Məhkəmə qərarları › İş №3(005)-1372/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1372/2022

05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1372/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin polis sahə inspektoru X5, müdafiəçi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Şərur rayonu, Sədərək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikasının ünvan 1 ünvanında qeydiyyatda olan Bakı şəhəri, Suraxanı rayonu, Korsan qəsəbəsində yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 05 may 2022-ci il tarixdə Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin polis sahə inspektoru X9 tərəfindən X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN seriyalı ******* nömrəli, 04 may 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. İnzibati xəta haqqında həmin protokolda göstərilir ki, X1 səs küy salaraq narahatçılıq yaratmış, polisin işinə maneçilik törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin 17-ci PŞ-nin polis sahə inspektoru X9 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 izahatında göstərmişdir ki, bu ilin may ayının 4-ü gəlib Administrasiyada növbə götürmüşdür. Növbədə durduğu zaman yanında yaşlı bir qadın zorla dayanmışdı və o keçmək isdəyəndə polis əməkdaşları onu buraxmadılar ki, növbəsini gözləməlidir. O öz növbəsini verəcəyini bildirib polis əməkdaşından qadını buraxmasını xahiş etmişdir. Ona bir polis əməkdaşı yüksək səslə iradını bildirmişdir. Polis əməkdaşları ilə bir az deyişmiş, həmin an polislər qolundan tutub onu maşına mindirdilər. Niyyətinin aranı qatmaq olmadığını, sadəcə yaşlı bir qadına köməklik etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X10 izahatında göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən Zaur Nudirəliyev küçəsində yerləşən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının vətəndaşları qəbulu mərkəzində xidmətdə olarkən mərkəzin rəhbərliyi bildirmişdir ki, “sıxlıq yarandığı üçün vətəndaşları saxlayın hissə-hissə buraxın”. Onlar vətəndaşlara arxaya çəkilmələrini xahiş etmişlər. Bu zaman vətəndaşlardan biri yaxınlaşaraq onlara bildirmişdir ki, qadını buraxın keçsin, onlar isə həmin vətəndaşa bildirmişlər ki, kənarda əyləşsin buraxılacaq. Bu zaman adı onlara sonradan məlum olan vətəndaş X6 vətəndaşların yanında polisin ünvanına nalayiq ifadələr işlətdiyi üçün həmin şəxsi gətirib 17-ci Polis Şöbəsinə təhvil vermişlər. Həmin şəxs şöbəyə daxil olduqdan sonra nalayiq ifadələr işlədirdi və hədə-qorxu gəlirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Post patrul xidməti bölüyünün polis nəfəri X13 digər şahid X7 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 müdafiəçisi X8 çıxış edərək X2 barəsində başlanılmış inzibati iş üzrə icraat xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş iş materialları ilə müəyyən olundu: Nərimanov RPİ-nin 17-ci PŞ-nin rəisi Azər Məmmədovun adına Nərimanov RPİ-nin PPXB-nün polis nəfərləri tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə xidmətdə olarkən Zaur Nudirəliyev küçəsində yerləşən Azərbaycan Respublikasının Prezidentin Administrasiyasının vətəndaşları qəbulu mərkəzində xidmətdə olarkən Administrasiyanın rəhbərliyi bildirib ki, “sıxlıq yarandığı üçün vətəndaşları saxlayın hissə-hissə buraxın”. Onlar vətəndaşlara arxaya çəkilmələrini xahiş ediblər. Bu zaman vətəndaşlardan biri yaxınlaşaraq onlara bildirib ki, qadını buraxın keçsin, onlar isə həmin vətəndaşa bildiriblər ki, kənarda əyləşsin buraxılacaq. Bu zaman adı onlara şöbədə məlum olan vətəndaş X6 vətəndaşların yanında polisin ünvanına nalayiq ifadələr işlətdiyi üçün həmin şəxsi gətirib 17-ci Polis Şöbəsinə təhvil veriblər. Həmin şəxs şöbəyə daxil olduqdan sonra nalayiq ifadələr işlədirdi və hədə-qorxu gəlirdi. Həmin şəxs barəsində qanuni müvafiq tədbirlər görülməsinə göstəriş verməyinizi xahiş etmişlər. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidlərin izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, X6 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, X4 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 50 (əlli) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. X6 dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar