Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1448/2024 30.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X9, Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 iştirakları ilə Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 25 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 25 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin MN № ******* nömrəli, 25 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 192.4-ci maddəsi ilə təqsirli bilinərək 900 (doqquz yüz) AZN miqdarında cərimə olunmuşdur. Qərara əsas X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsinə baxmayaraq son haqq hesab xx.xx.2023-cü il tarixində ödənilərək AR Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi pozulması göstərilmişdir. Barəsində tərtib edilmiş qərarı aşağıda sadalananlara əsasən qanunsuz və əsassız hesab olunur. Beləki, qərara əsas gətirilən fakt mövcud deyildir və mövcud olmamışdır, İlk gündən əmək müffəttişləri tərəfindən hüquqları kobud şəkildə pozularaq işə qərəzli baxılmışdır, dəfələrlə rəsmi vəsatətlər verməyimə baxmayaraq heç birinə cavab verilməmişdir. X8 əmək müqaviləsinə xx.xx.2023-ci ildə xitam verilmişdir və onun son haqq hesabı hesablanaraq xx.xx.2023-cü il tarixində rəsmi bank vasitəsilə əmək haqqına köçürülmüşdür. Sənədlərdən göründüyü kimi, son haqq hesab 361.03 (üç yüz altmış bir manat 3 qəpik) hesablansa da, işçiyə 400.75 (dörd yüz manat yetmiş qəpik). köçürülmüşdür, yəni artıq 39.72 (otuz doqquz manat yetmiş iki qəpik) məbləğ verilmişdir. Bu məbləğ işçidən geri alınmamışdır. Lakin işçi naməlum səbəbdən qərərzlilik göstərərək xx.xx.2023-cü il tarixində son haqq-hesabının ödənilməməsi barədə şikayət yazmışdır. Müfəttişlərin qərəzliliyi Məmmədova Mərziyyə xx.xx.2024-Yusif qızına qarşı ikinci dəfədir ki, təkrarlanır, ilk dəfə MN №1743822 nömrəli, 28 avqust 2023-cü il tarixli protokol və MN №1291078 nömrəli, 18 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında X2 iştirakı olmadan onun vəsatətlərinə baxılmadan verilmişdir. Bir müffəttişdən şikayət yazan kimi, onu dərhal məzuniyyətə göndərir və işə yenisini qoşurlar o da dərhal «sənədləri görməmişəm» yazır, bu süründürməçilikdir. Bu səbəbdən MN №1291078 nömrəli, 18 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında X1 şikayəti qismən təmin olunaraq, Nərimanov Rayon Məhkəməsi 3(005)-3066/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixində çıxardığı Qərarla Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin qərarının ləğv etmiş və işə yenidən baxılması tapşırmışdır. Müfəttişlik heç bir iclasda iştirak etməyərək daha sonra bu qərardan apellyasiya şikayəti verimişdir. Lakin apellasiya məhkəməsi də bu şikayəti əsassız olduğu üçün 3(103)-137/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli Qərarı ilə təmin etməmişdir, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamışdır . Qərar ləğv olunan kimi, ASANPAY sistemində cərimələr bölməsində o həmin cərimə silinməli idi, yəni bunu məhkəmənin qərarı üzrə icra proseduru tələb edir və bu barədə hətta apellasiya məhkəməsinə belə ərizə yazmışdı . Lakin üstündən 2 ay keçməsinə baxmayaraq X3 hüquqları AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən yenidən pozularaq o cərimə sistemdən silinmədən onu işin yenidən baxılmasına 29 mart 2024-cü il tarixli 3-17-5/2- 17383/2024 saylı bildiriş məktubu ilə xx.xx.2024-cü il tarixinə müfəttişliyə dəvət etmişlər. Bildirişdə də qeyd edilib ki, onlar yenidən işə baxırıq və iş üzrə bütün sübutlarının təqdim olunması təklif olunur. X5 isə bildirir ki, sübut etmə vəzifəsi müffəttişlikdədir, sahibkarda deyil, xəta və pozuntunu sübut edən dəlillər yoxdur. ASANPAY portalından cərimə silinmədən işə baxılması qərəzlilik əlamətidir, hüquq pozuntusudur və bu yol verilməzdir, bu səbəbdən o cərimə silinib işə sonra baxılmalıdır. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti xx.xx.2024-cü il tarixli Qərarında işin baxılmasını təxirə salır və müddətin xx.xx.2024-cü il tarixinədək uzadılması qərarını alır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X3 barəsində olan inzibati tənbeh tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv olunması və onun barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Şikayət vermiş şəxs X5 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək, xx.xx.2023-cü il tarixində X7 Bakı şəhər idarəsinə dəvət edildiyini, tərtib edilən qərarda xx.xx.2023cü il tarixində gecikdirmə ilə son haqq hesab edildiyinin göstərildiyini, sübutlar təqdim edilməsi üçün şərait yaradılmadığını, çətinliklə əlavə sənədlər qəbul etdildiyini bildirimişdir. Sənədlərə baxılarkən xəta aşkar olunmamışdir. Mərziyyə Məmmədova izahatında qeyd etmişdir ki, X10 03 aprel 2023-cü il tarixində işə götürülmüş, MMC-nin mühasibi Nigar Quliyeva tərəfindən X14 etdiyi intizam xətası törədiyindən görə cərimə olunmuş, lakin Nigar Quliyevanın cərimə etmək səlahiyyəti olmadığından xx.xx.2023-cü il tarixdə cərimə olunmuş məbləğ X8 hesabına qaytarılmışdır. Şikayət vermiş şəxs X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarının ləğv olunması və onun barəsində aparılmış inzibati xətaya dair iş üzrə icraata xitam verilməsinə dair şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayədəsi X15 MMC-nin mühasibi Nigar Quliyevanın izahatında X10 cərimələdiklərini bildirmişdir. Lakin əmək qanunvericiliyində belə bir hal nəzərdə tutulmamışdır. O, X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixində xitam verilməsinə baxmayaraq son haqq hesabın xx.xx.2023-cü il tarixdə ödənildiyini, bu səbəbdən "xxxx" MMC-nin direktoru X3 inzibati məsuliyyətə cəlb edilməsi bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayədəsi X15 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarını müdafiə edərək "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayətin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə araşdırıb, iş üzrə sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsinin MN seriyalı ******* nömrəli 25 aprel 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli və "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: MN seriyalı ******* nömrəli 25 aprel 2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərarın surətindən görünür ki, X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilməsinə baxmayaraq son haqq hesabı xx.xx.2023-cü il tarixdə edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələbi pozulmuşdur. Nəticədə "xxxx" MMC-nin direktoru X5 İXMin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 900 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) xx.xx.2023-cü il tarixli, 3(005)-3066/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilərək işə yenidən baxılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinə tapşırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(103)-137/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Xalidə Əlisoy) xx.xx.2023-cü il tarixli, 3(005)- 3066/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" MMC-nin 16-K nömrəli əmrindən görünür ki, X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X14 üçün nəzərdə tutulmuş son haqq hesab 361.03 manat kimi hesablanmışdır. İş materiallarında olan №7 saylı 06 iyul 2023-cü il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC "xxxx" ASC-də olan hesabından 400.75 manat pul vəsaitini X8 hesabına köçürmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş "xxxx" MMC-nin mühasibi X6 MMC-nin direktoruna yazdığı izahatdan görünür ki, xx.xx.2023-cü il tarixdə X8 əmək müqaviləsinə xitam verilməsi tapşırığını yerinə yetirmək üçün “sosial.gov.az” sisteminə daxil olmuş, lakin müqavilənin xx.xx.2023-cü il tarixdən qüvvədən düşdüyünü görmüş, “142” qaynar xətti ilə əlaqə saxladığı zaman, “142” qaynar xəttinin əməkdaşları “Anydesk” proqramı vasitəsi ilə kompyturə daxil olaraq müqavilənin müddətli olduğunu buna görədə bitmə tarixində xx.xx.2023-cü il tarixinin bitdiyini bildirmişlər. Müqavilənin bitmə tarixinə uyğun olaraq xx.xx.2023-cü il tarixdə qüvvədən düşməsi ona məlum olmuş, bu səbəbdən xx.xx.2023-cü il tarixdə A.Məmiyevin son haqq hesabını ödəmişdir. Məhkəmə, hazırki şikayətin dəlillərini araşdırarkən ilk əvvəl "xxxx" MMC-nin direktoru X3 təqsirli bilindiyi inzibati xətalara dair münasibət bildirməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 91.2-ci maddəsinə əsasən qısaldılmış iş vaxtının müddəti həftə ərzində 16 yaşınadək işçilər üçün 24 saatdan, 16 yaşdan 18 yaşadək işçilər və orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş işçilər üçün, həmçinin hamilə və yaşyarımadək uşağı olan qadınlar və 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər üçün 36 saatdan artıq olmamalıdır. 119.2-ci maddəsinə əsasən orqanizmin funksiyalarının pozulması faizindən, səbəbindən və müddətindən asılı olmayaraq işləyən əlilliyi olan işçilərə əmək məzuniyyəti 42 təqvim günündən az olmayaraq verilir. 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir; İXM-in: 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.1.3-cü maddəsinə əsasən bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normalardan göründüyü kimi, İXM-in 192.4-cü maddəsinin tərkib əlamətlərinin yaranması üçün işəgötürən tərəfindən işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməlidir. Hazırki iş üzrə "xxxx" MMC tərəfindən X14 xx.xx.2023-cü il tarixdə işə qəbul edilmiş, "xxxx" MMC-nin 16-K nömrəli əmrindən görünür ki, X8 əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Eyni zamanda X14 xx.xx.2023-cü il tarixdə işdən azad edildikdən sonra qüvvədə olan əmək qanunvericiliyinin tələblərinə əsasən №7 saylı 06 iyul 2023-cü il tarixli ödəniş tapşırığından da göründüyü kimi X14 üçün nəzərdə tutulmuş son haqq hesab 361.03 manat kimi hesablansa da, "xxxx" MMC "xxxx" ASC-də olan hesabından 400.75 manat pul vəsaitini X8 hesabına köçürdüyü təsdiq olunmuşdur. Belə olan halda əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən hallar "xxxx" MMC-nin direktoru X3 barəsində inzibati məsuliyyəti istisna edir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in: 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda; 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar sırasına daxildir. Beləliklə məhkəmə hesab edir ki, "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 25 aprel 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin olunmalı, qərar ləgv edilməli və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. "xxxx" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin MN seriyalı ******* nömrəli 25 aprel 2024-cü il tarixli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №3(005)-1448/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1448/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver