Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1389/2020 29.07.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X1, Müdafiəçi- Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci il tarixdə Bakı şəhərində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 529.2-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-931/2020 saylı xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinmiş və ona 100 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qanunla 25 gün müddətində icra edilməli olduğu halda uzun zaman keçməsi şəxsin izahat verməməsi, icradan yayınması ilə təsdiq edilmişdir. Nəticədə borclu Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İİ dərəcəli ədliyyə qulluqçusu X2 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-931/2020 saylı xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 100 manat inzibati cərimə dövlət büdcəsinə ödənilməlidir. Borclu bu günədək icra sənədi üzrə tələbi icra etməmiş, çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə getməkdən boyun qaçırmışdır. Borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərildikdən sonra sonuncu tərəfindən mövcud borcundan məhkəmə baxışının gedişatında 100 manat borcunu tam ödəniş etmişdir. Göstərilənləri nəzərə alaraq sonuncunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə aliment məbləğini ödəməməsinin səbəbi maddi vəziyyəti və işsizliyi ilə əlaqədardır. Hazırda Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-931/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə ona təyin olunmuş cərimə borcunu dövlət büdcəsinə ödəmişdir. Son olaraq ödəniş qəbzini məhkəməyə təqdim edib iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-931/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. “İcraata başlama haqqında” xx.xx.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-931/2020 saylı xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: 529.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur; 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndində göstərilir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orda saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli “xxxxxxxxxxxx” ASC-nin K0100001 nömrəli terminalı vasitəsilə ödənilmiş qəbzdən görünür ki, Şəxs 100 manat məbləğində cərimə borcunu tam şəkildə dövlət büdcəsinə ödəmişdir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələblərini, həmçinin inzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapsa da, lakin məhkəmə qərar qəbul edənədək törətdiyi əmələ görə ona təyin edilən cəriməni ödədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1389/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1389/2020
29.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver