Məhkəmə qərarları › İş №3(005)-1458/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1458/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1458/2020 03.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Hüseynov Elçin Rövşən oğlunun katibliyi, Şikayət vermiş şəxs Nəcəfov Rəvan Cavanşir oğlunun, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri BPİ-nin BDYPİ-nin nümayəndəsi Abbasov Niyazi Əjdər oğlunun iştirakları ilə, Nəcəfov Rəvan Cavanşir oğlunun barəsində Bakı şəhəri BPİ-nin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriya ******* nömrəli qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəcəfov Rəvan Cavanşir oğlu, barəsində Bakı şəhəri BPİ-nin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriya ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Nəcəfov Rəvan Cavanşir oğlu ərizə təqdim edərək barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP seriya ******* nömrəli qərarın ləğv edilməsinə dair müraciət etdiyi ərizəsinin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin BDYPİ-nin nümayəndəsi Abbasov Niyazi Əjdər oğlu Nəcəfov Rəvan Cavanşir oğlunun barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP seriya ******* nömrəli qərarın ləğv edilməsinə dair müraciət etdiyi ərizəsinin baxılmadan geri qaytarılmasına dair ərizəsinin təmin edilməsinə etiraz etmədi. Məhkəmə iş materiallarını nəzərdə keçirib və proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, Nəcəfov Rəvan Cavanşir oğlunun barəsində Bakı şəhəri BPİ-nin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayəti ona əlavə ediliş sənədlərlə birlikdə həmin şəxsə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, inzibati qanunvericiliklə barəsində qərar çıxarılmış şəxsin həmin qərardan şikayət vermək hüququ olduğu kimi verdiyi şikayəti geri götürmək hüququ da var, buna görə də ərizə təmin edilərək şikayət ərizəsi baxılmadan onu verən şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Nəcəfov Rəvan Cavanşir oğlunun barəsində Bakı şəhəri BPİ-nin BDYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, TP seriya ******* nömrəli qərarın ləğv olunması barədə qərar qəbul edilməsinə dair şikayəti baxılmadan onu verən şəxsə qaytarılsın. Hakim Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar