Məhkəmə qərarları › İş №3(005)-1390/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1390/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1390/2025 27.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Şikayət vermiş şəxs "xxxx" QSC-nin direktoru X5 nümayəndəsi və vəkili “Sirius” Vəkil Bürosunun vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan "xxxx" QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şikayətçi "xxxx" QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" QSC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 3500 manat miqdarında inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinin səbəbi "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X3 xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulan qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi olmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə səbəb olan inzibati xəta protokolununun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatlar əsasında tərtib edildiyi qeyd edilmişdir Aşağıda qeyd edilənlərə əsaslanaraq hesab edirlər ki, X10 Xidmətinin Bakı şəhər İdarəsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla bərabər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmasına səbəb olmuş və nəticədə X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən əsassız inzibati tənbeh təyin olunmuşdur. Bildirirlər ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar tamamilə əsassızdır və mötəbər sübutlarla təkzib olunur. Belə ki, həmin qərarın hüquqi və faktiki əsasları olmadığı üçün aşağıdakı səbəblərə görə onun ləğvini tələb edirlər. X7 ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixində müddətsiz əmək müqaviləsi bağlanmışdır. X1 əsas iş yeri kimi "xxxx" QSC, vəzifə olaraq isə fəhlə qismində fəaliyyət göstərəcəyi qeyd edilmişdir. Nəticədə o cəmiyyətdə fəhlə vəzifəsinə işə qəbul olmuşdur. X7 xx.xx.2024-cü il tarixində ərizə yazaraq tutduğu vəzifədən azad edilməsini xahiş etmiş, №307/24/K saylı əmrlə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Göründüyü kimi əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə xx.xx.2024cü il tarixində təqdim edilmişdir. X7 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən xitam verildikdən sonra O, "xxxx" QSC-də hər hansı bir işlərin, xidmətlərin yerinə yetirilməsinə bu və ya digər formada cəlb olunmamışdır. Bu səbəbdən əmək müqaviləsinə xitam verildikdən sonra ona hər hansı əmək haqqı hesablanıb ödənilməmişdir. Qeyd edilən faktlar cəmiyyətlə işçi X7 arasında əmək münasibətlərinin qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirildiyinin əyani sübutudur. X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qərarın bu şəkildə sübutlara əsaslanmadan qəbul edilməsi Azərbaycan Respublikası Konstitusiyasının və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərinin pozulmasıdır. X10 Xidmətinin Bakı şəhər İdarəsi əsaslı sübutlara istinad etməyərək inzibati xəta haqqında protokol tərtib etmiş və bunun nəticəsində xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qəbul etmişdir. Nəzərə çatdırır ki, Qarabağ və Şərqi Zəngəzur rayonlarında işləyən işçilərin bölgədə olan fəaliyyətləri rəsmi prosedurlar və icazə mexanizmləri çərçivəsində həyata keçirilir. Həmin işçilər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tətbiq olunan portaldan qeydiyyatdan keçirilir və ondan sonra həmin bölgəyə işçilərə giriş-çıxışa icazə verilir. Bildirmək istəyirlər ki, X4 əmək müqaviləsinə, əmək müqavilələrinin alt sistemində xitam verilmiş, lakin texniki diqqətsizlik səbəbindən Qarabağ ərazisinə giriş-çıxışına icazə verən portaldan adı çıxarılmamışdır. Bunun nəticəsində də o, Daxili İşlər Nazirliyində Qarabağ ərazisinə giriş-çıxışı olan şəxs kimi görünmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müvəqqəti olaraq tətbiq olunan sistemin məqsədi işğaldan azad olunmuş ərazilərə giriş-çıxışın tənzimlənməsi xarakteri daşıyır, işçinin adının həmin portaldan çıxarılmaması bu və ya digər hüquqi nəticələr yaratmamaqla yanaşı hər hansı, o cümlədən inzibati xəta üzrə məsuliyyətə cəlb olunmaq üçün sübut sayıla bilməz. Qeyd edilən hal X4 "xxxx" QSC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsindən sonra Cəmiyyətdə işləməsinə əsas sayıla bilməz. Həmçinin əlavə olaraq nəzərə çatdırılır ki, eyni predmet üzrə X10 Xidmətinin Bakı şəhər İdarəsi, "xxxx" QSC barəsində də inzibati xəta haqqında protokol tərtib etmişdir. Yəni eyni məsələ ilə əlaqədar həm hüquqi şəxs, həm fiziki şəxs barəsində inzibati tənbeh tətbiq edilmişdir. Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-782/2025 saylı qərarı ilə "xxxx" QSC barəsində (hüquqi şəxs barəsində) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata "xxxx" QSC-nin inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilmişdir. X7 məhkəmə iclasında şahid qismində dindirilmiş və o bildirmişdir ki, özü fəhlədir, "xxxx" QSC tərəfindən rəsmi şəkildə işə qəbul olmuş, xx.xx.2024-cü il tarixdə özü şəxsən ərizə təqdim edərək işdən azad olunmuşdur. xx.xx.2024-cü il tarixdən işləməmiş, ərizə verdikdən sonra müqaviləsinə xitam verilmiş, hər hansı bir iş görməmişdir. Həmçinin vurğulamaq istərdik ki, X10 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından yuxarı orqana xx.xx.2025-ci il tarixində inzibati qaydada şikayət ünvanlansa da, bütün bu qeyd edilənlərə baxmayaraq X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli şikayəti xx.xx.2025-ci il tarixində № 3-17-5/1 -Ş-9865/2025 tarixli qərar qəbul edərək təmin etməmişdir. (Şikayətin təmin edilməməsi barədə qərarın alınma tarixi xx.xx.2025). Bu səbəbdən xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermə müddətinin axımı xx.xx.2025-ci il tarixindən dayandırılmışdır. X10 Xidmətinin Bakı şəhər İdarəsinin il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs "xxxx" QSC-nin direktoru X5 nümayəndəsi və vəkili Nümayəndə şikayətə uyğun çıxış edərək, şikayətin təmin edilməsini, hüquqi şəxs barəsində də eyni məsələ ilə bağlı tərtib edilmiş protokol üzrə icraata xitam verildiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin nümayəndəsi X6 şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 3500 (üç min beş yüz) manat məbləğində cərimə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-782/2025-ci il tarixli qərarından görünür ki, "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkibi olmadığından barəsində MN seriyalı ******* nömrəli, 30 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”ndən görünür ki, X4 əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, "xxxx" QSC-nin direktoru X9 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X4 xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulan qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı qaydaların pozulmasına səbəb ola biləcək heç bir hal aşkarlanmamış, o cümlədən sübuta yetirilməmiş, həmçinin X10 Xidməti Daxili İşlər Nazirliyi tərəfindən təqdin edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" QSC tərəfindən icazəsi istənilər məlumatda adları qeyd edinən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Beləliklə müəyyən edilir ki, inzibati xəta haqqında qərar qanunverciliklə müyyən edilmiş qaydada tam, hərtəfli araşdırılmadan tərtib edilmişdir. Bundan başqa Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(006)-782/2025-ci il tarixli qərarından aydın olur ki, məhkəmə iclasında iştirak edərək şahid qismində dindirilmiş X7 işdən azad olunduqdan sonra heç bir işə cəlb edilmədiyini söyləmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə İXM-nin 8-ci maddəsində nəzərdə tutulan “Təqsirsizlik prezumpsiyası prinsipi”ni rəhbər tutur. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə iş materiallarını nəzərdən keçirərək müəyyən edir ki, "xxxx" QSC-nin direktoru X9 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərar əsassızdır və ləğv edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" QSC-nin direktoru X9 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar