Məhkəmə qərarları › İş №3(005)-1364/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1364/2020

26.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1364/2020 26.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi ilə tərtib edilmiş xx xxxx 2020-ci il tarixli, 00100- 0868/20 nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs (VÖEN **********) xx xxxx 2020-ci il tarixdə **********6951 sorğu nömrəli Gömrük bəyannaməsi ilə rəsmiləşdirilmiş, İran Respublikasında fəaliyyət göstərən “JAM PETROCHEMİCAL CO” şirkətindən 2952020AZ/1 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 35BK545/35ZA095 nömrə nişanlı yük avtomobilində göndərilmiş, əvvəllər xx.xx.2020-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan fcesaublikasının gömrük ərazisindən aparılmış malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin xx xxx 2016-cı il tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci bəndinin tələblərinə riayət edərək malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl gömrük orqanlarına elektron qayada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxx 2020-ci il tarixdə saat 21:51-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair **********1573 sorğu nömrəli qısa idxal bəyannaməsini xx.xx.2020-ci il tarixdə saat 19:13-də elektron formada verməklə, mallar gömrük ərazisində gətirilməzdən əvvəl gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 485.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)- 1364/2020 nömrəli qərarı ilə Şəxs MMC İXM-in 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1500 (min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 3(103)-1441/2020 nömrəli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)- 1364/2020 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, qeyd edilən şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC ünvanına xx.xx.2020-ci il tarixində 545/35ZA095 nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş və ********* saylı GB ilə bəyan olunan zaman qısa idxal bəyannaməsinin yazılmaması aşkar edilmişdir; Gömrük bəyannaməsi üzrə elektron çıxarışdan görünür ki, Şəxs MMC tərəfindən mallara dair xx.xx.2020-ci il tarixdə, saat 19:13:14-də bəyannamə göndərilmişdir; xx xxx 2020-ci il tarixli qısa idxal bəyannaməsindən görünür ki, “JAM PETROCHEMİCAL CO” şirkətindən Şəxs MMC-nin ünvanına göndərilən mallara dair həmin tarixdə qısa idxal bəyannaməsi təqdim edilmişdir. İş materillarından göründüyü kimi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 485.2-ci maddəsi üzrə tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 00100-0868/20 nömrəli inzibati xəta haqqında protokola əsasən, mallar xx xxx 2020-ci il tarixdə saat 21:51-də Oərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, həmin mallara dair **********1573 sorğu nömrəli qısa idxal bəyannaməsi isə xx xxx 2020-ci il tarixdə saat 19:13-də elektron formada verilmişdir. Yəni, Şəxs tərəfindən mallara dair qısa idxal bəyannaməsinin həmin malların respublika ərazisinə gətirilməsindən əvvəl elektron formada verilməməsi kimi hərəkətə yol verilməmişdir. Məhkəmə qeyd edir ki, İXM-in 485.2-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə yaranır. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir.. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs hərəkətində inzibati xəta tərkibi olmadığına görə onun barəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli, 00100-0868/20 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində xx xxxx 2020-ci il tarixli, 00100-0868/20 nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar