Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1410/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Babayev Eldar Hafiz oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs mülkiyyətində olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 3(005)-1022/2020 nömrəli xx xxx 2020ci il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan Şəxs tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 3(103)-1139/2020 nömrəli qərarına əsasən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1022/2020 nömrəli xx xxx 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə balanslarında olan avtomobilləri idarə edən şəxslər barəsində bütün sorğulara vaxtında məlumat verdiklərini bildirmişdir. Qeyd etmişdir ki, Polis İdarəsindən xx.xx.2020-ci il tarixdə daxil olmuş sorğu tərəflərindən xx.xx.2020-ci il tarixdə cavablandırılmışdır. Sorğuya xx.xx.2020-ci il tarixdə cavablandırılmasının əsas səbəbi isə xx.xx.2020-ci il tarixi qeyri-iş gününə düşdüyü üçün, habelə dünyada və ölkədə pandemiya səbəbi ilə yaranan karantin tədbirləri ilə əlaqədar olmuşdur. Lakin sorğuya xx.xx.2020-ci il tarixdə cavab verilərək “Ford Transit” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobili xx xxxx 2020-ci il tarixdə, saat 14:02-də idarə edən sürücü barədə məlumatları Yasamal RPİ-nə göndərilmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin AP seriyalı ******* nömrəli xx xxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, “Zaman” LTD tərəfindən balansında olan “Ford Transit” markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tərtib edilmiş elektron protokol barədə məlumatı qəbul etdikləri gündən 5 gün müddətində həmin nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs barədə rəsmi məlumat verilməmişdir. Buna görə də hüquqi şəxs barəsində İXM-in 347-ci maddəsi ilə protokol tərtib edilmişdir; DİN-in DYP Web Portalından çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə “Zaman” LTD-nin mülkiyyətində olan “Ford Transit” yük markalı, **-JG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Yasamal RPİ tərəfindən həmin məktub “Zaman” LTD X1 rəsmi qeydiyyat ünvanına göndərilmiş və xx xxxxx 2020-ci il tarixdə qəbul olunmuşdur. "xxxxxxxxxxxxxxxxxxxxx" MMC-nin kuryer xidmətləri üçün mədaxil qəbzindən görünür ki, daxil olmuş sorğuya cavab “Zaman” LTD X2 tərəfindən xx.xx.2020-ci il tarixdə Yasamal DYP-yə çatdırılması üçün "xxxxxxxxxxxxxxxxxxxxx" MMC-yə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə, Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, xx xxxxxx 2019-ci il tarixliprotokolu, barəsində inzibati icraat aparılan hüquqi şəxsin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Məhkəmə, Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən daxil olmuş AP seriyalı ******* nömrəli, xx xxx 2020-ci il tarixliprotokolu, barəsində inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını və iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməmişdir. Belə ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsindən Şəxs MMC-nin ünvanına balansında olan nəqliyyat vasitəsi tərəfindən inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməsi barədə poçt göndərişi MMCnin ünvanına rəsmi qaydada xx.xx.2020-ci il tarixdə çatmış və hüquqi şəxs tərəfindən həmin sorğu xx.xx.2020-ci il tarixi qeyri-iş gününə düşdüyü üçün xx.xx.2020-ci il tarixdə cavab verilmişdir. Göründüyü kimi hüquqi şəxs tərəfindən mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilmədikdə inzibati məsuliyyəti yaranmış olur. Göstərilən xüsusatlar məhkəməyə belə qənaətə gəlməyə əsas verir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114,128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1410/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1410/2020
18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver