Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1385/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi 1 inzibati binada qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Nərimanov rayon Polis İdarəsindən daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Toğrul Məmmədovun 01 may 2024-cü il tarixli qərarından və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü Şəxs xx.xx.2024-cü il tarixdə saat 13.29 radələrində etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Ə.Rəcəbli küçəsi ilə Təbriz küçəsi kəsişməsinə çatıb sola dönmə əməliyyatı edərkən, həmin kəsimədə piyada qismində yolu keçən X8 və X2 vuraraq onlara yüngül bədən xəsarətinin yetirilməsi ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.8-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli qurumun nümayəndəsinin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Araşdırma zamanı Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024- cü il tarixdə saat 13.29 radələrində o etibarnamə əsasında idarə etdiyi Toyota Prius markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Nərimanov rayonu Ə.Rəcəbli küçəsi ilə F.X.Xoyski küçəsi istiqamətindən üzü Təbriz küçəsi istiqamətində 3 zolaqdan idarət avtomobil yolunda sağdan 2-ci zolaqla saatda 30 km sürətlə düzünə hərəkət etmişdir.O idarə etdiyi avtomobili lə Ə.Rəcəbli küçəsi ilə Təbriz küçəsinin kəsişməsinə çatan zaman svetaforun qadağanedici işarəsi qırmızı işığı yandığını görüb hərəkətini dayandırmışdır.O hərəkətə icazə verən yaşıl işıq yandıqdan sonra avtomobilin sükanını sola döndərib, Təbriz küçəsi istiqamətində hərəkətə başlamışdır.Bu zaman avtomobil yolunu sağ tərəfdən sol tərəfə keçən 2 piyadanı görməyib idarə etdiyi avtomobilin sağ yan hissəsi ilə həmin piyadaları vurmuşdur.Bundan sonra o avtomobildən düşüb həmin piyadalara yaxınlaşmış və onların səhhəti ilə maraqlanmışdır.Bundan sonra hadisə yerinə Nərimanov RPİ-nin əməkdaşı gələrək araşdırma aparmağa başlamışlar.O da həmin araşdırmada iştirak etmişdir.Həmin vaxt avtomobildə tək olmuşdur. Vət.X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13:29 radələrində o piyada şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət etmişdir.Həmin vaxt tanışı X4 da onunla olmuşdur.Onlar avtomobil yolunu sağ tərəfindən sol tərəfinə keçən zaman Ə.Rəcəbli küçəsindən Təbriz küçəsinə dönən “Toyota Prius-minik” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onları görməyib avtomobilin sağ yan hissəsi ilə onları vurmuşdur.Bundan sonra onlar müvazinətim saxlaya bilməyib asfalt örtüyün üzərinə yıxılmışlar.Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmış və onlar müayinə olunmaq üçün xəstəxanaya getmişlər.Daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir.Hadisə zamanı o bədən xəsarəti almışdır. X4 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 13:29 radələrində o piyada şəkildə Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə hərəkət etmişdir.Həmin vaxt tanışı X11 da onunla birgə olmuşdur.Onlar avtomobil yolunu sağ tərəfindən sol tərəfinə keçən zaman Ə.Rəcəbli küçəsindən Təbriz küçəsinə dönən “Toyota Prius-minik” markalı ** VY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü onları görməyib avtomobilin sağ yan hissəsi ilə onları vurmuşdur.Bundan sonra onlar mvazinatını saxlaya bilməyib asfalt örtüyün üzərinə yıxılmışlar.Bundan sonra polis əməkdaşları onlara yaxınlaşmışlar və onlar müayinə olunmaq üçün xəstəxanaya getmişlər.Daha sonra isə Nərimanov RPİ-də aparılan araşdırmada iştirak etmişdir.Hadisə zamanı o bədən xəsarəti almışdır. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 2/20796 saylı xx.xx.2024-cü il tarixli tibbi müayinə protokolundan görünür ki, Şəxs alkoqol sərxoşluq vəziyyəti ayıqdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 434 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1995-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi aşkar edilmiş xəsarətlər-sol diz oynağının hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinli hematoması, sol bazunun sıyrığı küt əşyanın (əşyların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7 Publik Hüquqi şəxsin Nərimanov rayon şöbəsinin 433 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, 1978-ci il təvəllüdlü X5 məhkəmə-tibbi müayinəsi aşkar edilmiş xəsarətlər-sağ üst göz qapağının, sağ bazunun, sağ dirsək oynağının arxa səthinin, sağ və sol diz oynağının, sağ sağrı nahiyəsinin hematoması, sağ bazunun sıyrığı küt əşyanın (əşyların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Nərimanov RPİ-nin Növbətçi Hissəsinin məsul növbətçisi Ərşad Məmmədov tərəfindən tərtib edilmiş HK-2 №-8043 nömrəli, xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 14:50-də KTM-dən həkim Əliquliyeva məlumat verərək, Ə.Rəcəbli və Təbriz küçəslərinin kəsişməsində avtomobil vurması nəticəsində 1978-ci il təv. X9 başın əziyi, 1995-ci il təv. X3 bədənin küt travması xəsarəti ilə müraciət etmələrini bildirdi. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş BA 141334 nömrəli, xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı, **-VY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi X6r. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs BC kateqoriyalı sürücüdür; “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sürücü Şəxs həmin hərəkətləri ilə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin (Sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir.) tələblərini pozmuşdur. İXM-in 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, məhkəmə-tibbi ekspertizasının rəyləri barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin təhqiqat zamanı verdikləri izahatları, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinin tələbinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1- 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin İ hissəsinə əsasən sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Məhkəmə, işin faktiki hallarını, iş üzrə məsuliyyəti yüngülləşdirən halı, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İXM-in 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1385/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1385/2024
21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver