Məhkəmə qərarları › İş №3(005)-1372/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1372/2020

28.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1372/2020 28.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18ci PŞ-nin polis sahə inspektoru X1, Müdafiəçi-Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Beyləqan rayonu, Aşqallar kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X3 barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏ N E T D İ: Məhkəmənin icraatına xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol daxil olmuşdur. MN seriyalı ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında həmin protokolda qeyd edilir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Tələt Şıxəliyev 11-də ünvansız nalayiq söyüşlər söymüşdür. Bununla da X6 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Eyni zamanda X3 Azərbaycan Respublikası İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsində tərtib olunmuş xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə xx xxxx 2020-ci il tarixdə baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. xx xxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Tələt Şıxəliyev küçəsi 11 ünvanında xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bununla da X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan X3 eyni vaxtda törətdiyi bir neçə inzibati xəta ilə bağlı ayrı-ayrı inzibati materiallar xx xxxx 2020-ci il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsindən daxil olmuş inzibati işlərin bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 özünü Azərbaycan Respublikası İXM-in 211.1 və 510-cu maddələri ilə təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 10:15 radələrində xüsusi karantin rejimi ilə əlaqədar olaraq istifadə etdiyi mobil telefon vasitəsi ilə elektron icazə alıb yaşadığı mənzildən çıxıb yaxınlıqda olan mağazadan spirtli içki alıb evə getmiş və spirtli içkini içmişdir. Saat 16:00 radələrində spirtli içkinin təsirindən əsəbləşib evdə olan anası ilə mübahisə etmiş və karantin qaydalarını pozaraq yaşadığı evi elektron icazə olmadan tərk edib küçəyə çıxıb sərxoş vəziyyətdə ünvansız nalayiq söyüşlər söymüşdr. Təxminən 35 dəqiqə sonra polislər ona yaxınlaşıb karantin rejimi qaydalarının pozduğuna və ünvansız nalayiq söyüşlər söydüyünə görə onu Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə dəvət etmişlər. Etdiyi əməllərdən peşman olduğunu, bu cür əməllərə bir daha yol verməyəcəyinə söz verdiyini bildirərək barəsində həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin polis sahə inspektoru X2 izahatında göstərmişdir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Tələt Şıxəliyev küçəsi 11 ünvanında ünvansız nalayoq söyüşlər söymüşdür. Eyni zamanda X6 xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Tələt Şıxəliyev küçəsi 11 ünvanında xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Bu səbəbdən də X6 barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 211.1-ci maddələri ilə xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilmiş və baxılması üçün məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 müdafiəçisi Vəkil çıxış edərək X3 barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: “İnzibati qaydada tutma haqqında” xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, X6 xx.xx.2020-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” haqqında 2/4908 nömrəli, xx.xx.2020-ci il tarixli protokolundan görünür ki, X6 xx.xx.2020ci il tarixdə orta dərəcədə sərxoş olmuşdur. -Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin xx xxxx 2020-ci il tarixli Arayışından görünür ki, xx.xx.1974-cü ildə Bakı Şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə, saat 16:00 radələrində Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 11 ünvanında xüsusi karantin rejim qaydalarını və küçədə ünvansız nalayiq söyüşlər söydüyünə görə Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirilmişdir. Araşdırma zamanı vətəndaş Şəxs sərxoş olduğu müəyyən olunmuşdur. Vətəndaş Şəxs sərxoşluq dərəcəsini təyin etmək məqsədilə Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə aparılmışdır. Vətəndaş Şəxs tibbi müayinədən küçərkən “Orta” dərəcəli sərxoş olduğu barədə rəy verilmişdir. Vətəndaş Şəxs xx.xx.2020-ci il tarixdə saat 09:30-da “Orta” sərxoşluq dərəcəsindən ayılmışdır. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 211.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-in 211.1 və 510-cu maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 əməlində Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-nin 211.1 və 510-cu maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə eyni zamanda qeyd edir ki, X6 xx.xx.2020-ci il tarixdə saat 19:10-da inzibati qaydada tutulsa da, iş materiallarına əsasən o, tutularkən sərxoş halda olduğundan, həbsetmənin əvvəli inzibati qaydada tutulduğu vaxtdan deyil, İXM-nin 89.5-ci maddəsinin tələbləri baxımından ayıldığı vaxtdan yəni, xx.xx.2020-ci il tarixdə saat 09:30dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Həmin Qərarın 5-ci bəndinə əsasən bu qərarın 1-ci və 4-cü hissələri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsində nəzərdə tutulmuş hallara, həmçinin mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikasının Ali Məhkəməsində təmsil edilməsi zamanı vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına da şamil edilir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 3 (üç) iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 510-cu maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və İXM-nin 34.3-cü maddəsi nəzərə alınmaqla barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən saat 09:30-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Azərbaycan Respublikası DİN-ə bilavasitə tabe olan inzibati həbs olunanların saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar