Məhkəmə qərarları › İş №3(005)-1378/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1378/2025

13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1378/2025 13.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 01 Noyabr 2024-ci il tarixində Xətai rayonu S.Vəzirov küçəsində mülkiyyətində olan və həyat yoldaşı Humay Azayevanın adına qeydiyyata alınmış 77HO814 dövlət qeydiyyat nişanlı Toyota Camry minik markalı avtomobilə Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 69-cu maddəsinin 7-ci bəndində 1.1—1.3 xətlərini kəsib keçməyin qadağan edildiyini əsas tutaraq Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinadən İXP6680201 saylı protokol tərtib edilmiş və həmin protokola uyğun olaraq 27 Fevral 2025-ci il tarixində İXM-nin inzibati tənbeh vermə haqqında 327.2-ci maddəsinə əsasən TP7079278 nömrəli qərar qəbul edilmiş və 100 AZN məbləğində, 3 bal olmaqla inzibati cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 130cu maddəsində göstərilən 10 gün şikayət müddətinin bərpasını xahiş edir. Bu gecikmə həmin inzibati tənbeh Qərarının fiziki, poçt və ya elektron ünvanına göndərilmədiyindən, DYP-nə dəfələrlə şəxsən və elektron müraciətinə baxmayaraq təqdim edilməməsindən qaynaqlanır. Tərtib edilmiş bu protokol və müvafiq olaraq inzibati tənbeh tətbiq etmə haqqında TP7079278 saylı Qərar tamamilə qanunsuzdur və həmin inzibati tənbeh tətbiq etmə haqqında Qərar ləğv edilərək, inzibati xətalar haqqında icraata xitam verilməlidir. TP7079278 saylı qərar İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbinə tamamilə zidd olaraq tərtib edilmişdir. Belə ki, müvafiq Elektron protokolda heç bir foto və video əks olunmayıb və Elektron qərarlar real vaxt rejimində tərtib edilməyib. Qoşmada əlavə edilmiş TP7079278 saylı Qərarda aydın görünür ki, İnzibati xətanın təyin edilmə tarixi xx.xx.2024 qərarın tərtib edilmə tarixi xx.xx.2025, onun ünvanına göndərilmə tarixi isə xx.xx.2025-dir. Yuxarıda qeyd edilmiş Elektron qərarın qanunsuz olduğu haqqında asanpay və mia.gov.az saytı üzərindən Daxili İşlər Nazirliyinə öz şikayətini İXM-nin 130-cu maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində (şikəyəti sms-i əldə etdiyi gün, yəni xx.xx.2025 də ) yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) bildirsə də, Daxili İşlər Nazirliyinin bununla bağlı cavabı rəsmi olaraq 25 Aprel 2025-ci il tarixində göndərilib və 04 Aprel 2025 tarixli bu cavabda əlaqəli protokolun xüsusi texniki vasitələrlə təyin edildiyi təkzib edilir. Halbuki İXM-nin 131-ci maddəsinə əsasən bu şikayətə 10 gün müddətində baxılmalı idi. Burdan belə nəticəyə gəlmək olar ki, bu pozuntu xüsusi texniki vasitələrlə deyil, birbaşa polis əməkdaşı tərəfindən aşkarlanıb. Elə olduğu təqdirdə pozuntu ilə bağlı qərar və protokol birbaşa yerində özümə təqdim edilməli və SMS-i həmin gün almalı idi. Bu Qərar təqribi 3 ay sonra yazılıbsa, deməli, bu yalnız texniki vasitələrin köməyi ilə aşkarlana bilərdi. Bundan əlavə baxmayaraq ki, bu protokol həmin ərazidə quraşdırılmış kameralar yəni texniki vasitə köməyi ilə tərtib olunub, İXM-sinin 122-ci maddəsinə əsasən bu pozuntu real vaxt rejimində tərtib edilməli, foto və video əlavə edilməklə mərkəzi informasiya sisteminə 24 saat ərzində yerləşdirilməlidir. Şikayət vermiş X3 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 08:16-da Xətai rayonu, S.Vəzirov küçəsi ərazisində X3 “Toyota Camry” minik markalı, **- HO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən birtərəfli hərəkət yoluna çıxaraq nəqliyyat axının əksinə hərəkət etmişdir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X3 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Halbuki iş materiallarında olan videogörüntüdən müəyyən edilmişdir ki, X3 xx.xx.2024cü il tarixdə saat 08:16-da yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar