Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1455/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə DYPİ Yol patrul xidmətinin inspektoru tərəfindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-3.1-ci ("Giriş qadağandır" yol nişanının tələblərinin pozulması) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya əsasən həmin tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Hadisə ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi X9 MİNİK markalı, "10GY078" dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dayandırmağını tələb etdi. Müvafiq göstəriş tərəfimdən uyğun bir şəkildə icra olunaraq nəqliyyat vasitəsi yolun sağ kənarında saxlanıldı. Yol patrul xidmətinin əməkdaşı nəqliyyat vasitəsinə yaxınlaşaraq birbaşa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-3.1-ci maddəsinin tələblərini pozduğunu və bu səbəbdən saxlanıldığını bildirmişdir. Yol patrul xidməti inspektorunu dinlədikdən sonra tərəfindən ona etiraz bildirilmiş və nəqliyyat vasitəsinin idarə olunması zamanı heç bir yol hərəkəti qaydalarının tələblərinin pozuntusuna yol verilmədiyi bildirilmişdir. Yol patrul xidmətinin əməkdaşından qadağan olunan istiqamətdə olduğuna dair müvafiq yol nişanının və görüntünün təqdim olunması tələb olunduqda inspektor görüntünün göndəriləcəyini bildirdi. Son olaraq yol patrul xidməti inspektoruna təkrar etiraz bildirərək tərtib ediləcək protokolun video görüntsünü elektron kabinetə yerləşdirməsini və tərəfindən müvafiq şikayət ediləcəyi bildirilmişdir. Müvafiq protokolun kabinetə yerləşdirmə tarixi xx.xx.2025-ci il olmasına baxmayaraq, əlavə edilmiş sənədlər (Foto/video) xanasında müvafiq görüntülərin mövcud olmadığı müəyyən edilmişdir. (müvafiq çıxarışlar əlavə edilir) Tərəfindən nəqliyyat vasitəsinin hərəkəti zamanı heç bir pozuntuya yol verilməmişdir. Yol patrul xidmətinin inspektoru tərəfindən irəli sürülən pozuntuya dair heç bir foto, video görüntünün təqdim edilməməsi və eyni zamanda elektron kabinetə yerləşdirilməməsi tərtib olunmuş protokolun və cərimənin əsassızlığını bir daha sübut edir. Bu nöqsanlarla inzibati məsuliyyətə əsassız və qanunsuz olaraq cəlb edildiyini hesab edir. Bu isə barəsində inzibati protokolun və nəticədə qərarın əsassız olaraq tərtib edildiyinə əsas verir. Göstərilmiş dəlillərə əsasən hesab edir ki, xx.xx.2025-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı protokol əsassızdır və ləğv olunmalıdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X5 məhkəməyə hadisə görüntülərini əks etdirən videodisk təqdim edərək verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Buna görə də, səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. Hadisə görüntülərini əks etdirən “CD” diskdən görünür ki, X4 xx.xx.2025-ci il tarixdə saat 16:01-də ünvan 1 ünvanında “X9” minik markalı, 10GY078 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən “Giriş qadağandır” yol nişanının tələblərini pozmuşdur. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X4 öz şikayət ərizəsində inzibati xəta törətmədiyini irəli sürmüşdür. X1 inzibati xətanı törətməməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmiş və şikayət ərizəsində qeyd etdiyi halları əsaslandırmamışdır. Bununla da məhkəmə hesab edir ki, şikayətçi tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o, həmin maddədə göstərilən inzibati xətanı törətmişdir və bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası DİN Bakı Şəhər Dövlət Yol Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov
Məhkəmə qərarları › İş №3(005)-1455/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1455/2025
20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver