Məhkəmə qərarları › İş №3(005)-1413/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1413/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1413/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Şikayətçi "xxxx" ASC-nin nümayəndəsi X2 , Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, "xxxx" ASC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.04.2022-ci il tarixli, MN ******* nömrəli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" ASC Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.04.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək qərarın ləgv olunması və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi "xxxx" ASC şikayətində və məhkəmə iclasında verdiyi izahatında tələbini onunla əsaslandırmışdır ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər idarəsinin rəisi Həmid Ədhəmov həmin İdarənin tərtib etdiyi ******* nömrəli 08.04.2022-ci il tarixli protokol üzrə ******* nömrəli 18.04.2022-ci il tarixdə inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edərək "Bakı Çinar Soyuducuları ” ASC-nin İdarə Heyətinin sədri Eytibar Abdullayevi AR İXM-nin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsi ilə bağlı 1.800 manat şərti olaraq cərimə etmişdir. Protokolda göstərilmişdir ki, X7 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilmiş və son haqq-hesabın verilməsində qanunvericiliyin tələbləri pozulmuşdur. Bu fakt “Bakı Çinar Soyuducuları" ASC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlər ilə təsdiq edilir. Aşağıda göstərilənlərə əsasən qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, ASC-nin Mühafizə xidmətinin mühafizəçisi X12 23 fevral 2022-ci il tarixdə Müəssisənin giriş qapısında mühafizə xidməti apararkən Müəssisənin ərazisinə heç bir müvafiq sənəd tələb etmədən KAMAZ və FORD markalı avtomobillərin daxil olmasına icazə vermişdir. Polis orqanlarının araşdırması nəticəsində həmin avtomobillərin yük yerində oğurluq mal-material (armatur) aşkar edilmişdir. X1 izahatı alınarkən müəyyən olunmuşdur ki, o, əmək vəzifələrini kobud şəkildə pozaraq qeyd edilən hərəkətləri ilə əmək müqaviləsinin 3.1 bəndinin, habelə ASC-nin daxili qaydalarının tələblərinə əməl etməmişdir. X6 hərəkətləri AR ƏM-nin 72-ci maddəsinin 'e' bəndinə görə əmək vəzifələrini kobud şəkildə pozulması kimi qiymətləndirilmişdir. Ona görə də, ASC-nin əmri ilə AR ƏM-nin 70-ci maddəsinin "Ç" bəndinə əsasən X12 ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək 24 jiewtd 2022-ci il tarixdən işdən azad edilmişdir. Həmin gün əmrin surəti ona elan edilərək işlədiyi günlər üzrə əmək haqqı hesablanmışdır. Lakin, 25.02.2022-ci il tarixdə X12 şikayət edərək göstərmişdir ki, əmək müqaviləsində 300 manat əmək haqqı qeyd edilməsinə baxmayaraq, ona 180 manat əmək haqqı nağd formada ödənilir. İşəgötürənə bu haldan narazılığını bildirdiyi üçün işdən azad edilmə ilə bağlı ərizə yazmaq tələb olunmamış, lakin vətəndaş tərəfindən imtina edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi isə X6 yanlış məlumatın əsaslanaraq ASC-nin təqdim etdiyi sənədlərə əhəmiyyət vermədən qanunsuz və əsasprotokol tərtib etmiş və inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Eyni zamanda ASC-yə 28.04.2022-ci il tarixli məktubla bildirilmişdir ki, 15 gün müddətində Ə.Hacıyevin əmək müqaviləsinə xitam verilməsi barədə 02 nömrəli 28.02.2022-ci il tarixli əmri ləğv edərək işinə geri qaytarılmasını təmin edib nəticəsi barədə X9 Xidmətinin Bakı şəhər idarəsinə məlumat verilməsi xahiş olunmuşdur. Bildiririk ki, X12 şikayətdə göstərdiyi xüsusatlar həqiqə uyğun deyil və o, əmək vəzifələrini kobud şəkildə pozaraq yuxarıda qeyd edilən hərəkətləri törətdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, İdarənin həmin qərarı qanuni və əsasslı sayıla bilməz. Qərarından şikayət verilən orqanın nümayəndəsi X4 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, qərarın ləğvi üçün əsas yoxdur. Belə ki, barəsində inzibati protokol tərtib edilmiş "xxxx" ASC tərəfindən əmək müqaviləsinə xitam verilərkən AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinin tələbləri pozulmuşdur. Buna görə də o, İXM-in 192.6-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 08.04.2022-ci il tarixli “İnzibati xəta haqqında protokol”a və 18.04.2022-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında Qərar”a əsasən X7 əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyin tələbləri pozulmuşdur. X5 tərəfindən İXM-in 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və o, həmin maddə ilə təqsirli bilinərək 18000 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən:

1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Məhkəmə tərəfindən iş materiallarına baxış keçirilərkən müəyyən edilmişdir ki, işçi ilə əmək müqaviləsinə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndi ilə xitam verilsə də, işçi tərəfindən öz xahişi ilə işdən çıxamaq istəməsinə dair ərizə verilməmişdir. Bu halda məhkəmə hesab edir ki, işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. İXM-in: 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 192.6-ci maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İXM-də nəzərdə tutulmuş hallar yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin, həmin qərarla inzibati xəta törətmiş şəxsə maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

Şikayətçi "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 18.04.2022ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim :Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar