Məhkəmə qərarları › İş №3(005)-1363/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1363/2021

23.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1363/2021 23.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X3 oğlunun katibliyi, Şikayət vermiş şəxs- X1 iştirakı ilə, X1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PB-nin inzibati tənbeh vermə haqqında 09.06.2021-ci il tarixli qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PB-nin inzibati tənbeh vermə haqqında 09.06.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs X2 məhkəmə iclasında yazılı ərizə verərək 16.06.2021-ci il tarixdə vermiş olduğu ərizənin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayət ərizəsinin geri qaytarılmasına dair Gündüz Tarverdiyevin müraciətini nəzərə alaraq belə qənaətə gəlir ki, X1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PB-nin inzibati tənbeh vermə haqqında 09.06.2021-ci il tarixli qərarından verdiyi şikayət baxılmadan ona geri qaytarılmalıdır. Belə ki, İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayətçi şikayətinin geri qaytarılmasını tələb etdiyindən şikayətə baxılmayaraq geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrinə əsasən, QƏRARA ALDİ: X1 Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 17-ci PB-nin inzibati tənbeh vermə haqqında 09.06.2021-ci il tarixli qərarından verdiyi şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar