Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1452/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Bakı şəhəri Dövlət X7 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Dövlət X7 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi və barəsindəki inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx xxxx 2020-ci il tarixdə K. Səfərəliyeva küçəsi ilə Neftçilər prospektinin kəsişməsində ona məxsus Kia CEED avtomobili ilə hərəkət edərkən saat 09:33 radələrində YPX onu saxlamış və Bakı şəhəri DYPİ Müşayiət-Eskort bölüyü YPX baş inspektoru, polis kapitanı X2 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun yolayrıcını keçmə qaydalarının tələblərinin pozulması qeyd olunaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.2 maddəsi ilə törətmiş olduğu xətaya görə məsuliyyət qeyd edilmişdir. Protokola etirazını bildirdiyi üçün şikayətinə xx xxxxxx 2020-ci ildə BPİ-də baxılsa da, əsaslandırmasına heç bir qanuni istinad göstərmədən, öz versiyalarını sübuta yetirmədən barəsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 41-ci bəndinin tələblərini pozmaqla 60 manat (3 bal) məbləğində cərimə edilməsinə dair qərar çıxarılmışdır. Etirazı onun barəsində çıxarılan qərarın hüquqi əsaslarının olmamasıdır. Qeyd edir ki, BPİ-də ona göstərilən video görüntüdə də aydın şəkildə görünür ki, o, yolayrıcına girərkən idarə etdiyi minik vasitəsini tam dayandırır, arxadan gələn nəqliyyat vasitələrinə baxır. Arxadan gələn nəqliyyat vasitəsi yolayrıcına çatmamışdan əyləcə basaraq sürətini azaldır, onun sürətini azaltdığını gördüyü üçün yolayrıcına çıxır və hərəkətini davam etdirir. Arxadan gələn nəqliyyat vasitəsi onun etdiyi manevr hərəkətinə görə nə qəfil hərəkət istiqamətini dəyişir, nə də qəfil əyləcə basır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətini müdafiə edərək, şikayətə uyğun izahat verib tərəfindən heç bir qayda pozuntusuna yol verilmədiyini qeyd edərək məhkəmədən vermiş olduğu şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Dövlət X10 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X1 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən X1 İXM-in 327.2-ci maddəsi ilə inzibati cərimə olunmasına dair xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər Dövlət X7 müşayiət-Eskort bölüyünün YPX baş inspektoru, polis kapitanı X3 tərəfindən tərtib edilmiş xx xxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 barəsində İXM-in 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhər Dövlət X7 xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarından görünür ki, X4 xx.xx.2020-ci il tarixində saat 09:33-də Neftçilər ərazisində “KİA Ceed” minik markalı, 90GP028 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcının keçmə qaydalarını pozmuşdur. Nəticədə İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir; Azərbaycan Respublikası DİN-in Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət X5 xx.xx.2020-ci il tarixli, 9/YP046-38362 nömrəli məktubundan görünür ki, X1 idarə etdiyi avtomobillə yol hərəkəti qaydasının pozulmasını təsdiq edən videogörüntü müşahidə kameralarının yaddaş sisteminin arxivində qalmadığından, həmin görüntünün təqdim olunması mümkünsüzdür. Məhkəmə, işin faktiki hallarına hüquqi qiymət verərək hesab edir ki, X4 tərəfindən yol hərəkəti qaydasının pozulması ilə bağlı inzibati icraat qanun pozuntularına yol verilməsi ilə aparılmışdır. Belə ki, İXM-in: 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Dövlət X7 inzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarında İXM-in 115.1.4-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin qərarda işə baxılarkən müəyyən edilmiş hallar göstərilməmişdir. Adı çəkilən qərarda X4 tərəfindən İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilsə də, həmin xətanın mahiyyəti açıqlanmamışdır. Bundan başqa X1 şikayətdə göstərdiyi dəlillərdən göründüyü kimi hadisənin görüntüləri inzibati orqanda mövcud olsa da, həmin görüntü müşahidə kameralarının yaddaş sisteminin arxivində saxlanılmamışdır. Bununla da, X1 İXM-in 61.1.7-ci maddəsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur. İXM-in: 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-in: 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Bununla da məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla qərar qəbul edərək, X1 hüquqlarını pozmuşdur. İlqar Kərimov inzibati xətanın mövcudluğu ilə razı olmadığından iş üzrə araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, X4 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, onun barəsində Bakı şəhəri Dövlət X9 tərəfindən qəbul edilmiş TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilməli, inzibati xəta haqqında işə yenidən baxılması Bakı şəhər Dövlət X8 tapşırılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə cərimə olunmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi Dövlət X5 inzibati xəta haqqında TP ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin və işə yenidən baxılması Bakı şəhəri Dövlət X8 tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №3(005)-1452/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1452/2020
25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver