Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1366/2025 01.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin polis sahə rəisi X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs və onun müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci və 232-1-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs X6 döymüşdür və əmlakına ziyan vurmuşdur. Nəticədə Şəxs tərəfindən İXM-in 157-ci və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin polis sahə rəisi X8 protokola uyğun izahat verərək müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında göstərdi ki, Binəqədi rayonu, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəza çəkmə müəssisəsinin ərazisində «Sobsan Boya» satış mərkəzinin yaxınlığında fəaliyyət göstərən «Simitçi Abi» şirkətində satış təmsilçisi işlədiyini, həmin şirkətə məxsus «Ford» markalı **-SP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərək sexdə bişirilmiş bulka məmulatlarım satış obyektlərinə daşımaqla məşğul olduğunu, xx.xx.2025-ci il tarixdə saat 05:30 radələrində Nərimanov rayonu, Akad. Həsən Əliyev küçəsi, 258 nömrəli tam orta məktəbin qarşısındakı səkidə dayandırılmış 2 ədəd simit arabasına bulka məmulatlarını verərkən tanımadığı şəxs mobil telefonu ilə onu çəkərəkən ünvanına təhqirlər işlətməsinə görə əsəbləşib onu əlləri ilə itələyib oradan getdiyini, həmin şəxsə qarşı fiziki zorakılıq göstərmədiyini, həmin şəxs tərəfindən əli ilə dodaq nahiyəsinə xəsarət yetirdiyindən onu əllərilə itələməsini göstərmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yer və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini uyğun mesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, istinad olunmuş Səhiyyə Nazirliyi “MTE və PAETT Birliyi” publik hüquqi şəxsin Nərimanov rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 131 nömrəli rəydə göstərilmişdir ki, müayinə zamanı vətəndaş X5 bədən səthi üzərində aşkar olunmuş xəsarətlər - sol əlin 5-ci barmağının səthi əzilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilməməsi səbəbilə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə inzbiati tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli “İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında” Qərardaddan aydın olur ki, Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Şöbəsinin rəisi Anar Rüstəmov tərəfindən İXM 157 və 232-1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirləri məhkəmə səlahiyyətinə aid olduğundan Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Nərimanov Rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati Xətalar Məcəllənin 9-cu maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə hazırkı iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs X1 Elçin Səməd oğlu tərəfindən döyüldüyünü və 700 manat dəri gödəkçəsinin cırıldığını iddia etsə də, Şəxs təqsirli olması, yəni X6 döyməsi və əmlakına ziyan vurması hərəkətlərinə yol verməsini təsdiq edən mötəbər sübut yoxdur. Habelə ekspertiza rəyində də X5 üzərində dərəcəsi təyin olunmayın xəsarətlərin hansı tarixə uyğun gəlməsi göstərilməmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Şəxs həqiqətən də X7 dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməsinə şübhələr qanunvericiliyin tələbinə əsasən onun xeyrinə həll edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə məhkəmə verilmiş inzibati xəta haqqında işi tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati protokolun və qərarın qanuniliyini yoxlayaraq, belə hüquqi nəticəyə gəlir ki, Şəxs barəsində gəlinmiş nəticələr hazırkı işin faktiki hallarına uyğun deyil, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs barəsində başlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232-1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta sübuta yetmədiyinə görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 43, 53.2, 114,115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 232- 1-ci maddələri ilə başlanmış inzibati iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1366/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1366/2025
01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver