Məhkəmə qərarları › İş №3(005)-1440/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1440/2021

30.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1440/2021 30.06.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Qurbanov Vüsal Rafiq oğlu EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* qərarlı protokolların ləğv edilməsi və ondan alınan 419 manat pul vəsaitinin geri qaytarılması barədə X1 şikayətini nəzərdən keçirib MÜƏYYƏN ETDİ: X3, EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* qərarlı protokolların ləğv edilməsi və ondan alınan 419 manat pul vəsaitinin geri qaytarılması barədə şikayətlə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, X1 barəsində EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* qərarlı protokolları tərtib olunmuş və ödəniş olaraq 419 manat pul vəsaiti alınmışdır. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokoldan verilmiş şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədəyalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Şikayətdən və ona əlavə edilən sənədlərdən inzibati xətaların harada baş verməsi dəqiq qeyd olunmamışdır. Bundan başqa şikayət verən X3 ünvan 1 ünvanında qeydiyyatda olsa da, o, şikayətə onun yaşayış yeri üzrə baxılması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına əsasən məhkəmə belə qənaətə gəlir ki, EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* qərarlı protokolların ləğv edilməsi və ondan alınan 419 manat pul vəsaitinin geri qaytarılması barədə X2 məhkəməyə verdiyi şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 EQ 6618652, EQ 6256048, EQ 5516353, EQ 5568393, EQ 5958041, EQ 5259069, EQ 5733809, EQ ******* qərarlı protokolların ləğv edilməsi və ondan alınan 419 manat pul vəsaitinin geri qaytarılması barədə şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər şikayətçiyə geri qaytarılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar