Məhkəmə qərarları › İş №3(005)-1454/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1454/2023

02.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1454/2023 02.06.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə 00100-01163/23 nömrəli, 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Gömrük Əməliyyatları İdarəsindən daxil olmuş 34/015/011824 nömrəli, xx.xx.2023-cü il tarixli raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 34JR6998/34KN3260 nömrə nişanlı yük avtomaşınında daxil olmuş 6 yerdən ibarət 1800,00 kq qəliblər yükü **********1318 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə xx.xx.2023-cü il tarixədək 04 ay müddətinə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” informasiya resursundan çıxarışdan görünür ki, **********1318 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X5 çıxış edərək tərtib edilmiş protokol üzrə inzibati xəta haqqında işə dair icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, Şəxs tərəfindən **********1318 saylı GB ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduranda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti xx.xx.2023-cü il tarixindən bitmiş, lakin Şəxs tərəfindən bu yüklərin digər gömrük prosedura altında yerləşdirilməsi barədə müraciət daxil olmamışdır. Bakı Baş Gömrük İdarəsində **********1318 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “Qəliblər” yüklərin hal-hazırda Şəxsn Abşeron rayonu, Saray qəsəbəsində yerləşən anbarında olub-olmadığı, malların istifadə vəziyyəti, yerinin dəyişdirilibdəyişdirilmədiyinin və malların müvəqqəti saxlanc qaydalarına uyğun saxlanılıbsaxlanılmadığının müəyyən olunması məqsədi ilə icraatına daxil olmuş raportların icrası ilə əlaqədar Mobil gömrük şöbəsinin və İpək yolu gömrük postunun əməkdaşları hazırda Şəxs Abşeron rayonu, Saray qəsəbəsində yerləşən anbarında olmuşlar və baxış zamanı xx.xx.2022-ci il tarixli, **********1318 sorğu nömrəli gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş “Qəliblər” yüklərin açıq şəkildə saxlanıldığı və yüklərin anbarda olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirmişdir ki, Şəxs sənədləri çatışmadığından onları malları saxlancda 04 aydan artıq saxlaya bilmirlər və buna görə də direktoru idarəyə dəvət etmişlər. Şəxs direktoru tərəfindən təqdim edilən bəyannamələr həqiqətən də həmin mallar üçün təsdiq edilmişdir. Bəyannamədə xx.xx.2022-ci il tarix qeyd olunmadığından əlaqə yaranmamış və xx.xx.2022-ci il tarixli sənəd bu səbəbdən açıq qalmışdır. Buna görə də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Araşdırma zamanı həmin təsdiqedici sənədlər təqdim edilmədiyindən onlar bəyannamələrdən məlumatsız olmuş və protokolu tərtib etmişlər. Lakin əslində həmin tarix üçün yüklər bəyannamələr əsasında təsdiq edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X4 çıxış edərək bildirmişdir ki, əslində o, sənədləri təqdim etmək üçün Bakı Baş Gömrük İdarəsinə getmişdir Buna baxmayaraq idarədə onun sənədləri götürülməmişdir. Yekunda məhkəməyə təsdiqedici sənədi təqdim edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 00100-01163/23 nömrəli, 03 may 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, **********1318 sorğu nömrəli, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş malların saxlanc müddətinin son tarixi xx.xx.2023-cü il müəyyən edilmişdir. 23 dekabr 2022-ci il tarixli, İN/TS-772/2022 nömrəli təsdiqedici sənəddən görünür ki, siyahıda göstərilmiş məhsulların idxalı zamanı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 164.1.26-cı maddəsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 20.0.17-ci maddəsində nəzərdə tutulan güzəştlərdən istifadə hüququ verilmişdir. 05 dekabr 2022-ci il tarixli, **********1318 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş mallar rəsmiləşdirilmişdir. 30 dekabr 2022-ci il tarixli, **********2221 nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedura altında yerləşdirilmiş mallar rəsmiləşdirilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin: 176.1-ci maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır; 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsinə əsasən malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Məhkəmə iclasında isə sənədlərin qarşılıqlı tədqiqi nəticəsində müəyyən edilmişdir ki, Şəxs tərəfindən müvəqqəti saxlanc gömrük prosedurunda saxlanca götürülmüş malların rəsmiləşdirilməsi ilə bağlı 05 dekabr 2022-ci il və 30 dekabr 2022-ci il tarixdə təsdiqedici sənədlər təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar