Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1414/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, X1 iştirakı ilə, X4 Nəsimi RPİ-nin 21-ci PB-nin MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 RPİ-nin 21-ci PB-nin MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə işdən evə qayıdarkən saat 22:00 radələrində ünvan 1 saylı ünvanda karantin rejimi ilə əlaqədar aparılan yoxlama çərçivəsində polis əməkdaşı tərəfindən saxlanılmış və ondan müvafiq icazəni təqdim edilməsi tələb olunmuşdur. Bununla əlaqədar o, “www.icaze.e-gov.az” portalı vasitəsilə adına iş icazə olduğunu bildirərək şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Lakin buna baxmayaraq Nəsimi RPİ-nin 21-ci polis bölməsinə dəvət olunmuş və orada barəsində “Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” ilə əlaqədar protokol tərtib edilmişdir. Həmin protokola əsasən Nəsimi RPİ-nin 21-ci PB-nin səlahiyyətli əməkdaşı tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarla barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsilə 400 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Həmin qərarla razı deyil, onu qanunsuz və əsassız hesab edir. Belə ki, “xxxxxxxx” MMC-də menecer (pərakəndə satış üzrə) vəzifəsində işləyir. Fəaliyyət göstərdiyi cəmiyyət geyim satışı ilə məşğul olur. Azərbaycan Respublikasında koronavirıs (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X3 və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrini və müvafiq qanunvericilik aktlarını rəhbər tutaraq hazırda sifarişlər internet və ya telefon vasitəsilə qəbul edilir. Lakin yeni gələn malların qəbulu və müvafiq qaydada saxlanılması, onların müştərilərə təqdim edilməsi üçün foto şəkillərinin çəkilməsi təmin etmək, hər hansı malın anbarda olub-olmasını müəyyən etmək, alınmış malların müştərilərə çatdırılmasını (bəzən malları şəxsən çatdırır) və mağazanın mühafizəsini (pandemiya ilə əlaqədar əməkdaşların işə məhdud sayda cəlb olunması ilə bağlı) təmin etmək üçün işə çıxmağına, sərbəst hərəkətdə olmağına zərurət yaranmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq 07-xx xxxx 2020-ci il tarixlərdə karantin rejimində hərəkəti işəgötürən tərəfindən barəsində məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.a portalına daxil edilmiş və təsdiqləndikdən sonra hərəkətinə icazə verilmiş, xx xxxx 2020-ci il tarixində isə həmin icazə avtomatik şəkildə x xxxxxx 2020-ci il tarixinədək uzadılmışdır. Lakin xx.xx.2020-ci il tarixdə işdən evə qayıdarkən iş icazəsinin olmasına və şəxsiyyət vəsiqəsini təqdim etməsinə baxmayaraq sənədləri yerində yoxlanılmadan Nəsimi RPİ-nin 21-ci PB-yə dəvət olunmuş və orada barəsində qanunsuz və əsassız protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən X7 şikayəti müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. İzahatında göstərdi ki, xx xxxx 2020-ci il tarixdə saat 22:20-da işdən evə qayıdarkən ünvan 2 saylı ünvanda saxlanılmış və hərəkət icazəsinin olmasına baxmayaraq barəsində əsassız olaraq İXM-in 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında da inzibati məsuliyyətə cəlb olunmuşdur. Onun tərəfindən karantin rejiminin heç bir tələbi pozulmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd olunan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Nəsimi RPİ-nin 21-ci PB-sin əməkdaşı tərəfindən tərtib edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X7 tərəfindən icazəsi olmadığı üçün xx xxxx 2020-ci il tarixdə ünvan 2 saylı ünvanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulması hallarına yol verilmişdir. X7 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X7 xx xxxx 2020-ci il tarixdə ünvan 2 saylı ünvanda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını icazəsi olmadığı üçün pozmuş və nəticədə İXM-in 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 400 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Elektron hökumətin İnkişaf Mərkəzinin icaze.e-gov.az saytından çıxarışlardan görünür ki, **-KK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi, “xxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində menecer olan X4 ölkə ərazisi üzrə buraxılış icazəsi 07 -xx xxxx 2020-ci il tarixləri üçün təsdiqlənmişdir. “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun: 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri tənzimləyir; 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: - dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi; - insanların sağlamlığını ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin edilməsi; - sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcə də sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin yaradılması; - gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qaydasının müəyyənləşdirilməsi, sanitariya normalarının və qaydalarının hazırlanması; - əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin yaradılması; - sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət dərəcələrinin müəyyən edilməsi; - vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması; 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər; 38-ci maddəsinə əsasən Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqər vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. “Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli, 208 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 05 avqust saat 06:00-dək məhdudiyyətlər tətbiq edilmişdir; 1.3-cü bəndinə əsasən bu Qərarın 1.2-ci bəndində qeyd olunanlar istisna olmaqla, digər dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, “ASAN Könüllüləri” İctimai Birliyinin, “Aqrar İnkişaf Könüllüləri” Hərəkatının, “Regional İnkişaf” İctimai Birliyinin, “Bir” tələbəkönüllülərinin, Azərbaycan Respublikası Əmək və X5 Nazirliyinin könüllülərinin, həmçinin bu Qərarın əlavəsində nəzərdə tutulan sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların hərəkətinə onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir İXM-in 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında xüsusi karantin rejimi çərçivəsində Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması, həmçinin əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədi ilə tətbiq edilən hərəkət məhdudiyyətlərinin X7 tərəfindən pozulması müəyyən olunmamışdır. Belə ki, onun “xxxxxxxx” MMC-də menecer kimi icazəsi 07-xx xxxx 2020-ci il tarixləri üçün təsdiqlənmişdir. Yəni, X4 xx xxxx 2020-ci il tarixdə ölkə ərazisində hərəkətinə qanunvericiliyin tələblərinə əsasən icazə verilmişdir. Məhkəmə qeyd edir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin əməkdaşı tərəfindən X4 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair protokol tərtib edərkən onun hərəkət məhdudiyyətinə icazəsi olması nəzərə alınmamış və bu barədə məlumatlar yoxlanılmadan əsassız olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-in tələblərini işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmuş, X4 ölkə ərazisində hərəkətinə qanunla müəyyən edimiş qaydada icazəsi olduğu halda, barəsində İXM-in 211.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib etmiş və həmin protokol əsasında qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Təqdim olunmuş sənədlər əsasında X4 İXM-in 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün deyil və bu səbəbdən o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş nöqsanlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X4 barəsində Nəsimi RPİ-nin 21-ci PB-si tərəfindən qəbul edilmiş MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilməlidir. İXM-in: 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri vəşəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X4 İXM-in 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Nəsimi RPİnin 21-ci PB-nin MN ******* nömrəli, xx xxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Nəsimi RPİ-nin 21-ci PB-nə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1414/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1414/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver