Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-141/2023 24.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsi tərəfindən 03 yanvar 2023-cü il tarixdə İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddasinin 1-ci hissəsinin tələbini pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı vətəndaş X3 “Yüngül” dərəcəli bədən xəsarəti almışdır. Protokol Nərimanov RPİ-nin təhqiqatçısı Nadir Rza-zadənin rədd materialı əsasında tərtib olunub. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 14:53 radələrində o, etibarnamə əsasında idarə etdiyi “Toyota Vitz” markalı ** LY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Ak.H.Əliyev küçəsi ilə üzü K.Rəhimov küçəsi ilə olan kəsişməyə doğru yolun soldan birinci zolağı ilə saatda 40-50 km sürətlə hərəkət edərək, qarşıda piyada zolağı olduğundan sürət həddini azaltmış və piyada zolağına çatmamış sağ tərəfində avtomaşın dayanmış və heç kəsi görmədiyindən hərəkətinə saatda 20-30 km/ saat sürətlə davam edən zaman qəflətən piyada zolağının üstündə gördüyü iki nəfər cavan oğlanı görüb maşınını qaçırtmağa çalışsada avtomobilin ön tərəfi ilə hər ikisini vurmuşdur.O maşını dərhal saxlayıb düşüb onlara köməklik göstərib ətrafda olan tanımadığı insanların kömək iyi ilə avtomobilin arxa oturacağına əyləşdirib xəstəxanaya yəni KTM-nə aparmışdır.Hadisə onun öz ehtiyatsızlığından baş vermiş və hadisədə özünü təqsirkar hesab edir. Lakin zərərçəkən şəxslərlə barışmışdır. Səhvini etiraf edib, barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və işə baxılmasını təxirə salmaq haqqında onlardan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir: HK-1 №-1301 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:45-də KTM-dən tibb bacısı məlumat verərək, Ak.H.Əliyev küçəsində 2004-cü il təvəllüdlü X5 və 2004-cü il təvəllüdlü X2 avtomobil vurması nəticəsində Ə.Hüseynov kürək və döş qəfəsinin küt travması, Z.İsgəndərli isə başın küt travması xəsarəti ilə müraciət etdiklərini bildirmişdir. Araşdırma zamanı izahatı alınmış X6 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:53 radələrində o, tələbə yoldaşı X3 ilə birgə Ak.H.Əliyev küçəsi ilə Qızıl Gül mərasim evi tərəfi ilə üzü K.Rəhimov küçəsi istiqamətinə doğru səki ilə piyada hərəkət edərək yolun oks tərəfinə doğru piyadalar üçün nəzərdə tutulan yol ilə adi yerişlə yolu keçən zaman avtomobil onu, sonra isə Zauru ön hissəsi ilə vurmuşdur. Zərbədən hər ikisi asfalt üzərinə yıxılmışlar. Həmin avtomobilin sürücüsü onlara yaxınlaşıb kömək edib, avtomobilin arxa oturacağına ətrafda olan tanımadığı insanların köməkliyi ilə əyləşdirib onları KTM nə aparmışdır. Araşdırma zamanı izahatı alınmış X3 izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 14:53 radələrndə o, tələbə yoldaşı X6 ilə birgə Ak.H.Əliyev küçəsi ilə Qızıl Gül mərasim evi tərəfi ilə üzu K.Rəhimov küçəsi istiqamətinə doğru səki ilə piyada gedərkən, yolun əks tərəfinə doğru piyadalar üçün nəzərdə tutulan yol ilə adi yerişlə yolu keçən zaman avtomobil əvvəlcə Əlini, sonra isə onu ön hissəsi ilə vurmuşdur. Zərbədon hər ikisi asfalt üzərinə yıxılmışlar. Həmin avtomobilin sürücüsü onlara yaxınlaşıb kömək edib, avtomobilin arxa oturacağına ətrafda olan tanımadığı insanların köməkliyi ilə əyləşdirib onları KTM-nə aparmışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 1265 saylı xx.xx.2022-ci il tarixli nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X4 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət İZİ aşkar edilməmişdir. Tibbi sənəddə qeyd edilən "SoL kürək, döş qəfəsinin küt travması" diaqnozu xəsarətlərinin obyektiv əlamətləri ilə əsaslandırılmadığından həmin diaqnozu xəsarət kımı qiymtləndırmək mümkün olmamışdır. Material üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə - Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 1266 saylı xx.xx.2022-ci il tarixli nömrəli rəyindən görünür ki, 2004-cü il təvəllüdlü X1 almış olduğu xəsarət- başın küt travması, üst dodağın yarası küt əşyanın təsirindən törənib, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə po/ulmasına səbəbə olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir'ər “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 21 dekabr 2022-ci il tarixli qərardan görünür ki qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi,qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 330-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin İ hissəsinin tələbinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-in 32-ci və 33-cü maddələrində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1,43, 48-51, 55,114, 115,120,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 200 (iki yüz) manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-141/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-141/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver