Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1382/2020 07.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, Şikayət verən şəxs X6 nümayəndəsi X3, Qərarı bərəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarından X11 tərəfindən verilmiş şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 İşlər Nazirliyi Baş Dövlət X20 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2019-cu il tarixdə o, idarə etdiyi “Wolksvagen” markalı AZ **-FX-*** dövlət qeydiyyat nişanlı və xx xxxxxx 2019-cu il tarixdə atası X7 “Lexus” markalı AZ **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobillərlə Bakı şəhəri M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin tələbinə əməl etməyib, 3.1 “Giriş qadağandır” yol nişanının təsir zonasında hərəkət etdiklərinə görə xüsusi texniki vasitə ilə barələrində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə EQ ******* və EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlarla razılaşmayaraq, şikayət ərizəsi ilə Bakı Şəhəri Baş Polis İdarəsi Dövlət X18 müraciət etmişlər. Həmin orqan əsassız olaraq onların şikayətini təmin etməyib, qərarları qüvvədə saxlamışdır. Belə ki, Yol Polisi tərəfindən ərizələrində göstərdikləri dəlillər təhlil edilməmiş, onlara qiymət verilməmiş, cavab məktubunda əsassız və uydurma olaraq onların çağırışlara gəlmədikləri qeyd olunmuşdur. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati qərar ləğv edilməlidir. Onlar eyni ərazidə, eyni səbəblərə görə təqsirsiz olaraq yol hərəkəti qaydalarını pozmuşlar. M.Qaşqay və F.Qasımzadə küçələrinin kəsişməsinə çatmamış qaz borusuna quraşdırilmış 4.1.5 düzünə və ya sola məcburi hərəkət istiqamətini göstərən nişanı külək əyərək qorizontal vəziyyətə gətirmiş və sürücülər üçün görünməz etmişdir. Bu səbəbdən də sağa dönməyin qadağan edilməsi barədə xəbərdarlıq barədə sürücülərin məlumat alması mümkünsüz olmuşdur. Nişanın istifadəyə yararsız vəziyyətdə olması inzibati xətanın törədilməsinə səbəb olmuş amillərdən biridir. Bundan başqa, F.Qasımzadə küçəsinin yol sahəsinə 3.1 “Giriş Qadağandır” nişanı düzgün quraşdırılmamışdır. Həmin nişan Qaydalarda nəzərdə tutulduğu kimi hərəkət istiqamətinə nisbətən yolun sağ tərəfində və yolun başlanğıcında yox, 3-4 metr içəridə yolun sol tərəfində yerləşdirilmişdir. Halbuki, “Yol hərəkəti haqqında” Qanunun 61-ci maddəsinin Vİİİ hissəsində göstərilir ki, yol nişanları qavranması üçün münasib şəraitin yaradılmasının təmin olunması məqsədilə, onlar dəqiq müəyyənləşdirilmiş yerdə yolun hərəkət hissəsinə nisbətən yerləşdirilir. Həmin Qanunun 64-cü maddəsində isə təsbit edilmişdir ki, qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Nişanların yararsız vəziyyətə gətirilməsi və Qanunun tələblərinə uyğun quraşdırılmaması nəticəsində o, təqsiri olmadan yol hərəkəti qaydasını pozmuşdur. Nişanların vəziyyəti barədə fotoşəkillər ərizəyə əlavə edilmişdir və həmin şəkillərdən qeyd etdiyi arqumentlərin əsaslılığı açıq-aydın görünür. Təqdim edilmiş inzibati tənbeh vermə haqqında EQ ******* saylı qərarda əks olunmuş şəkildən aydın görünür ki, o, avtomobillə F.Qasımzadə küçəsinə çıxarkən yolun solunda quraşdırılmış “Giriş qadağandır” nişanının görüntüsü yük maşının kuzası ilə tamamilə bağlanmış və sürücünü nişanı görmək imkanından məhrum etmişdir. Bu hal bir daha təsdiq edir ki, müvafiq qurumlar tərəfindən nişan qaydalara uyğun quraşdırılmamış və süni şəkildə inzibati pozuntu törədilməsinə və qeydə alınmasına şərait yaradılmışdır. Həmin pozuntular Kazımlı Aygünün barəsində də əsasız protokol tərtib edilməsinə səbəb olmuşdur ki, o da şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin dövrdə eyni səbəblərdən Kazımlı Aygünün həyat yoldaşı Əhmədov Fariz barədə də protokol tərtib edilmiş, lakin o, cəriməni ödədiyindən şikayətlə müraciət etməmişdir. Bu isə onu göstərir ki, həmin yerdə quraşdırılmış nişanlar və videokamera yol hərəkəti qaydası pozuntusunun qarşısını almaqdan daha çox, sürücülər üçün qurulmuş bir tələdir. “Giriş Qadağandır” nişanını düzgün qurulmaması barədə fikirləri həmdə onunla təsdiq olur ki, Azadlıq prospekti ilə F.Qasımzadə küçəsinin kəsişməsində “Giriş qadağandır” nişanı qanunun tələblərinə uyğun olaraq hərəkət istiqamətinin sağında quraşdırılmışdır. Bundan başqa, “Yol Nişanları və Siqnalları Haqqında” Konvensiyanın (Azərbaycan Respublikası həmin Konvensiyanı xx.xx.2010-cu ildə təsdiq etmişdir) 6-cı maddəsinin 1-ci hissəsində göstərilir ki, sürücülər üçün nəzərdə tutulmuş nişanlar elə quraşdırılmalıdır ki, sürücülər onları asanlıqla və vaxtında qavraya bilsinlər. Adətən nişanlar yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılır, lakin onlar yolun hərəkət hissəsinin üzərində də yerləşdirilə və ya təkrarlana bilər. Yerli şərait yolun hərəkət istiqamətinə uyğun tərəfində quraşdırılmış nişanın sürücü tərəfindən vaxtında qavranılmamasına səbəb ola bilərsə, nişan hərəkət hissəsinin üzərində və ya yolun əks tərəfində təkrarlanmalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-670/2020 saylı, xx xxxx 2020-ci il tarixli qərarı ilə şikayətin təmin olunması, X11 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin 3(103)-917/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Daxili İşlər Nazirliyi Baş Dövlət X16 Mərkəzi Məlumat Xidmətinin rəisi X8 tərəfindən apelyasiya qaydasında verilmiş şikayəti qismən təmin edilməsi, X6 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 Mərkəzi Məlumat Xidmətinin rəisi X8 tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətin təmin edilməsinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 3(005)-670/2020 saylı qərarının ləğv edilməsi inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X6 nümayəndəsi X7 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Daxili İşlər Nazirliyi Baş Dövlət X16 nümayəndəsi X9 bildirdi ki, hazırki iş üzrə X6 inzibati xəta haqqında qərarı onun barəsində tərtib edilməməsi əsası ilə mübahisələndirmək hüququ yoxdur. Belə ki, inzibati xəta haqqında qərar X10 barəsində tərtib edilmişdir. Belə olan halda, birinci instansiya məhkəməsi bütün bunları araşdırmadan, X1 hüquqa malik olub-olmadığını yoxlamadan əsassız qərar qəbul etmişdir. Hansı ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinin tələbinə əsasən elektron qərardan şikayət barəsində qərar çıxarılmış fiziki şəxs tərəfindən verilə bilər. Bundan əlavə, vətəndaş inzibati xəta törətməsi barədə xx.xx.2019-cu il tarixdə məlumatlandırılmış və həmin vaxtdan 20 gün müddətində, yuxarı səlahiyyətli orqana şikayət verə bilər. Aygün Vüqar qızının şikayət ərizəsindən də görünür ki, A.Kazımlı tərəfindən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayətə yuxarı səlahiyyətli orqantərəfindən baxıldığından, vətəndaşın yenidən həmin qərarın ləğvi ilə bağlı məhkəməyə müraciət etmə hüququ yoxdur. Bununla belə, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qərar ləğv edilmiş və həmin iş üzrə icraata xitam verilmişdir. Halbuki, inzibati xəta hadisəsi həqiqətən də baş vermişdir. Məhkəmə isə həmin xətanı tam araşdırmadan, İXM-nin 53-cü maddəsinin heç bir əsası olmadan icraata xitam vermişdir. Qeyd etdikləri nəzərə alınaraq Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsınin xx xxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və X6 şikayətinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri digər sübutlarla birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan Daxili İşlər Nazirliyi Baş Dövlət X16 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Elektron Qərarından görünür ki, X10 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, X6 mübahisələndirdiyi xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Elektron Qərar onun barəsində deyil, X5 barəsində qəbul olunmuşdur və həmin Elektron Qərara əsasən X10 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat cərimə edilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X6 Daxili İşlər Nazirliyi Baş Dövlət X16 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” Elektron Qərarından şikayət vermək üçün subyektiv hüququ yoxdur, buna görə də şikayət təmin edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X16 xx.xx.2019-cu il tarixli, EQ ******* nömrəli inzibati xəta haqqında qərarından X11 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1382/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1382/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver