Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1373/2020 06.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, X2 Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə Lənkəran şəhərinə getmək məqsədilə Bakı-Ələt yolunda yaradılmış xüsusi karantin postunda onu saxlayan YPX əməkdaşı onun icazəsinin olub-olmadığını soruşmuş, icazəsinin portalda yenilənməsini bildirərək bir qədər gözləməsini xahiş etmişdir. Qısa bir zamanda portalda yenilənmə getmiş və YPX əməkdaşına göstərmiş, sonuncu ona yolunu davam etməsini bildirmişdir. Yoluna davam edib 200-300 metr yol qət etdikdən sonra xx.xx.2020-ci il tarixdə saat 12:18-də onun mobil nömrəsinə sms gəlmiş və İXP ******* nömrəli protokola əsasən 200 manat cərimə olunmağı bildirilmişdir. Xətanın mövcudluğu omadığı halda, həmçinin onu qəbul etmədiyi halda, 6-cı tağımın əməkdaşı səlahiyyət həddini aşaraq hüquq və vəzifələrini ona izah etmədən barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş və onu yoluna davam etməyə buraxdıqdan sonra sms vasitəsilə cərimə olunmağı halda ona məlumat göndərmişdir. Halbuki həmin vaxt, yəni xx xxxx 2020-ci il tarixdə onun icazəsi olmadığı halda, xüsusi karantin rejimini pozmuşdursa, onu idarə etdiyi nəqliyyat vasitəsi ilə geri qaytarmalı idi, lakin o həmin gün hərəkətini davam etdirərək təyinatı üzrə Lənkəran şəhərinə getmişdir. Məhkəmə iclasında iştirak edən X5 şikayəti müdafiə edərək bildirdi ki, “Azərbaycan Ground Service”də şöbə müdiri işləyir. xx xxxx 2020-ci il tarixdə 6-cı posta yaxınlaşan zaman həmin icazə qüvvədə olmasa da, çox qısa müddət ərzində portalda yenilənmiş və bu barədə polis əməkdaşına məlumat vermişdir. Həmin yenilənmədən sonra polis əməkdaşı onun Lənkəran şəhərinə getməyinə icazə vermişdir. Lakin bir qədər hərəkət etdikdən sonra mobil telefonuna İXM-in 211.1-ci maddəsi ilə cərimə olunmağı barədə məlumat gəlmişdir. Verilmiş suallara cavab olaraq bildirdi ki, o, rayona getmək istəyən zaman icazəsinin bütün respublika ərazisində qüvvədə olmasını zənn etmişdir. Halbuki postda olan zaman ona məlum olmuşdur ki, icazəsi yalnız Bakı şəhəri və Abşeron rayonuna aiddir. Sonradan keçid postunda bir qədər gözləmiş, onun icazəsi yenidən sitemə daxil edilmişdir. Yekunda tərəfindən verilmiş şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən tərtib edilmiş İXP3404095 nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X5 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X5 xx.xx.2020-ci tarixində saat 12:09-da 6-cı postda “Hyundai Accent” minik markalı, **-LU- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən epidemiya əleyhinə rejimi, sanitariya-gigiyena və karantin rejimlərini pozmuş və nəticədə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə barəsində 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Elektron hökumətin İnkişaf Mərkəzinin icaze.e-gov.az saytından çıxarışlardan görünür ki, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi “Azərbaycan Ground Service”də şöbə müdiri X2 Bakı, Abşeron rayonu üzrə buraxılışa icazəsi əvvəlcə dayandırılmış, sonradan, yəni xx xxxx 2020-ci il tarixdə təsdiqlənmişdir (xx.xx.2020-ci il tarixədək). “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 05 avqust saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir; 1.2-ci bəndinə əsasən Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisinə xidməti zərurətlə əlaqədar giriş-çıxış aşağıdakı qaydada həyata keçirilir: 1.2.1. aşağıdakı şəxslər xidməti vəsiqələri əsasında:
1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və Azərbaycan Respublikası Nazirlər X4 əməkdaşları ezamiyyə vərəqələri olduğu halda;
2. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və ezamiyyə vərəqələri olduğu halda Milli Məclisin Aparatının əməkdaşları;
3. mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;
4. dövlətə məxsus olan hüquqi şəxslərin, o cümlədən dövlət adından yaradılan publik hüquqi şəxslərin rəhbərləri və ezamiyyə vərəqələri olduğu halda onların müavinləri;
5. hüquq mühafizə, məhkəmə və hərbi xidmət nəzərdə tutulmuş orqanların əməkdaşları (ezamiyyə vərəqələri olduğu halda), vəkillər;
6. Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti (Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında); 1.2.2. aşağıdakı şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edilən ezamiyyə vərəqələri əsasında:
1. bu Qərarın 1.2.1-ci yarımbəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşları;
2. “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbə-könüllülərinin, Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin könüllüləri;
3. bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin işçiləri və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və onların işçiləri;
4. fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşları; 1.2.3. kənd təsərrüfatı məhsullarının toplanılması, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidməti sahələrində fəaliyyət göstərən hüquqi şəxslərin əməkdaşları barədə məlumatlar (o cümlədən ezamiyyə barədə məlumatlar) işəgötürən tərəfindən, həmin sahələrdə fəaliyyət göstərən fiziki şəxslər barəsində məlumatlar isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və ya olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəlikləri tərəfindən gücləndirilmiş elektron imzadan istifadə olunmaqla “icaze.e-gov.az” portalına daxil edilməklə; 1.2.4. yaxın qohumunun dəfnində iştirak etmək istəyən şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” Xidməti – Zəng Mərkəzi vasitəsilə alınan icazə əsasında; 1.2.5. təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar həkim tərəfindən verilən arayış əsasında; 1.2.6. beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslər biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında; 1.5-ci bəndinə əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: 1.5.1-ci yarımbəndinə əsasən təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; 1.5.2-ci yarımbəndinə əsasən ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; 1.5.3-cü yarımbəndinə əsasən yaxın qohumunun dəfnində iştirakla əlaqədar; 1.6-cı bəndinə əsasən bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən olundu ki, xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən hərəkət məhdudiyyətləri X5 tərəfindən pozulmuşdur. Belə ki, onun “Azərbaycan Ground Service”də şöbə müdiri kimi ölkə ərazisində hərəkətinə icazəsi, izahatında və şikayət ərizəsində göstərdiyi kimi polis əməkdaşı tərəfindən yoxlanılarkən dayandırılmış statusunda olmuş, yəni onun ölkə ərazisində hərəkətinə icazə verilməmişdir. X2 barəsində inzibati xəta haqqında protokol tərtib ediləndən sonra yenidən “icaze.e-gov.az” saytına ölkə ərazisində xidməti işi ilə bağlı hərəkətinə icazəsi daxil edilmiş və həmin icazə təsdiqlənmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlilləri əsassızdır, belə ki, onun polis əməkdaşı tərəfindən saxlanıldığı vaxtda ölkə ərazisində hərəkətinə icazəsi mövcud olmamışdır. Göstərilən icazənin sonradan müvafiq qaydada təsdiqlənməsi X3 icazənin təsdiqlənməsinə qədər törətdiyi inzibati xətaya görə məsuliyyətdən azad etmir. Buna görə də məhkəmə hesab edir ki, X2 İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi əsaslıdır və bu barədə Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və icraata xitam verilməsi üçün əsas yoxdur. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən X2 Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
X2 Vİ X11 Xidməti inspektoru polis baş serjantı X7 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Tural Ələkbərov