Məhkəmə qərarları › İş №3(005)-1443/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1443/2020

21.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1443/2020 21.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixində, saat 17:44-də Sabunçu ərazidə “Hyundai Elantra” markalı **-UP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun tərəfindən idarə edilməsi zamanı Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin pozulması səbəbi ilə 200 manat məbləğində cərimə edilmə haqqında tənbəh növü tətbiq edilmişdir. xx.xx.2020-ci il tarixində o, yola çıxmamışdan əvvəl 8103 nömrəsinə çıxmaq barəsində sms yazanda şəxsiyyət vəsiqəsinin nömrəsini yazarkən diqqətsizliyindən bir rəqəmi az qeyd etmişdir. (05501024 əvəzinə ******* yazılmışdır). Sms alması üçün yeni qaydaları və maşınla yola düşməsini nəzərə alaraq şəxsiyyət vəsiqəsinin seriya və nömrəsini qeyd etməsindən sonra idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat nişanlarını da sms-də qeyd eləmişdir. Nəticədə 15 dəqiqədən sonra o, tərk etmək barədə icazə almışdır. Lakin icazədə o, yazdığı rəqəm dəyişilmişdir və o, müraciət zamanı yazdığı yeddi rəqəmə (0501024) bir rəqəm əlavə edilmişdir. (05010241). Rəqəmlərin belə deyişilməsi barədə xəbərdar olmayaraq üç saatlıq icazə almağına əmin olarkən yola çixmışdır. Yoxlanış zamanı bu çur texniki səhv aşkar olandan sonra cərimə tətbiq edilməsi barədə protokol tərtib edilmişdir. Həmin gün o, yalnız bir dəfə evini tərk etmişdir və digər vətəndaşın şəxsiyyət vəsiqəsinin göstəricilərini istifadə etməmişdir. Bunları nəzərə alaraq xx.xx.2020-ci il tarixli İXP3438378 nömrəli protokoda nəzərdə tutulan cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə qeyd edilən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə, proses iştirakçısının izahatını, şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nin Yol patrul xidməti inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli TP seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında qərar”dan görünür ki, xx.xx.2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında X3 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat miqdarında cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan 8103 nömrəsinə göndərilən sms-dən görünür ki, “2 AZE ******* **-UP-***” qeyd edilmiş və həmin seriya nömrəsi üzrə 3 saat müddətində yaşayış yerinin tərk edilməsi ilə bağlı müraciət təsdiqlənmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-i tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş (etibarlıdır xx.xx.2023) AZE seriyalı 05501024 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, şikayətdə X3 tərəfindən inzibati xətaya yol verilməməsi barədə dəlillər hər hansı tutarlı sübutla əsaslandırılmamışdır. Məhkəməyə təqdim edilən sənədlərlə onun İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fıziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafıəçi və nümayəndə tərəfındən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinin tələblərinə əsasən, inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, şikayət verən şəxs X2 məxsus və Bakı şəhəri Nərimanov RPİ-i tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsi AZE seriyalı 05501024 nömrəlidir. xx.xx.2020-ci il tarixdə 8103 nömrəsinə göndərilən sms-in mətnində isə Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin “AZE 0501024” seriya, nömrəsi qeyd edilmiş və 3 saat müddətində yaşayış yerinin tərk edilməsi ilə bağlı müraciət təsdiqlənmişdir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, xx.xx.2020-ci il tarixdə 8103 nömrəsinə göndərilən sms-in mətnində AZE seriyalı 05501024 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibinə deyil, AZE seriyalı ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin sahibinə 3 saat müddətində yaşayış yerinin tərk edilməsi ilə bağlı icazə verilmişdir. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsaslı hesab etməməklə bərabər belə qənaətə gəlir ki, inzibati icraat zamanı qanunvericiliyin tələblərinin pozulması üçün əsaslar məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Bu səbəbdən şikayətçi X1 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.1,130.1, 133, 134, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar