Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1404/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs – Qəniyeva (Əliyeva) Fidan İlqar qızının, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan – Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Nərimanov Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 08 may 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədini icra etməmişdir. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2021-ci il tarixdə, 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə, 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildirişlər göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. İcraata başlamaq haqqında qərarlar borclu tərəfindən rəsmi qaydada müvafiq tarixlərdə qəbul edilmişdir. Borclu Şəxs izahat alınmış, borclu maddi durumu ilə bağlı olaraq borcunu ödəyə bilmədiyini izahatında qeyd etmişdir. Bununla da borclu Şəxs icra sənədlərinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Göstərilənləri nəzərə alaraq borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Qəniyeva (Əliyeva) Fidan İlqar qızı bildirmişdir ki, birgə nikahdan iki uşaqları var. Şəxs aliment borcunu hazırda tam olaraq ödəmişdir. Lakin 7500 manat avtomobilin pulunu isə ödəməmişdir. Odur ki, Şəxs qarşı şikayətçidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, maddi imkansızlığı səbəbindən icra sənədlərinin icrasını təmin edə bilməmişdir. Ümumilikdə borcundan 1190 manat aliment borcunu tam ödəmişdir. Ödəniş etməsinə dair müvafiq qəbzləri vardır. Odur ki, barəsində inzibati həbslə bağlı olmayan tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Şəxs xx.xx.2020-ci il tarixdən başlayaraq, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 175 manat, ümumi 350 manat sait pul məbləğində aliment tutularaq X4 xeyrinə ödənilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə İddiaçı X4 cavabdeh Şəxs birgə nikahları dövründə əldə olunmuş və onların ümumi əmlakı hesab edilən “KİA Carnival” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin 1/2 hissəsi, yəni 7.500 manat cavabdeh Şəxs tutularaq iddiaçı X7 ödənilməlidir. İddia ərizəsi və apellyasiya şikayəti qismən təmin edildiyindən onların verilməsi üçün iddiaçının ödədiyi cəmi 45 manat məbləğində dövlət rüsumları iş üzrə tərəflər bərabər hissələr ilə aid edilmişdir. Bu məqsəd ilə cavabdeh Şəxs 22 (iyirmi iki) manat 50 (əlli) qəpik məbləğində pul tutularaq X7 ödənilməlidir. İddiaçıya məxsus cehiz əşyalarının: (qətnamədə qeyd edildiyi kimi) “Mətbəxt mebeli- 3000 manat; Mətbəxt stolu və stullar -500 manat; Ariston hotpoint -paltaryuyan, 2 qapılı soyuducu Ariston Hotpoint, Qabyuyan- Ariston Hotpoint, soba-Ariston Hotpoint, qaz və qaz üstü hava təmizləyən Ariston Hotpoint cəmi 4000 manatdır; Televizor Sony smartfon-1.000 manat.; Televizor üçün ev kinoteatrı, tozsoran, ətçəkən, saç feni cəmi 2.000 manat; İtaliya meyvə qabı və eyni seriyadan olan vaza-600 manat; Tort qabı İtaliya məhsulu-100 manat; Qazan dəsti200 manat; X11-100 manat; Mətbəxt servisi 3 dəst-300 manat; Qaşıq-çəngəl-bıçaq dəstəsi çamadan-300 manat; Skandinaviya evindən göy vaza və eyni seriyadan olan konfet qabı 100 manat; Pərdələr evin ölçüsünə uyğun - 3000 manat; Mebellər-Qonaq dəsti, qonaq dəsti-2 qorka kamod, stol, stullar- 8 ədəd, 2 divan, jurnal Stolu, Yataq dəstikrovat, komod, 2-ədəd tumba, şifoner cəmi-10.000 manat; 2 ədəd İran istehsalı xalça- 1000 manat; Qonaq lüstra bralar ilə-350 manat; Yataq lüstra bralar ilə-500 manat; Çayobed-kofe 12 personluq servis-1200 manat; Vileron Bokhdan qab iki hissəlil50 manat; Vileron Bokhdan 3 ədəd Pesok-qənd qabları-160 manat; Vileron Bokhdanşiriniyyat qabı- 150 manat; Küncdən qoyulan iri həcmli güldan-500 manat; Pokrıval-krujivalı İtaliya stehsalı- 600 manat; Süfrəitaliya məhsulu-qırmızı-180manat; Fiqurlar farfor materialında 2 ədəd böyük, 8 balacal.000 manat; 6-ədəd Boqema-1.000 manat; Kofe servisi-10 person Alman məhsulu-500 manat; Konfet qabı dəsti-150 manat; Qoz-fındıq dəsti-100 manat; 6 personluq qab şiriniyyat üçün-italiya məhsulu-100 manat; VileronBokhdan-2 ədəd kompot qabı-160 manat; Vileron Bokhdan çörək qabı-200 manat; Sac elektrik qazan- 100 manat; Vileron Bokhdan kül qabı-60 manat; Pokrıval-isti-1 ədəd-100 manat; Yorğan döşək dəstləri-1 ədəd 2 nəfərlik dəvə yunundan yorğan, taxt üçün döşək, 2 ədəd yorğan, balınc- 500 manat eyni seriyadan olan İtaliya məhsulları 3 əşya Vaza-meyvə qab, kartof- bişirənelektrik-philips, düyü-Bişirən-elektrik-philips, Blendor-Philips, 1 ədəd başqa İtaliya məhsulu vaza, süfrələr, mürəbbə qabları, qoz-tərəvəz doğrayan elektrik, kasalar, 6 nəfərlik İtaliya məhsulu ağ rəng stəkan dəstin, olmadığı təqdirdə onların pul əvəzi X7 qaytarılmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2020-ci il tarixli müqavilə üzrə 947 manat ödənilməmiş hissə, 30 manat cərimə, ümumilikdə 977 manat borc və 30,41 manat ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. “İcraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Şəxs 1190 manat X7 ödəniş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-153/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1101/2021 nömrəli, xx.xx.2021-ci il tarixli, 2(005)-2387/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2305/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs mülkiyyətində olan “Mercedes C180” minik markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün və zərərçəkmiş şəxsin verdiyi izahatı və iş materiallarında olan səbəblərlə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmuru, borclunun izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnamələri ilə üzərinə qoyulmuş öhdəliklərini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədlərinin icrasını təmin etməmiş, borcunun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etmək üçün Şəxs kifayət qədər vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktlarına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs aliment borcunu tam ödəməsini, əməlindən səmimi peşman olmasını barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, tələbkarların mənafeyini, dövlət adından çıxarılan məhkəmə qərarlarının icra edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs İXMin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati cərimə növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Əlavə olaraq məhkəmə, vəkil X8 tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X5 məhkəmədə iştirak etdiyi 3 iş saatı üçün cəmi 18 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. X8 tərəfindən Şəxs hüquqlarının məhkəmə iclasında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 3 iş saatı üçün cəmi 18 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1404/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1404/2023
10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver