Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1399/2022 24.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi X1 iştirakı ilə, X3 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 10.02.2022-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 06 may 2022-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 10.02.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayətlə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsi və ona dəymiş maddi ziyan hesabı kimi 1500 manat pulun, eləcədə avtomobilin dayanacaqda saxlanıldığı üçün ödənilən 104 manat pulun və 50 manat avtomobilə baxış keçirən usta pulunun alınıb ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X6 məhkəmədə şikayətin dəlillərinə uyğun şəkildə çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Baş Polis İdarəsindən cərimə haqqında elektron qərarı 28.04.2022-ci il tarixdə almış, geçikmədən 10 gün müddətinə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri X11 İdarəsinin yol patrul xidməti inspektoru polis kiçik serjantı X4 tərəfindən qəbul edilmiş TP-4846763 №-li, 24.01.2022-ci il tarixli inzibati tənbeh verma haqqında elektron qərara əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 150 manat cərimə edilmişdir. Əlavə olaraq 66 manat dəbbə pulu hesablanaraq cəmi onun tərəfindən ödəniləsi cərimə 216 manat olmuşdur. Həmin cəriməni qanunsuz və ədalətsiz hesab edir, ona görə ki, yol patrul xidməti Ağayev Rəsul daim gedib gəldiyi yolda ona saxladan vaxt onu nə üçün saxladıqlarını sual vermişdir. Polis əməkdaşı işə, açıq aşkar heç nədən, heç kimdən çəkinmədən onu çörəyə saxlatdığını bildirmişdir. Usta işləyir, hal-hazırda pulu yoxdur. Polis əməkdaşıları ona maşının cərimə meydançasına gedəcəyini bildirmişlər. İnzibati tənbeh vermə qərar elə əsaslandırmışdır ki, o 14.01.2022- ci il tarixdə Bakı şəhəri Nərimanov rayonunun Bünyadov prospektində özümə məxsus olan VAZ 21074 markalı 10-RF- 044 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin qabaq hissəsində dəyişiklik etməklə idarə etmiş və bu səbəbdən barəsində İXP-4417547 №-li inzibati xəta haqqında protokol tədbiq edilmişdir. O, təkrar acizanə dərəcədə xahiş etmişdir ki, maşının yük yerinə baxış keçirsin, orada ağır aparatlar var. O. maşına baxış keçirtməkdən imtina etmişdir. Məcburiyyət qarşısında qalaraq yol patrul xidməti işçisi Ağayev Rəsulun müşayəti ilə avtomobilimi cərimə meydançasına aparmışdır. Bundan sonra o, Ağayev Rəsuldan onun avtomobilinə baxış keçirmək üçün ekspert tələb etsə də ona cavab verildi ki, maşına baxış keçitmək üçün ekspertida, ustanı da özü gətirəcək. İşinin aparılması Bakı şəhər Baş X10 İdarəsində polis mayoru Rəşad Əliyevdədir. X5 qəbulunda olmuş, acizanə dərəcədə xahiş etmişdir ki, onun həyatda anasından başqa heç kimi yoxdur. O da dərmanlar hesabına yaşayır. Onun dərmanlarını və kirayə haqqını güc bəla ilə ancaq həll edir. Onun heç bir günahı yoxdur, maşınının qabaq hissəsində heç bir artıq avadanlıq yoxdur. Onun hansı gününə yaraşır ki, xərc çəkib maşına artıq avadanlıq quraşdırsın, hər gün yol polisi ona cərimə yazsın. O, Rəşad Əliyevin yanına dəfələrlə gedib gələndən sonra ona dedi ki, ekspert dəvət etdik, araşdırma zamanı telefonla video çəkiliş etmişlər. Video çəkiliş onun iştirakı olmadan çəkilmiş bu səbəbdən öz narazılığını bildirmişdir. Avtomobilin dayanacaqda saxlanmasına görə ümumilikdə 1500 manat xərci çıxmışdır. X2 məhkəmə iclasında şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə inzibati işə baxılması zamanı görülmüş müvafiq tədbirlərə baxmayaraq, inzibati xəta haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsinin nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən işə qeyd edilən şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 342.2.3 maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 10.02.2022-ci il tarixli qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİNnin Bakı şəhər X10 İdarəsinin polis mayoru X4 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, 10.02.2022-ci il tarixli inzibati tenbeh vermə haqqında qərara əsasən X6 ** RF *** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” minik markalı avtomobillə 10.02.2021-ci il tarixdə avtomobili idarə edərkən nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə görə İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bununla da, X6 İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törətdiyi üçün 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında şikayətə əlavə olunmuş CD diskinə baxış keçirilərkən müəyyən olundu ki, X6 tərəfindən İXM-in 342.2.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməmişdir. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İXM-in: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 134.1, 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.5-1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsaslardan biri də bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunmasıdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X6 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Ona görə də, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 342.2.3-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 10.02.2022-ci il tarixli qərar ləğv edilməli, iş üzrə icraata xitam verilməli və qalan hissədə şikayət təmin olunmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş X3 İXM-in 342.2.3-cü maddəsi ilə cərimə olunmasına dair inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, 10.02.2022-ci il tarixli qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qalan hissədə şikayət təmin olunmasın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1399/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1399/2022
24.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver