Məhkəmə qərarları › İş №3(005)-141/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-141/2024

23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-141/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının, Məhkəmə iclas katibi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili “Fides” Vəkil Bürosunun Qanuni nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib edilmiş 27 dekabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Xaçmaz Gömrük idarəsi, Rəsmiləşdirmə Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-33-13-1-008459/2023 saylı raportunun icrası ilə əlaqədar olaraq bildirirəm ki, JlMadena" MMC 3 tərəfindən 2022 və 2023-ci il tarixlərdə 8 gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük idarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 11308,56 ABŞ dolları (19224,55 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemin”-dən əldə etdiyimiz məlumata əsasən, Şəxs MMC-nin ********** saylı VÖEN-lə ünvan 1 ünvanında qeydiyyata alınmış, fəaliyyəti aktivdir, hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE AA1873744 olan, doğum tarixi xx.xx.1989-cu il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X3r. Aparılan araşdırma ilə əlaqədar, Şəxs MMC-nin nümayəndəsi və rəhbəri X1 Gömrük İdarəsinə dəvət olunmuş, lakin, MMC-nin nümayəndəsi və rəhbəri X4 çağırış üzrə gəlməmiş və 11308,56 AB$ dolları (19224,55 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişlər. Şəxs MMC tərəfindən Xaçmaz Gömrük idarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyanamələr üzrə köçürülməli olan 11308,56 ABŞ dolları. (19224,55 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Ona görə də, Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi və vəkili “Fides” Vəkil Bürosunun Qanuni nümayəndə məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Şəxs MMC barəsində İXM-nin 483-cü maddəsi ilə başlanmış həmin inzibati xəta haqqında işə İXM-nin 53-cü maddəsinə əsasən (inzibati xəta hadisəsinin baş verməməsi əsası ilə) xitam verilməlidir. Belə ki, xx.xx.2022-ci il tarixli **********8591 nömrəli yük gömrük bəyannaməsi üzrə 001 saylı invoys üzrə 48105,00 ABŞ dolları məbləğində alça, ərik və gilas məhsulları RF-nın Kamelot şirkətinə; xx.xx.2022-ci il tarixli **********558 nömrəli yük gömrük bəyannaməsi üzrə (002 saylı invoys üzrə) 48845,55 ABŞ dolları məbləğində alça, ərik, gilas, şaftalı və nektarin məhsulları RF-nın Kamelot şirkətinə; xx.xx.2023-cü il tarixli **********9444 nömrəli yük gömrük bəyannaməsi üzrə (069 saylı invoys üzrə) 15285,00 ABŞ dolları məbləğində kartof məhsulu RF-nın “X8 LTD” şirkətinə; xx.xx.2023-cü il tarixli **********8518 nömrəli yük gömrük bəyannaməsi üzrə (068 saylı invoys üzrə) 15086,25 ABŞ dolları məbləğində kartof məhsulu RF-nın “X8 LTD” şirkətinə; xx.xx.2023-cü il tarixli **********1021 nömrəli yük gömrük bəyannaməsi üzrə (070 saylı invoys üzrə) 13318,50 ABŞ dolları məbləğində kartof məhsulu RF-nın “X8 LTD” şirkətinə; xx.xx.2023-cü il tarixli **********5504 nömrəli yük gömrük bəyannaməsi üzrə (071 saylı invoys üzrə) 13247,00 ABŞ dolları məbləğində kartof məhsulu RF-nın “X8 LTD” şirkətinə; xx.xx.2023-cü il tarixli **********5521 nömrəli yük gömrük bəyannaməsi üzrə (072 saylı invoys üzrə) 13247,00 ABŞ dolları məbləğində kartof məhsulu RF-nm “X8 LTD” şirkətinə; və xx.xx.2023-cü il tarixli **********9448 nömrəli yük gömrük bəyannaməsi üzrə (037 saylı invoys üzrə) 13247,00 ABŞ dolları məbləğində kartof məhsulu RF-nm “Vkusvill” şirkətinə Şəxs MMC tərəfindən konsiqnasiya müqaviləsinin şərtlərinə əsasən ixrac edilmişdir. Həmin mallar ixrac edildikdən sonra, RF-nın “X8 LTD” şirkəti tərəfindən: xx.xx.2023-cü il tarixli **********9444 nömrəli yük gömrük bəyannaməsi üzrə (069 saylı invoys üzrə) 15285,00 ABŞ dolları məbləğində kartof məhsulunun dəyərindən xx.xx.2023-cü il tarixində 3.229.015,38 Rus rublu məbləğində pul (YGB üzrə 1156,11 ABŞ dollarında kəsir qalmaqla); xx.xx.2023-cü il tarixli **********8518 nömrəli yük gömrük bəyannaməsi üzrə (068 saylı invoys üzrə) 15086,25 ABŞ dolları məbləğində kartof məhsulunun dəyərindən xx.xx.2023-cü il tarixində 3.229.015,38 Rus rublu məbləğində pul (YGB üzrə 1240,01 ABŞ dollarında kəsir qalmaqla);xx.xx.2023-cü il tarixli **********1021 nömrəli yük gömrük bəyannaməsi üzrə (070 saylı invoys üzrə) 13318,50 ABŞ dolları məbləğində kartof məhsulunun dəyərindən xx.xx.2023-cü il tarixində 3.229.015,38 Rus rublu məbləğində pul (YGB üzrə 958,92 ABŞ dollarında kəsir qalmaqla); xx.xx.2023-cü il tarixli **********5504 nömrəli yük gömrük bəyannaməsi üzrə (071 saylı invoys üzrə) 13247,00 ABŞ dolları məbləğində kartof məhsulunun dəyərindən xx.xx.2023-cü il tarixində 2.038.055,39 Rus rublu məbləğində pul (YGB üzrə 852,26 ABŞ dollarında kəsir qalmaqla); xx.xx.2023-cü il tarixli **********5521 nömrəli yük gömrük bəyannaməsi üzrə (072 saylı invoys üzrə) 13247,00 ABŞ dolları məbləğində kartof məhsulunun dəyərindən xx.xx.2023-cü il tarixində 2.038.055,39 Rus rublu məbləğində pul (YGB üzrə 582,47 ABŞ dollarında kəsir qalmaqla) vəsaitləri Şəxs MMC-nin Bank VTB-də olan müvafiq hesabına ödənilmişdir (köçürülmüşdür). Bu faktı “Bank VTB”-nin 16 yanvar 2024-cü il tarixli 3594 saylı rəsmi arayış məktubu ilə də təsdiq edilir və həmin arayış etirazla birgə məhkəməyə təqdim edilir. xx.xx.2022-ci il tarixli **********8591 nömrəli yük gömrük bəyannaməsi üzrə (001 saylı invoys üzrə) 48105,00 ABŞ dolları məbləğində alça, ərik və gilas məhsulunun dəyərindən xx.xx.2022-cü il tarixində 47223,54 ABŞ dolları məbləğində pul və xx.xx.2022-ci il tarixli **********558 nömrəli yük gömrük bəyannaməsi üzrə (002 saylı invoys üzrə) 48845,55 ABŞ dolları məbləğində alça, ərik, gilas, şaftalı və nektarin məhsulunun dəyərindən xx.xx.2022cü il tarixində 43539,22 ABŞ dolları məbləğində pul vəsaitləri RF-nm Kamelot şirkəti tərəfindən Şəxs MMC-nin Xalq Bankda olan müvafiq bank hesablarına köçürülmüşdür. Bu haqda bank çıxarışı məhkəməyə sübut qismində təqdim edilir. Eyni zamanda xx.xx.2023cü il tarixli **********9448 nömrəli yük gömrük bəyannaməsi üzrə (037 saylı invoys üzrə) 13247,00 ABŞ dolları məbləğində kartof məhsulunun dəyərindən xx.xx.2022-cü il tarixində 12917,00 ABŞ dolları məbləğində pul vəsaitidə RF-nın Vkusvill şirkəti tərəfindən Şəxs MMC-nin Xalq Bankda olan müvafiq bank hesabına köçürülmüşdür və bu faktda bank çıxarışı ilə təsdiq edilir və buna dair də rəsmi sübut məhkəməyə təqdim edilir. Yuxarıda göstərilən həmin bəyannamələr üzrə kəsir kimi ödənilmiş pul vəsaitlərinin qalan hissələrinin köçürülməməsinin əsas səbəbi həmin dəyərdə malların məntəqə yerinə çatdıqdan sonra satışa yararlı olmamasının (keyfiyyətsiz olmasının) aşkar edilməsi ilə bağlı olmuşdur. Satışa göndərilən mallar yaş məhsullardır (kartof, alça, gilas, şaftalı, ərik və nektarin adlı məhsullardır). Bu haqda malı qəbul edən RF-nın istər "xxxx" MMC şirkəti, istərsədə “Vkusvill” və “X8 LTD” şirkətləri tərəfindən kredit not (akt) və Pretenziya adlı sənədlər tərtib edilərək təsdiq edilmişdir və burada Şəxs MMC-nin heç bir təqsiri müəyyən edilmir. Bu haqda da rəsmi sübutlar məhkəməyə təqdim edilir. Göründüyü kimi həmin məbləğlərdə Şəxs MMC heç bir gəlir əldə etməmişdir. Həmin pulların Azərbaycan Respublikasına köçürülməməsinə səbəb məhz yuxarıda qeyd olunan hüquqi əsaslar olmuşdur ki, bu əsaslara görə Şəxs MMC-nin hazırda heç bir təqsiri yoxdur. Göstərilənlərə əsasən, müvafiq sənədləri məhkəməyə təqdim edib MMC-nin barəsində aparılan inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 27 dekabr 2023-cü il tarixli, EP seriyalı, ******* nömrəli xəta haqqında protokolda göstərilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən Bakı Baş Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirməklə gömrük bəyannamələri əsasında ixrac etdiyi yüklərin müqabilində qaytarılmalı olan 4439,29 ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməmişdir. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli **********8518 nömrəli yük gömrük bəyannaməsi üzrə 15086,25 ABŞ dolları dəyərində malın köçürülməmiş cəmi qalıq hissəsi olan - 1240,01 ABŞ dolları ilə bağlı kredit not mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli **********1021 nömrəli yük gömrük bəyannaməsi üzrə 13318,50 ABŞ dolları dəyərində malın köçürülməmiş cəmi qalıq hissəsi olan - 958,92 ABŞ dolları kredit not mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli **********5504 nömrəli yük gömrük bəyannaməsi üzrə 13247,00 ABŞ dolları dəyərində malın köçürülməmiş cəmi qalıq hissəsi olan - 852,26 ABŞ dolları kredit not mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli **********5521 nömrəli yük gömrük bəyannaməsi üzrə 13247,00 ABŞ dolları dəyərində malın köçürülməmiş cəmi qalıq hissəsi olan - 582,47 ABŞ dolları kredit not mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli **********9448 nömrəli yük gömrük bəyannaməsi üzrə 13247,00 ABŞ dolları dəyərində malın köçürülməmiş cəmi qalıq hissəsi olan - 330 ABŞ dolları kredit not mövcuddur. Məhkəmədə tədqiq edilən xx.xx.2023-cü il tarixli **********9444 nömrəli yük gömrük bəyannaməsi üzrə 15285,00 ABŞ dolları dəyərində malın köçürülməmiş cəmi qalıq hissəsi olan – 11556,11 ABŞ dolları kredit not mövcuddur. Məhkəmədə tədqiq edilən 154/20 saylı Müqavilənin 7.1-ci və 7.2-ci bəndlərindən aydın olur ki, satıcı tərəfindən sənədlər vaxtında təqdim olunmadıqda, müqavilənin şərtləri pozulduqda, alınan malların keyfiyyəti və kəmiyyəti ilə bağlı tələblər düzgen olmadıqda bu zaman alıcıya vurulmuş zərər pretenziya qaydasında depet not verməklə satıcıdan vurulmuş zərəri tələb etmək hüququna malikdir. Zərəri ödəməklə yanaşı Satıcı, sifarişdən daha böyük cərimə miqdarı nəzərdə tutulmadıqda, müvafiq olaraq tam tədarük edilməmiş (keyfiyyətsiz, sifariş şərtlərinə uyğun olmayan) malın miqdarına uyğun olaraq alıcıya cərimə dəbbə pulunu ödəyir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında satıcı müqavilədə göstərilən şərtlər yerinə yetirilmədiyi halda malın miqdarında alıcıya cərimə dəbbə pulunu ödəyir. Məhkəməyə təqdim edilmiş “Kredit not” bildirişlərdən də aydın olur ki, 154/20 saylı Müqavilə üzrə 6 dəfə müxtəlif məbləğlərdə vəsait (1240,01 ABŞ, 958,82 ABŞ, 852,26 ABŞ, 582,47 ABŞ, 330 ABŞ, və 11556,11 ABŞ dolları məbləğində vəsait) pretenziya əsasında əvəzləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinin tələbinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə görə inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-105.2-ci maddələrinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə hesab edir ki, Şəxsn Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 114-118,128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar