Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1378/2024 22.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Dilənova Aydan Vüsal qızının katibliyi ilə Barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X3, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 yol-patrul xidmətinin inspektoru X4 iştirakları ilə, X5 barəsində Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi ilə bağlı şikayətlə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisinin ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 150 (yüz əlli) manat cərimə edilmişdir. O, **-UU-*** dövlət qeydiyyat nişanlı, Bmw 330e Hibrid minik markalı avtonəqliyyat vasitəsnii etibarnamə ilə idarə edir. xx.xx.2024-cü il tarixində A.M.Cümə küçəsində hərəkətdə olarkən ona saxla əmri verildi, o nəqliyyat vasitəsini qırağa çəkib saxladığdan sonra onun nəqliyyat vasitəsində təkərlərin ölçülərə uyğun olmadığı avtomobilə qanunsuz speyser quraşdığını bildirdi və nəqliyyat vasitəsinə İXM 342.2.2-cü maddəsi ilə protokol tərtib edildi. O, bunun qanunsuz olduğunu, ona məxsus nəqliyyat vasitəsində İXM 342.2.2-ci (nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələblər pozulmaqla Avadanlığın quraşdırılması) maddəsinin tələblərini pozan heç bir əlavə avadanlığın olmamasını bildirsə də, nəqliyyat vasitəsi cərimə meydançasına aparıldı və qanunsuz Konstitusiyaya (təqsirsizlik prezumsiyası hüququna) zidd olaraq avtomobilə heçbir baxış keçirilmədən barəmdə cəza tədbiri görüldü. Dövlət yol polisi əməkdaşları barəsində qərar qəbul edərkən prossesual qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Protokol tərtib olunduqdan sonra xx.xx.2024-cü il tarixində Bmw avtomobil brendinin Azərbaycandakı rəsmi servisi olan "xxxx" MMM də yoxlanılmış və speyserlər quraşdırılmış halda təkərlərdə hansısa normativlərə uyğunsuzluq aşkarlanmamışdır. Odur ki, Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində tərtib olunan qərardan şikayət vermiş şəxs X5 şikayətə uyğun izahat verərək idarə etdiyi avtomobilə əlavə avadanlıq speysrlər quraşdırdığını, lakin həmin avadanlığın heç bir normaları pozmadığını bildirmişdir. Avtomobilini "xxxx" MMM-dən yoxlanışdan keçirtdiyini və həmin avadanlıqların ölçülərinin norma daxilində olduğu bildirilmişdir. Odur ki, barəsində tərtib olunmuş qərar qanunsuz olduğundan ləğv edilməsini və barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 yolpatrul xidmətinin baş inspektoru X6 bildirmişdir ki, qeyd edilən avtomobilə sonradan quraşdırılmış speysrlər adlı avadanlıqlaq avtomobildə edilmiş konstiruksiya dəyişikliyi hesab edilir. Buna görə də qərar qanunidir, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən tərtib olunmuş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərardan görünür ki, X7 tərəfindən Azərbaycan Respublikası İXM-in 329.3-cü və 342.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən onun barəsində 150 (yüz əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə islasında tədqiq edilmiş "xxxx" MMM tərəfindən tərtib edilmiş arayışından görünür ki, speyserlər quraşdırılmış halda təkərlərarası baza və təkər (təkər düsturunun) bucaqlarının ölçüləri norma daxilindədir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. İXM-in 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 342.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, yəni 342.2.2-ci maddəsinə görə normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılması və ya dəyişdirilməsi də daxildir. X2 hazırda şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən xətanı törətmədiyini, əməlində inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadığını bildirsə də, məhkəmə qeyd edilənlərin həqiqəti əks etdirmədiyi qənaətinə gəlir. Belə ki, şəxs tərəfindən idarə etdiyi nəqliyyat vasitəsinin normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmışdır. Məhkəmə qeyd edilənlərə məcmu halda qiymət verərək hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti təkzib olunur, onun şikayəti məsuliyyətdən yayınmaq məqsədi güdür və işin faktiki hallarını əks etdirmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarın qəbul edilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Bu səbəbdən X3 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməməlidir. İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Dövlət X11 tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1378/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1378/2024
22.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver