Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1391/2025 19.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş X2, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Baş Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayətlə müraciət edərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə, saat 20:00 radələrində **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə Neftçilər prospektində üzü Azadlıq meydanı istiqamətində hərəkətdə olarkən DYP inspektoru Azneft dairəsi adlanan ərazidə, təhlükəsizlik adacığının üzərində dayanmağıyla bağlı ona işarə etmişdir. DYP əməkdaşı ona yaxınlaşdıqda hərəkət zamanı nəqliyyat vasitəsinə yol vermədiyini bildirdi. O, yolda intensiv hərəkət olduğuna və nişanlanma düzgün aparılmadığına görə asfalt üzərindəki nişanlanma xətlərinin görünmədiyini, ərazidə şərait olmasına baxmayaraq dirək üzərində 5.8.1 - zolaqlar üzrə hərəkət nişanının quraşdırılmadığını, eyni zamanda sonrakı müşahidələrimdə asfalt üzərində çəkilmiş nişanlanma xəttinin yolun əvvəlində deyil yalnız dairənin tam ortasında olduğunu, ondan solda olan nəqliyyat vasitəsindən işıq siqnal və əl vasitəsilə icazə istədikdən və həmin nəqliyyat vasitəsinin ona yol verdiyinə tam əmin olduqdan sonra hərəkətini davam etdirdiyini və buna görə də hər hansı qayda pozuntusunun olmadığını bildirsə də, DYP inspektoru əvvəlcə 100 manatlıq, daha sonra 40 manatlıq adlandırdığı cərimə yazacağını qeyd etdi. DYP əməkdaşı tərəfindən barəsində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olundu. xx.xx.2025-ci il tarixdə İXP ******* saylı protokol üzrə TP ******* saylı icra qərarının qüvvəyə mindiyinə dair SMS məlumat almışdır. Bu məsələ ilə əlaqədar Bakı şəhər DYPİ-ə gedərək polis əməkdaşının təqdim etdiyi şablon əsasında idarə rəisinin adına yuxarıda qeyd olunanları və toxunulmazlığı olduğunu bildirib, ərizə yazsa da xx.xx.2025-ci il tarixdə cərimənin düzgün tərtib olunduğunu bildirən məktubu DYPİ-nin dəftərxanasından ala bilmişdir. Həmin tarixdə İXP ******* saylı protokol üzrə TP ******* saylı icra qərarı da rəsmi olaraq ona təqdim olundu. xx.xx.2025-ci ildə Nərimanov Rayon Məhkəməsində, hakim Xalidə Əlisoyun sədrliyi ilə keçirilən məhkəmə iclasında şikayəti qismən təmin olunaraq Bakı şəhər DYPİ tərəfindən tərtib olunmuş İXP ******* saylı protokol üzrə TP ******* saylı icra qərarı ləğv olunaraq işə yenidən baxılması üçün DYPİ-nə geri göndərilmişdir. xx.xx.2025-ci il tarixdə qərarı məhkəmədən alaraq Bakı şəhər DYPİ-nin dəftərxanasına şəxsən təqdim etmişdir. E-polis tətbiqinə nəzər yetirdiyi zaman ona hər hansı vasitə ilə məlumat verilmədən, iştirakı olmadan TP ******* saylı qərarının ləğv olunaraq barəsində İXP ******* saylı protokol üzrə TP ******* saylı icra qərarının qüvvəyə mindiyini görmüşdür. xx.xx.2025-ci il tarixdə DYP şöbəsindən xx.xx.2025-ci il tarixli TP 7i95428 saylı icra qərarını almışdır. Məhkəmə iclasında iştirak edən X4 çıxış edərək bildirmişdir ki, şikayəti əsaslıdır. Məhkəmədən şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 məhkəməyə hadisə görüntülərini əks etdirən CD disk təqdim edərək məhkəmədən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə 40 manat məbləğində cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 20:03-də Bakı şəhəri, Neftçilər prospekti ərazisində X4 “Toyota Camry” minik markalı, 10TN710 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək dönmə qaydasını pozmuş, beləliklə, yol hərəkəti qaydalarını pozduğu müəyyən olunmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. Halbuki iş materiallarına əlavə edilmiş diskə məhkəmə iclasında baxış keçirilmiş və X4 xx.xx.2025-ci il tarixdə saat 20:03-də idarə etdiyi Toyota Camry minik markalı, **-TN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Neftçilər prospekti ünvanında hərəkətdə olarkən yol nişanının tələblərinin pozduğu müəyyən edilmişdir. Beləliklə də o, yol nişanlarının tələblərinə riayət etməmiş və yol hərəkəti qaydalarını pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X4 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Baş Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137- ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər DYPİ-nin TP ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1391/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1391/2025
19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver