Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1418/2021 24.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Kamranov Hafiz Eldar oğlu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 206-cı maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-cİ Polis Şöbəsinin sahə inspektoru polis leytenantı X1 tərəfindən Şəxs barəsində İXM-in 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsinə dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bakı şəhər Nərimanov Rayon Polis İdarəsinin 17-cİ Polis Bölməsinin sahə inspektoru polis leytenantı X1 24.06.2021-ci il tarixdə yazılı ərizə ilə məhkəməyə müraciət edərək Şəxs barəsində tərtib etmiş olduğu MN seriyalı ******* nömrəli, 24.06.2021-ci il tarixli inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1418/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1418/2021
24.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver