Məhkəmə qərarları › İş №3(005)-1453/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1453/2023

23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1453/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, «Şəxs» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin rəisi X2 «Şəxs» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə 00100-01185/23 nömrəli, 04 may 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları şöbəsindən daxil olmuş 34/012/011563 saylı 27,04,2023-cü il tarixli raporta əsasən “BAKİ SƏHƏR HALQASİ ƏMƏLİYYAT ŞİRKƏTİ (BCCOCV-nin (VÖEN: **********) ünvanına 33AHN388/33DTM14, 33AAH149/33HF464 və 47AH033/31RC411 dövlət nömrə nişanlı nəqlivvat vasitələri ilə daxil olmuş yüklər **********3810, **********3810 və **********3809 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir, İdxalatçı tərəfindən gətirilən mallar və nəalivvat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi tələblərə uyqun tərtib edilmədiyi üçün həmin bəyannamələrin 40-cı qrafalarında qeyd edilməmişdir, Beləliklə, Bakı Bas Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları” şöbəsindən daxil olmuş raporta əsasən “BAKİ SƏHƏR HALQASİ ƏMƏLİYYAT ŞİRKƏTİ (BCCOC)” tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və va gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «Şəxs»nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək, məhkəmə hesab edir ki, «Şəxs» tərəfindən Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Xüsusi gömrük prosedurları şöbəsi tərəfindən ünvanlanmış raportdan görünür ki, “BAKİ SƏHƏR HALQASİ ƏMƏLİYYAT ŞİRKƏTİ (BCCOCV-nin (VÖEN: **********) ünvanına 33AHN388/33DTM14, 33AAH149/33HF464 və 47AH033/31RC411 dövlət nömrə nişanlı nəqlivvat vasitələri ilə daxil olmuş yüklər **********3810, **********3810 və **********3809 sorğu nömrəli gömrük bəyannamələri ilə bəyan edilmişdir, İdxalatçı tərəfindən gətirilən mallar və nəalivvat vasitəsi gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsi tələblərə uyqun tərtib edilmədiyi üçün həmin bəyannamələrin 40-cı qrafalarında qeyd edilməmişdir, İş materiallarında olan “Gömrük Xidmətinin “X1 Sistemi” İnformasiya resursuna baxış keçirilməsi haqqında” 02 may 2023-cü il tarixli protokoldan görünür ki, “İpək yolu” gömrük postunda 21,04,2023-cü il tarixli **********3810 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəvan edilmiş mallar 33AAH149/33HF464 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 21:27 radələrində Qərb Ərazi Bas Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********3810 sorğu nömrəli gömrük bəyannaməsinin 35-Ci qrafasında malların brutto çəkisi 1900 kq, 38-ci qrafasında malların netto çəkisi 1900 kq. 44-cü qrafasında invovsun nömrəsi 2023-012 (xx.xx.2023-cü il tarixli) qevd edilmişdir, lakin **********0117 sorğu nömrəli 16.04,2023-cü il tarix qısa idxal bəyannaməsinin 35-ci qrafasında malların brutto çəkisi 265 kq, 38-ci qrafasında malların netto çəkisi 265 kq, 44-cü qrafasında invovsun nömrəsi 2023-013 (xx.xx.2023-cü il tarixli) qevd edilmişdir. Həmçinin, **********3810 sorğu nömrəli gömrük bəyannaməsinə qoşulan 909 nömrəli CMR sənədində invovsun nömrəsi 2023-012 və **********0117 sorqu nömrəli qısa idxal bəyannaməsinə qoşulan 909 nömrəli CMR sənədində invovsun nömrəsi 2023- 013 qevd olunmuşdur. Bununla da **********0117 sorqu nömrəli 16.04,2023-cü il tarix qısa idxal bəyannaməsinə fərqli nömrədə invovs scan olunaraq qoşulmuşdur. Əlavə olaraq. **********0117 sorğu nömrəli qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə daxil olmamışdan 3(üç) gün qabaq 16.04,2023-cü il tarixdə saat 01:42 radələrində gömrük orqanına rəsmiləşdirmək üçün göndərilmişdir, İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan «Şəxs»-nin nümayəndəsi X3 izahatında bildirmişdir ki, nəqliyyat şirkəti mallar gömrük ərazisinə daxil olmamışdan qabaq müvafiq sənədləri ona elektron qaydada göndərmişdir və o da bəyannaməçi X4 göndəmişdir, belə uyğunsuzluğun olmasında bəyannaməçinin təqsiri yoxdur, çünki bəyannaməçi onun göndərdiyi sənədlər əsasında bəyannamələri tərtib etmişdir, mallar gömrük ərazisinə daxil olduqdan sonra bu uyğunsuzluq barədə məlumatı olmuşdur, odur ki, nəqliyyat şirkətinin göndərdiyi səhv CMR sənədinə görə belə bir uyğunsuzluq yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İXM-in 485.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə və ya görük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatların verilməsinə, yaxud malların və nəqliyyat vasiələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə -vəzifəli şəxslər 70 manatdan 100 manatadək məbləğində, hüquqi şəxslər 250 manatdan 500 manatadək məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, «Şəxs» tərəfindən qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük ərazisindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumatlar verilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, «Şəxs»-nin hərəkətlərində İXM-nin 485.1-ci maddəsinin tərkibi mövcuddur. Buna görə də həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbeh növü təyin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Şəxs» Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 250 (iki yüz əlli) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar