Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1421/2020 20.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, şikayətçi X2 iştirakı ilə, Şikayətçi X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 Yol-Patrul Xidməti Alayının əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şikayətçi X1 İşlər Nazirliyi Baş Dövlət X7 Yol-Patrul Xidməti Alayının əməkdaşı tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP seriyalı ******* nömrəli protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, elektron Hökumət Portalından ona verilmiş icazə əsasında xx xxxx 2020-ci il tarixində Bakı şəhərindən Quba şəhərinə getmişdir. xx xxxx 2020-ci il tarixində Bakı şəhərinə qayıdarkən Quba-Bakı magistral yolunun 52-ci kilometrliyində yerləşən 1-ci post ərazisində Yol-Patrul Xidməti Alayının polis əməkdaşları tərəfindən sənədləri və müvafiq icazənin olub-olmaması yoxlanılmış, nəticədə ona heç bir xəbərdarlıq olunmadan Elektron Hökumət Portalından icazənin ləğv olunduğu aşkarlanmışdır. O, polis əməkdaşlarına Bakı şəhərində yaşadığı və daimi qeydiyyatda olduğu, daimi yaşadığı evinə qayıtdığını qeyd etsə də, Yol-Patrul Xidməti Alayının polis əməkdaşları tərəfindən yerindəcə Elektron Hökumət Portalından icazənin ləğv olunduğu əsas gətirərək barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinin pozulması barədə ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuş və protokol qərar qüvvəsinə minmişdir. Aşağıdakılara əsasən hesab edir ki, ******* nömrəli inzibati xəta haqqında elektron protokol (qərar) faktiki və hüquqi əsası olmadığı üçün ləğv edilməli və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. İlk öncə qeyd olunmalıdır ki, COVİD-19 pandemiyasının ölkə ərazisində yayılmasının qarşısı alınması və fəsadlarının minimuma endirilməsi ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılmış, Nazirlər Kabineti tərəfindən müvafiq qərarlar verilmiş və bu qərarların icrası digər qurumlarla bərabər Daxili İşlər Nazirliyinə həvalə edilmiş, həmçinin, pandemiyanın qarşısının alınmasında Nazirlər Kabineti yanında Operativ Qərargah ilə Daxili İşlər Nazirliyi birgə fəaliyyət göstərmiş, Nazirlər Kabinetinin qərarlarının icrasında yaranmış natamamlıqlar və qeyri-müəyyənliklər Daxili İşlər Nazirliyinin yüksək vəzifəli şəxslərinin kütləvi informasiya vasitələri vasitəsilə cəmiyyətə verdikləri izahlar və açıqlamalar nəticəsində aradan qaldırılmışdır. Bakı şəhərində daimi qeydiyyatda olan şəxslərin rayonlardan Bakı şəhərinə qayıtmaları ilə bağlı xx xxxx 2020-ci il tarixində kütləvi informasiya vasitələrində Daxili İşlər Nazirliyi Baş Dövlət X7 şöbə rəisi Kamran Əliyevin verdiyi açıqlamada Bakı şəhərində daimi qeydiyyatda olan şəxslərin rayonlardan Bakı şəhərinə qayıtmalarında hər hansı maneənin olmadığı qeyd olunmuşdur. Lakin buna baxmayaraq polis əməkdaşlarına ünvan 1 ünvanında yaşadığı və daimi qeydiyyatda olduğu, daimi yaşadığı evinə qayıtdığını bildirsə də Elektron Hökumət Portalından icazəsinin ləğv olunduğu əsas gətirilərək barəsində polis əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin tələblərinin pozulması barədə ******* nömrəli inzibati xəta haqqında elektron protokol tərtib olunmuşdur. Bundan əlavə, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatlarında və Nazirlər Kabinetinin müvafiq qərarlarında Bakı şəhərində daimi qeydiyyatda olan şəxslərin rayonlardan Bakı şəhərinə qayıtmaları ilə bağlı hər hansı qadağanedici norma nəzərdə tutulmamışdır. Bu halda müvafiq qurum tərəfindən cərimə tətbiq edilməməsi qanunilik prinsipinə ziddir. Mübahisəli məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət etsə də, Daxili İşlər Nazirliyinin Yol-Patrul Xidməti Alayı tərəfindən xx xxxx 2020-ci il tarixində daxil olmuş cavab məktubuna əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Buna görə də pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etdiklərini nəzərə alaraq Daxili İşlər Nazirliyi Baş Dövlət X7 Yol-Patrul Xidməti Alayının vəzifəli şəxsi tərəfindən tərtib olunmuş ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin dəlillərinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan “Asan ödəniş” portalından çıxarışdan görünür ki, X3 İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200.00 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati xəta haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Məhkəmə iclasında aparılan araşdırma zamanı müəyyən edildi ki, X3 İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200.00 manat cərimə edilmişdir. Məhkəmə hesab edir ki, inzibati araşdırma aparmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət X8 X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlmiş və həmin inzibati xətaya yol vermiş X3 barəsində haqlı olaraq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən hesab edir ki, təqdim edilmiş sənədlər əsasında aparılan inzibati icraat zamanı qanunvericiliiyn tələbləri pozulmadığından və mübahisələndirilən qərarın əsassız olması müəyyən edilmədiyindən, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X7 İXP seriyalı ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-1421/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1421/2020
20.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver