Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1376/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Protokol tərtib edən şəxs Bakı Şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC-nin rəhbəri X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Şəxs MMC-nin rəhbəri X2 barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında borclu Şəxs MMC-nin rəhbəri X1, Şəxs MMCnin borclu olduğu icra sənədi üzrə tələb vəzifəli şəxs kimi tələb olunmuş, lakin N.Abdullayev tələbi icra edə bilmədiyini bildirmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs MMC-nin rəhbəri X2 tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X9 bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs MMC-nin rəhbəri X2 öhdəliklərini icra etmir. Bu səbəbdən barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X6 məhkəmə iclasında yazılı izahat təqdim edərək bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X10 arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış 004 saylı müqaviləyə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Səbri Qədirovun sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu Z.Xəlil küçəsində yerləşən mənzili söküntüsünü həyata keçirərək həmin mənzilin əvəzinə ona yeni tikiləcək yaşayış binasında 1 otaqlı, təmirsiz 31 kv.m sahəsi olan mənzili verməyi öhdəsinə götürmüşdür. Tərəflər razılığa gəldikdən sonra Səbri Qədirovun sahibliyində olan mənzil tərəflərindən sökülmüş tikinti və müqavilənin şərtlərinə uyğun planda binanın tikintisi davam etdirilmişdir. Tərəflər razılığa gəldikdən bir müddət sonra, iddiaçı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək onun sahibliyində olmuş yaşayış sahəsinin söküntüsünə görə ümumilikdə 205830 (iki yüz beş min səkkizyüz otuz) manat məbləğində pulun "xxxx" MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi 2(005)-201/2021 №-li iş üzrə qəbul etdiyi 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsini təmin etməmişdir. Bundan sonra, iddiaçı apellyasiya qaydasında qətnaməni mübahisələndirmişdir. Apellyasiya məhkəməsində mülki işə baxılan zaman Səbri Qədirov "xxxx" MMC-nin ofisinə gəlmiş və onunla xx.xx.2021-ci il tarixdə barışıq sazişi formasında əqd bağlanaraq "xxxx" MMC tərəfindən iddiaçıya 20400 manat pul verilmişdir. Ərizəyə əlavə edilmiş sazişdən də göründüyü kimi Qədirov Səbri 20400 manat pulun müqabilində ona veriləcək mənzildən imtina etmişdir. X15 20400 manat pulu alsa da apellyasiya instansiya məhkəməsində barışıq sazişinin təsdiqlənilməsindən imtina etmiş və buna görə də apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxmağa davam edərək apellyasiya şikayətinin təmin edilməməsi haqqında qətnamə qəbul etmişdir. Səbri Qədirov aldığı 20400 manat pulu geri qaytarmamasına baxmayaraq apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermiş, lakin onun şikayəti yenidən təmin edilməmişdir. Bundan sonra Səbri Qədirov xx.xx.2021-ci il tarixdə yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış 004 saylı müqavilədə nəzərdə tutulmuş mənzilin ona verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və məhkəmə iddiaçının iddia ərizəsini xx.xx.2022-ci il tarixində qəbul etdiyi qətnaməsinə əsasən təmin etmişdir. Buna da cavab olaraq iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək Səbri Qədirova şərtləşdirilmiş mənzilin əvəzinə ödənilmiş 20400 manat tələb edilmiş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə ilə bağlı artıq Nərimanov Rayon İcra Şöbəsində icra məmuru Emin Zeynalovun icraatında e50782\2023-15-5 saylı icra işi vardır. İcra sənədinin icrası ilə bağlı isə onu bildirmək istəyirik ki, hazırda "xxxx" MMC-nin balansında 1 otaqlı 31 kv.m təmirsiz mənzil mövcud deyildir. Belə ki 2 ilə yaxın müddət ərzində gedən məhkəmə prosesi zanamı "xxxx" MMC tərəfindən inşa edilmiş mənzillər satılmış və "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binası xx.xx.2021-ci il tarixdə təsis edilmiş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin balansına keçmişdir. Beləliklə, hazırda "xxxx" MMC-nin balansında icra sənədində göstərilən parametrlərə uyğun mənzil olmadığı səbəbindən, Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/2022-saylı icra sənədinin icrası mümkün deyildir. Ona görə də hazırki işlə bağlı İXM_nin 528.1 maddəsinin tərkibi olmadıgından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati xəta haqqında protokola ******* №-li inzibati xəta haqqında protokola əlavədən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, X10 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K/H-004 saylı müqavilə üzrə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin tələbkar X7 təhvil verilməsi öhdəliyi borclu "xxxx" MMC-nin üzərinə qoyulmalı, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu borclu "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İcra sənədi Sabunçu Rayon İcra Şöbəsi tərəfindən ərazi aidiyyəti üzrə göndərilmiş, şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş, xx.xx.2022-ci il tarixdə Sabunçu Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclunun ünvanına bildiriş göndərilmiş, bildiriş rəsmi qaydada borclu "xxxx" MMC-nin rəhbəri X2 tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Borclu Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, hazırda Şəxs MMC-nin balansında 1 otaqlı 31 kv.metr təmirsiz mənzil mövcud deyildir, müqavilədə nəzərdə tutulmuş binada bütün mənzillər satılmış və yaşayış binası xx.xx.2021 –ci il tarixdə təsis edilmiş "xxxx" MMMC-nin balansına keçmiş, X10 ilə Şəxs MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, K/H- 004 saylı müqavilə üzrə təmirsiz mənzilin verilməli olduğu yaşayış binasında boş mənzil qalmamışdır. Məhkəmə qərarının icrasında çətinliklər yarandığı üçün xx.xx.2023~cü il tarixdə icra sənədi üzrə tələbin hansı qaydada icra edilməsinə aydınlıq gətirilməsi ilə bağlı izah verilməsi barədə Nərimanov Rayon Məhkəməsinə müraciət olunmuş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/2022 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən qətnamənin izah verilməsinə dair ərizə təmin edilməmişdir. Borclu Şəxs MMC-dən dəfələrlə məhkəmə qərarının icrası tələb olunsa da, həmin təşkilatın rəhbəri X2 vəzifəli şəxs kimi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə riayət etməməkdə davam etmiş və icra sənədinin icrasını təmin etməmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs MMC-nin rəhbəri X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-389/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqindən görünür ki, iddia təmin edilərək, X10 ilə "xxxx" MMC arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 saylı müqavilə üzrə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin iddiaçı X10 təhvil verilməsi öhdəliyi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması, iş üzrə ödənilməli olan 100 manat dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişlərin surətindən görünür ki, borclu Şəxs MMC-yə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və həmin tarixli, 302194/2022-4-26-002 nömrəli müvafiq bildirişin surətindən görünür ki, borclu X8 icraata başlamaq haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-389/22 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs MMC-nin rəhbəri X2 məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəlikləri üzrsüz səbəbdən yerinə yetirməyərək, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqələrinin icrasını təmin etməmişdir. Bununla da, borclu Şəxs MMC-nin rəhbəri X2 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, Şəxs MMC-nin rəhbəri X2 İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin rəhbəri X2 İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1376/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1376/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver