Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(005)-1458/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi , Qərarı barəsində şikayət verilən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri X2, X1, Şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan verdiyi şikayətə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, naməlum şəxs tərəfindən inzibati xətanın aşkar edilməsində istifadə olunan modeli SM-T395NZK.ABTU olan markası Samsung telefon vasitəsi ilə çəkilmiş fotoşəkillər əsasında barəsində xx.xx.2024-ci il tarixdə saat 16:36-da AYN0952009 nömrəli protokol tərtib edilmişdir. Həmin protokol üzrə ödənişdə 01 (bir) rəqəm üzrə səhv edərək AYN ******* (sonuncu rəqəm doqquz yerinə səhvən altı qeyd olunmuşdur) nömrəli X4 məxsus protokoluna oğlu X11 tərəfindən vaxtından əvvəl 10 faiz endirimlə 18 manat ödənişi xx.xx.2025-ci il tarixdə “AsanPay” ödəniş portalından “Kapital bank” kart vasitəsilə etmişdir. hadisə vaxtı nəqliyyat vasitəsi oğlu X7 istifadəsində olmuşdur. Protokoldan məlumat olduğu üçün vaxtından qabaq endirimli taarifə uyğun ödənişi edib xaricə səfər etmişdir. Səfərdən qayıtdıqdan sonra həmin protokolun qüvvədə olmasını təsadüfən aşkar elmişdir. Bunu bilib, AYNA şirkətinin qaynar xəttinə zəng ilə və yazılı elektron məktubla müraciət etmişdir. Təəsüflər olsun ki, AYNA səhv ödənişi onun faktiki cəriməyə silinməsini təmin etməmiş və bilə-bilə X3 cəzasız qalmasını təmin etmişdir. Oğlu dəfələrlə adalətsiz qərarlarla razılaşmayaraq daima rəsmi müraciətlər ünvanlamışdır. Həçbir nəticə əldə olunmadı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa, o, rayona səfərdən sonra idarə etdiyi nəqliyyat vasitəsinə cərimə gəlmişdir. Bununla, yaşayış ünvanına ən yaxın poçtda yaxınlaşıb şəxsiyyət vəsiqə üzrə var olan cərimələrin ödənişini etmişdir. Məhz, həmin aktual ödənilməmiş mübahisəli AYN ******* nömrəli qərar üzrə cəriməni xx.xx.2025-ci il tarixdə 30,20 manat ödəniş etmişdir. Bununla, xx.xx.2025 tarixli AYN ******* nömrəli elektron qərarı üzrə 2 dəfə ödəniş (səhvən xx.xx.2025-ci il tarixdə X11 18 manat və xx.xx.2025-ci il tarixdə X12 tərəfindən 30,20 manat) AYNA tərəfindən qəbul edilmişdir. xx.xx.2025 tarixli AYN ******* nömrəli elektron qərarı xx.xx.2025-ci il tarixində saat 10:04də AYNA məxsus rəsmi elektron mailto:office@ayna.gov.azElektron ünvan poçtundan qəbul edilmişdir. Odur ki, səhvən ödənilmiş X14 məxsus AYN ******* saylı cərimə bərpa edilərək X7 həmin xx.xx.2025 tarixli AYN ******* nömrəli elektron qerarına şamil edilməsini və xx.xx.2025-ci il tarixdə tərəfindən ödənilmiş 30,20 manat məbləğində ödənişin geri qaytarılmasının təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X12 şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarı barəsində şikayət verilən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nümayəndələri X8 və X5 şikayətin təmin edilməməsini, hebə şikayət vermə müddətinin ötürüldüyünü və bununla bağlı rəsmi müraciəti olmadığını bildirmiş şikayətin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İXM-nin 130-cu maddəsinə əsasən Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərar xx.xx.2025-ci il tarixdə qəbul olunmuş, həmin qərardan şikayət vermə müddəti şikayətçi X9 tərəfindən buraxılmış, həmçinin sonuncu tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd olunanlara əsasən və İXM-nin 118, 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X12 tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin BNA seriyalı ******* saylı xx.xx.2025-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan verilmiş şikayət və ona əlavə olunmuş sənədlər şikayət vermiş şəxsə geri qaytarılsın. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №3(005)-1458/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №3(005)-1458/2025
15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver