Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1413/2024 31.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X6 iştirakları ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, X12 xx.xx.2024-cü il tarixdə çalışdığı "xxxx" MTK-da fəhlə işindən azad olunduqdan sonra əmək kitabçasının ona verilmədiyindən narazı qalaraq əmək müfəttişliyinə müraciət etmişdir. Müraciəti əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi rəsmi qaydada xx.xx.2024-cü il tarixdə kooperativə müraciət edərək həmin əmkdaşla bağlı bütün zəruri sənədləri tələb edərək əldə etmişdir. Müəyyən edilmişdir ki, şikayətçi Afiəddin Cəfərov kooperativdə fəhlə kimi xx.xx.2024-cü il tarixdə işə başlamış və xx.xx.2024-cü il tarixdə isə könüllü olaraq ərizəsi əsasında işdən azad edilmişdir. Özünün rəsmi olaraq yazdığı izahatında əmk kitabçasını və sonuncu haqq-hesabını aldığını bildirərək kooperativə qarşı hər hansı bir tələbinin olmadığını bildirmişdir. Buna baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsi xx.xx.2024-cü il tarixdə işdən azad edilmiş və həmin vaxtda verilmiş sonuncu haqq hesaba baxmayaraq kooperativin sədrini vəzifəli şəxs kimi xx.xx.2024-cü il tarixli MN ******* inzibati tənbeh tətbiq etmə haqqında qərarla inzibati qaydada cərimə etmişdir. Həmin qərarla guya barəsində xx.xx.2024-cü il tarixdə ******* nömrəli protokol tərtib edilmiş və Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsini tələbini pozulduğunu qeyd etmişlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Bakı şəhər İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarının ləğv edilməsi, həmin maddə ilə barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsinin nümayəndəsi X10 çıxış edərək bildirmişdir ki, şikayət vermiş şəxs inzibati xəta haqqında protokolun əsassız və qanunvericiliyin tələblərinə zidd olaraq tərtib edildiyini bildirsə də, inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni əsaslarla tərtib edilmişdir. İdarə tərəfindən aparılmış araşdırmanın nəticəsində X4 haqq-hesablarının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozularaq gec ödənilməsi aşkar edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar tam qanuni olduğundan verilmiş şikayət ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, 17 fevral 2024-cü il tarixədək "xxxx" MTK-da fəhlə işləmişdir. 2024-cü ilin mart ayının 15-də Əmək müfəttişliyinə müraciət edərək bildirmişdir ki, "xxxx" MTK tərəfindən hazırki vaxtadək onun əmək kitabçası verilməmişdir. Son haqq hesab ona 17 fevral 2024-cü il tarixdə verilmişdir. Şirkətdən şikayəti yoxdur. Qərardan şikayət vermiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərardan şikayətlə müraciət etmiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə qərardan şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, vətəndaş X8 xx.xx.2024-cü il tarixdə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə AR ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən xitam verilmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin tələbləri pozularaq son haqq hesabının gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənildiyi məlum olmuşdur. Əmək müqaviləsinin xitam verilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, X13 ilə xx.xx.2024-cü il tarixdə bağlanmış əmək müqaviləsinə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, digər sənədlərlə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, X12 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ”Şərur” MTK-da işləmiş, onun əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xitam verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, A.Cəfərov ilə bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq onun əmək hüquqları pozularaq son haqq hesabı gecikdirilərək xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Məhkəmə, şahid X8 17 fevral 2024-cü il tarixdə son haqq hesabının alması ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşır və "xxxx" MTK-nın rəhbərinin məsuliyyətdən yayındırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Belə ki, səlahiyyətli orqan tərəfindən vəzifəli şəxsin barəsində aparılmış inzibati araşdırma zamanı sorğu edilərək əldə edilmiş "xxxx" MTK-nın əməkdaşlarına əmək haqlarının verilməsi cədvəlindən görünür ki, X5 haqq hesab xx.xx.2024-cü il tarixdə ödənilmişdir. Məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN seriyalı ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan, həmçinin inzibati işin materiallarında olan sübutlardan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta X9 tərəfindən törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1413/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1413/2024
31.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver