Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1376/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarlar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. X1 tərəfindən İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu barədə Yasamal Rayon Polis İdarəsi tərəfindən 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189663, 17 aprel 2024-cü il tarixli, İXP seriyalı 6184522, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189614, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189597, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189540, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189525, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191780, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191792, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191822, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191842, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191865, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191413, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-2125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X2 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati iş materialları baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 və inzibati protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildiriş göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, X4 barəsində Yasamal Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189663, 17 aprel 2024-cü il tarixli, İXP seriyalı 6184522, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189614, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189597, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189540, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191780, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191822, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191842, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191865, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191413, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokollar Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə olsa da, lakin tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* protokollar Vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə olmuşdr (İXM 469.3). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində qeyd edilmiş inzibati xətanın tərkibinin yaranması üçün yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi gərəkdir. Lakin hazırkı iki protokol üzrə şəxs tərəfindən vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan inzibati xəta törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 barəsində tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189663, 17 aprel 2024-cü il tarixli, İXP seriyalı 6184522, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189614, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189597, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189540, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191780, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191822, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191842, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191865, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191413, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasının həddində nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməli, onu barəsində tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* protokollar üzrə isə şəxsin əməlində inzibati xəta tərkibinin əlamətləri mövcud olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 barəsində tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189663, 17 aprel 2024-cü il tarixli, İXP seriyalı 6184522, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189614, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189597, 18 aprel 2024-cü il tarixli, İXP seriyalı 6189540, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191780, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191822, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191842, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191865, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı 6191413, 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 (altı) ay müddətinə məhdudlaşdırılsın. X4 barəsində tərtib edilmiş 18 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* və 19 aprel 2024-cü il tarixli, İXP seriyalı ******* protokollar üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə onun əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1376/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1376/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver