Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1370/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi ilə, X2 Nərimanov rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X1 rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, şikayətçi X6 Mehtiabad qəsəbəsi, M.Müşviq 12 ünvanında yaşayır. Bu səbəbdən hazırki şikayətə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1, 129.1.3-cü maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayətçi X6 Mehtiabad qəsəbəsi, M.Müşviq 12 ünvanında yaşadığından, onun səlahiyyətli orqanın qərarından verdiyi şikayət aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: X8 Nərimanov rayon DYPŞ-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsinə dair şikayəti aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1370/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1370/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver