Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1377/2023 16.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 544.2-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli, 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AQTA-nın Bakı RB tərəfindən Şəxs MMC barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli №33 nömrəli məhsulların geri çağırılması haqqında qərarı icra etməmişdir. Bununla da Şəxs MMC-nin barəsində İXM-in 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrin iştirakı təmin edilməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İXM-in 64.3-cü maddəsinə müvafiq olaraq həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağrılması haqqında xx.xx.2023-cü il tarixli, 033 №-li qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan xx.xx.2022-ci iİ istehsal tarixli xx.xx.2023-cü il son istifadə tarixli “X1" şirkətinin istehsalı olan ümumi çəkisi 12249.60 kilqram olan 2-ci növ qara üzüm qorusu məhsulu partiyasının dövriyyəsi dayandırılması; Şəxs xx.xx.2023-cü il tarixli, İP********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan olunan xx.xx.2022-ci il istehsal tarixli xx.xx.2023-cü il son istifadə tarixli “X1” şirkətinin istehsalı olan ümumi çəkisi 12249.60 kiloqram olan 2-ci növ qara üzüm qurusu məhsulu partiyası 20 gün müddətinə istehlakçılardan, bazarlardan və digər satış obyektlərindən geri çağırılması və bu bənddə göstərilən müddət bitdikdən dərhal sonra görülmüş tədbirlər barədə Agentliyin Baki regional bölməsinə məlumat verilməsi, istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmış qida və yem məhsulu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin, məhsul haqqında qərar verilənədək digər qida və yem məhsullarına təhlükə yaratmayan və istehlakçıların həmin məhsullarla təmasına imkan verməyən yerlərdə saxlanmalıdır. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin Şəxs MMC –yə ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-44-1/2-3291/23(1) saylı məktubundan görünür ki, ölkəyə idxal olunmuş, sınaq nəticəsi uyğunsuz olmuş və sertifikatstz satışı həyata keçirilmiş “X1” şirkətinin istehsalı olan ümumi çəkisi 12249.60 kiloqram olan 2-ci növ qara üzüm qurusu məhsulu partiyası barədə qəbul edilmiş " Qida Təhlükəsizliyi üzrə tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsullarının geri çağırılması haqqında'" Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Bakı regional bölməsinin 033 nömrəli xx.xx.2023-cü il tarixli qərarı icra olunması üçün Şəxs MMC-yə göndərilir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, AQTA-nın Bakı RB tərəfindən Şəxs MMC barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli №33 nömrəli məhsulların geri çağırılması haqqında qərarı icraetməmişdir. Bununla da Şəxs MMC tərəfindən İXM-in 544.2-ci maddəsinin tələbləri pozulmuşdur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun: 30.1. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və (və ya) təhlükəli qida və yem məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) dövlət nəzarəti tədbirləri çərçivəsində qəbul etdiyi qərar və ya qida subyektlərinin öz təşəbbüsü əsasında həmin subyektlər tərəfindən istehlakçılardan, bazardan və digər satış obyektlərindən geri çağırılmalı və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu haqda dərhal məlumatlandırılmalıdır. 30.5. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və aparılmış tədqiqin (sınağın) nəticəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyat və sağlamlıq üçün təhlükəli hesab edilən qida və yem məhsulları bu Qanunun 30.9-cu maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada utilizasiya və ya məhv edilməlidir. 30.7. Bu Qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə uyğun olmayan və təhlükəli məhsulların tədqiqi (sınağı), saxlanması, daşınması, utilizasiyası və ya məhv edilməsi ilə bağlı xərclər həmin məhsula cavabdeh olan qida subyektlərinin vəsaiti hesabına ödənilir. İXM-in 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1377/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1377/2023
16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver