Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1397/2025 22.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Ələkbərzadə Orxan Qafur oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X1, Brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Maliyyə Nazirliyindən məhkəməyə daxil olmuş MN seriyalı ******* nömrəli, 29 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs MMC xx.xx.2025-ci il saat 07:08 radələrində buraxılış kartı olmadan **-YX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə taksi sifariş xidməti göstərmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsi X2 protokolu müdafiə edərək bildirmişdir ki, taksi sifarişi xidmətini ancaq taksi fəaliyyəti hüququ verən buraxılış kartı və buraxılış vəsiqəsi almış şəxslər və avtomobillər göstərə bilər, digər şəxslərə belə xidmətlərin göstərilməsi qadağandır. Buraxılış kartı daşıyıcının həmin nəqliyyat vasitəsilə sərnişin daşınmasına icazəni təsdiq edən sənəddir. Sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağandır. Bundan başqa qeyd olunmuşdur ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtomobil nəqliyyatı sahəsində beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələbləri tənzimləyən qurumdur. Aparılan yoxlamalar zamanı müəyyən edilmişdir ki, Şəxs MMC-nin sifariş ötürdüyü avtomobilin qəza törətdiyi gün taksi fəaliyyəti göstərməyə hüququ olmamışdır. Şəxs MMC tərəfindən sürücülərə sifariş göndərilməmişdən əvvəl onların icazəsinin olub-olmaması yoxlanılmalıdır. Qanunvericiliyin tələbləri pozulduğuna görə Şəxs MMC barəsində protokol tərtib edilmişdir, qanunvericiliyə uyğun qərar qəbul edilməsini xahiş etmişdir. Brəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə yazılı etiraz təqdim edərək, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin ümumiyyətlə protokol tərtib etmək səlahiyyətinin olmadığını, bundan başqa Şəxs MMC tərəfindən taksi fəaliyyəti göstərilmədiyini, yalnız sifarişləri taksilərə ötürdüyünü bildirmişdir. Taksi sürücüləri tərəfindən buraxılış kartının olubolmamasını yoxlamaq səlahiyyətinin MMC yox Agentliyin özünün yoxlamalı olduğu qeyd edilmişdir. Yazılı ərizələrinin nəzərə alınmasını və Şəxs MMC barəsində qanunvericiliyin tələblərinə uyğun qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Şəxs MMC-yə ünvanlanmış bildirişdən görünür ki, Şəxs tərəfindən 326-2.4-cü maddəsində göstərilən inzibati xətanın törədilməsi müəyyən edilmişdir. Belə ki, 28 aprel 2025-ci il tarixində Changan Nevo A05 markalı **- YX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin buraxılış kartı olmadan taksi sifariş xidməti göstərməsi aşkar edilmişdir. Cəmiyyətin hərəkətlərində Məcəllənin 326-2.4-cü maddəsində nəzərdə tutulmuş xətanın əlamətləri mövcuddur Yuxarıda qeyd olunanlara əsasən, inzibati xəta haqqında işə 29 aprel 2025-ci il tarixində saat 11:00-da AYNA-nın Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 111 ünvanında yerləşən inzibati binasında baxılacaqdır. Qeyd olunan ünvana barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində şəxsiyyəti təsdiq edən sənəd və etibarnamə ilə birlikdə yaxınlaşılmalıdır. İş üzrə bütün sübutların təqdim edilməsi təklif olunur “AYNA” informasiya sisteminin “e-taksi” alt sistemindən çıxarışdan görünür ki, **- YX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin buraxılış kartı sistemdə mövcud olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-in 326-2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmə İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndəsini və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsini dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri nəzərdən keçirərək müəyyən edir ki, taksi fəaliyyəti göstərmək üçün buraxılış kartı olmayan və ya buraxılış kartının müddəti keçmiş sürücülərə MMC tərəfindən sifarişlər ötürülərək onların taksi fəaliyyəti göstərməsinə imkan yaradılmışdır. Bundan başqa Şəxs MMC tərəfindən taksi fəaliyyəti göstərmək istəyən şəxslərə aidiyyəti qurum tərəfindən buraxılış kartı verilib-verilməməsi müəyyən edilmədən sifarişlər ötürməsi həyata keçirilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15-1.2-ci maddəsinə əsasən taksi sifarişi operatoru tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsi qadağandır. “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”-nin 3.1.2-ci yarımbəndinə əsasən müvafiq sahədə inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə göndərmək Agentliyin vəzifələrinə aiddir. “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair” tələblərin 5.9cu maddəsinə əsasən dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. İXM-nin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, İXM-lə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsinə əsasən taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi və avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, sürücülərin reysqabağı tibbi müayinəsinin təşkili imkanı barədə sənədləri və ya müvafiq xidmətlərdən istifadə olunmasına dair texniki məntəqə və ya tibb məntəqəsi ilə müqavilələri olmayan daşıyıcıya, habelə müvafiq buraxılış kartı və taksi minik avtomobillərinin sürücülərinin xüsusi hazırlıq keçməsini təsdiq edən sənədi olmayan sürücüyə taksi sifarişi xidmətinin göstərilməsinə görə - vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-nin 326-2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və İXM-nin 31, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-2.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1397/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1397/2025
22.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver