Məhkəmə qərarları › İş №3(005)-140/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-140/2021

25.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-140/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abbaslı Pərvanə Etibar qızının katibliyi, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 iştirakları ilə, X3 İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunmasına dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında qərar çıxarılmış X6 İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o xx.xx.2020-ci il tarixdə karantin rejimində evdən çölə çıxmaq üçün 8103 nömrəsinə sms yazmış və sms-ə saat 12:40-da cavab gəlmişdir ki, “Siz 2 saat müddətinə yaşayış yerini tərk edə bilərsiniz”. Evdən çıxıb Müşviqabada fermadan süd götürməyə getmişdir. Yolda polis əməkdaşı onun sənədinə baxdıqdan sonra ona bildirmişdir ki, barəsində cərimə tətbiq olunacaq. O bildirəndəki icazə vaxtından cəmi 30 dəqiqə keçib hələ 1 saat 30 dəqiqə vaxtı qalıb, polis əməkdaşı inadla bildirmişdir ki, cərimə yazılacaq. Vəziyyətin belə olduğunu gördükdə yerindəcə 3 dəfə birinci zəngdə 8 dəqiqə, ikinci zəngdə 6 dəqiqə sonra isə üçüncü zəngdə isə 3 dəqiqə saat 13:28, saat 13:40 və saat 13:47 DİN-nin 102 qaynar xəttinə zəng edib, hadisə barədə məlumat vermişdir. 102 qaynar xətti şikayəti qeydə almışdır. Hətta polis əməkdaşı ilə özləri də telefon vasitəsi ilə danışmışlar və onun vaxtının hələ olduğuna, nəyə görə cərimə tətbiq edildiyini soruşmuşlar. Polis əməkdaşı bildirmişdir ki, “Nərimanov rayonu ərazisini tərk etdiyinə görə cərimə düşür, mən yazıram gedib şikayət edə bilərsən”. Bundan sonra polis əməkdaşına bildirmişdir ki, verilən vaxt iki saat Bakı şəhəri üzrədir, polis əməkdaşı bildirmişdir ki, yaşadığınız rayonu tərk edə bilməzsiniz. O sadəcə iki saat icazə ilə yaşayış yerimi tərk etmişdir. Vaxtı isə bitməyib və maska taxmışdır. Heç bir epidemiya əleyhinə olan, sanitar-gigeyna qaydasını pozmamışdır. Ona tətbiq olunan cərimə qanunsuz və əsassızdır, heç bir həqiqəti əks etdirmir. Polis əməkdaşı özbaşınalıq edərək, heç bir əsas olmadan, şəxsi mülahizəsinə görə karantin qaydalarından sui-istifadə edərək protokol tərtib etmişdir. Bu səbəblə də göstərilənləri nəzərə alıb X6 barəsində qanunsuz və əsassız olaraq tərtib olunmuş İXP ******* nömrəli protokolu və TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin 3(005)-1318/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X3 İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunmasına dair şikayəti təmin edilməmişdir. Həmin qərardan narazı qalan X6 Bakı şəhəri Nərimanov Rayon Məhkməsinin 3(005)- 1318/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərardan Bakı Apellyasiya Məhkəməsinə apelyasiya qaydasında şikayətlə müraciət edərək qərarın ləğv olunmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(005)-1808/2020 nömrəli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 3(005)-1318/2020 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X6 şikayətin dəlillərinə uyğun şəkildə çıxış edib, əlavə olaraq bildirmişdir ki, polis orqanında heç bir sübut yoxdur ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 maddəsi ilə protokol tərtib edilsin. Odur ki, İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri BPİnin Dövlət X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan görünür ki, X6 tərəfindən AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxx 2020-ci il tarixli, TP seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərardan” görünür ki, xx xxxx 2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli “İnzibati xəta haqqında” protokol əsasında X6 AR İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş 8103 nömrəsinə göndərilən SMS-dən görünür ki, “2 AZE05675192” qeyd edilmiş və həmin seriya nömrəsi üzrə 2 saat müddətində yaşayış yerini tərk etməsi ilə bağlı müraciət təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarından da görünür ki, X1 qəsəbəsində yerləşən fermadan süd almağa getmək üçün xx.xx.2020-ci il tarixdə 8103 nömrəsinə “2 AZE05675192” şəxsiyyət vəsiqəsinin seriya nömrəsini göndərmiş və həmin tarixdə saat 12:47 radələrində həmin seriya nömrəsi üzrə 2 saat müddətində yaşayış yerini tərk etməsi ilə bağlı müraciət təsdiqlənmişdir. Dövlət Yol Polisi əməkdaşı tərəfindən saxlanılaraq ona qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq 200 manat məbləğində cərimə edilməsi haqqında tənbeh növü seçilmişdir. O, polis əməkdaşına rəsmi icazəli olduğunu bildirsə də o, buna məhəl qoymamış və barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X4 xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından isə görünür ki, X6 tərəfindən törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta xx.xx.2020-ci il tarixdə saat 13:30-da törədildiyi qeyd edilmişdir. X2 tərəfindən xx.xx.2020-ci il tarixdə saat 12:47 radələrində 2 saatlıq müddətə aldığı müvafiq icazə müddəti saat 14:47-də bitməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 inzibati tənbeh vermə haqqında xx xxxx 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat məbləğdə cərimə edilmişdir. X6 tərəfindən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmadığını bildirmişdir. Qanunvericiliyin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərar araşdırma aparılmadan, sübutlara qiymət verilmədən, şikayətçinin iştirakı təmin edilmədən qəbul edildiyindən şikayət əsaslıdır. Belə olan halda məhkəmə hesab edir ki, X6 barəsində xx.xx.2020-ci il tarixli, TP ******* nömrəli qərar heç bir sübuta istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X3 İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunmasına dair şikayəti təmin edilməli, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 İİ Tağım Baş Yol Patrul Xidmətinin inspektoru, polis leytenantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli qərarın ləğv olunmasına dair şikayəti təmin edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar