Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1414/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, şikayət vermiş şəxs X3 iştirakı ilə, Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan X3 verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4, Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayonu Məhkəməsi 07 fevral 2022 tarixində Bakı şəhəri X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş onun İXM-in 338.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli 22 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və yenidən işə baxılması üçün Bakı şəhəri X6 İdarəsinə tapşırılması ilə əlaqədar qərar çıxarmışdır. Lakin BPİ-nin DYPİ-nin vəzifəli şəxsi 1-ci qərarında, yəni TP ******* nömrəli 22.01.2022 tarixli qərarında edilən hüquq pozuntularına təkrarən 2-ci qərarında, yəni TP ******* nömrəli 29.03.2022 tarixli qərarında da yol vermişdir. Beləliklə, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv aparılmasına maneə törədəcək dərəcədə pozaraq onun iştirakı olmadan barəsində inzibati xəta haqqında qərar qəbul edərək təkrarən hüquqlarını pozmuşdur. Nərimanov Rayonu Məhkəməsinin 07.02.2022 tarixli qərarı BPİ-nin DYPİ-nə 22.02.2022 tarixində göndərilmiş, cavabdehin ərazisi üzrə poçta 24.02.2022 tarixində çatmış və 26.02.2022 tarixində BPİ-nin DYPİ tərəfindən qəbul edilmişdir. Məhkəmə qərarı BPİ-nin DYPİ-nə çatdığı gündən etibarən onunla işlə bağlı heç bir iltifata keçməmişlər və müəyyən müddət keçdikdən sonra özü işlə bağlı maraqlanmağa başladıqda ona dedilər ki, məhkəmənin qərarı onlara çatmamışdır. O da işin tez həll olunması məqsədi ilə Nərimanov Rayonu Məhkəməsinə gəlib müşaiyət məktubunu götürərək 29 mart 2022 tarixində özü birbaşa DYPİ-nə gedərək məhkəmənin qərarını çatdırmışdır. Həmin tarixdən etibarən onunla heç bir əlaqə saxlanılmayıb və onun iştirakı olmadan çıxardığı TP ******* nömrəli 29.03.2022 tarixli qərarından xəbərsiz idi. Baxmayaraq ki, qərarda qeyd edilib ki, 2 (iki) gün ərzində fiziki şəxsə və zərərçəkmiş şəxsə qərarın surəti verilir. Ona heç bir yolla bu qərarın surəti təqdim edilməmişdir. Yalnız 05 may 2022 tarixində yenə də özüm maraqlanmağa başladıqda zəng edərək öyrənmiş və demişlər ki, idarəyə gəlib götürə bilər. Məhkəmə iclasında şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri X6 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında qərarı qəbul etmiş Bakı şəhəri X6 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, X3 İXM-in 338.2-ci maddəsi ilə təqsirli bilinərək cərimə olunmasına dair Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 07.02.2022-ci il tarixli, 3(005)-299/2022 saylı qərarından görünür ki, şikayətin təmin edilməsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər X6 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X3 İXM-in 338.2-ci maddəsi ilə cərimə olunmasına dair TP ******* nömrəli 22 yanvar 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işə yenidən baxılmasının Azərbaycan Respublikası Daxili İşlər Naziliyinin Bakı şəhər X7 İdarəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X1 Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 20 manat məbləğində inzibati cərimə tənbeh növünün tətbiq edilməsi qərara alınmışdır. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4.-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan onun iştirakını təmin etmədən və heç bir əlavə araşdırma aparmadan X3 barəsində inzibati xəta haqqında TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək onun hüquqlarını pozmuşdur. İXM-in: 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozaraq, X4 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. X4 inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, şikayət qismən təmin edilməli, Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli, X4 barəsində işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə göndərilməli, inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətdə göstərilən xüsusatlar onun iştirakı ilə yenidən ətraflı araşdırılmalı və iş üzrə obyektiv qərar qəbul edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti qismən təmin edilsin. Bakı şəhəri X6 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* nömrəli, 29.03.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri X6 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1414/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1414/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver