazələrin alınması və Monitorinqi Sistemindən arayışdan görünür ki, X5 məxsus ** XE *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət üçün idarə edilməsi ilə əlaqədar olaraq icazəsi təsdiqlənmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X9 barəsində inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, ölkə Prezidentinin xx xxxxx 2020-ci il tarixli, 987 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli, 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.2-ci və 2.4-cü bəndlərinə “322.0.2” rəqəmlərindən əvvəl “211,” rəqəmləri əlavə edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan ölkə Prezidentinin müvafiq Fərmanına edilmiş dəyişikliyə əsasən dövlət yol polisi əməkdaşlarının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti xx xxxxx 2020-ci il tarixdən yaranmışdır. Hazırki işin hallarından isə görünür ki, Abşeron Rayon Polis Şöbəsinin TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı həmin idarənin buna səlahiyyəti olmadığı dövrdə qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Eyni Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İXM-in 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxsin) İXM ilə müəyyən edilmiş tələbləri, işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, xx xxxxx 2020-ci il tarixdə dövlət yol polisi əməkdaşlarının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olmadan, X6 həmin maddədə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilərək onu qanunsuz olaraq inzibati məsuliyyətə cəlb etmişdir. Ona görə də, şikayət təmin edilərək Abşeron Rayon Polis Şöbəsinin polis polkovniki X3 tərtib etdiyi TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli qərar ləğv edilməli və X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Polis Şöbəsinin polis polkovniki X3 tərtib etdiyi TP seriyalı ******* nömrəli, xx xxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X2 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Nərimanov Rayon Məhkəməsi vasitəsilə və bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1363/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1363/2020
06.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver