Məhkəmə qərarları › İş №3(005)-1462/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1462/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1462/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlunun iştirakı ilə, xx.xx.1975-ci ildə Türkiyə Respublikasında anadan olan, evli, ali təhsilli, «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1- 1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru X1 Kommersiya Məhkəməsinin 2- 2(086)-109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası ilə əlaqədar borclu «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu icra məmurunun qanuni tələlərini yerinə yetirməməsi ilə bağlı borclu «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu barəsində İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərmişdir. MN seriyalı ******* nömrəli, 13 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilir ki, Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu dəfələrlə fəaliyyətinin olmaması səbəbini gətirərək icra sənədinin tam icrasını icra etməkdən yayınmışdır. «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu icra məmurunun qanuni tələlərini yerinə yetirməmişdir. Nəticədə İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu özünü İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərdi ki, hal-hazırda maddi sıxıntıları olduğundan və şirkətin bağlanması səbəbindən işlərinin olmaması səbəbindən Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrası üzrə öhdəliyini yeriinə yetirə bilmir. «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu ona məxsus maşını satıb borcunu ödəyəcəyinə dair söz vermişdir. Barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Tələbkara və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: MN ******* saylı protokola əlavədə qeyd olunur ki, Şirvan Kommersiya Məhkəməsinin 2- 2(086)-109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu “X14 X8 MMC-dən 21715 manat məbləğində pul vəsaiti tutularaq, tələbkar X3 xeyrinə ödənilməli və 100 manat isə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına ilk dəfə xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş və müvafiq qaydada icraata başlamaq haqqında qərar, bildiriş qəbul edilrək icra olunması üçün cavabdehə göndərilmişdir. Cavabdehin ünvanına göndərilmiş məktublar poçt tərəfindən geri qaytarılmışdır. Ünvanına baxış keçirilmiş, lakin “X14 X8 MMC-nin fəaliyyəti aşkar edilməmişdir. Bu barədə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Borclu hüquqi şəxsin əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmişdir. Borclunun adına elektron icra sisteminə əsasən yalnız bank hesablarının olduğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdə icra sənədində göstərilən 21815 manat məbləğin borclunun pul vəsaitlərindən tutulması üçün “X15” ASC-yə inkasso sərəncamı göndərilmişdir. Borclunun bank hesablarından 56.20 azn pul tutulmuşdur. Cavabdeh təşkilatın adına bank hesablarından başqa heç bir əmlakı aşkar edilməmişdir. Daha sonra borclu hüquqi şəxsin direktoru Hakan Böyükbaşa məxsus ***-***-**-** mobil əlaqə nömrəsi öyrənilmiş, xx.xx.2020-ci il tarixdə ona zəng edilmiş və şöbəyə dəvət edilmişdir. Borclu "X14 X8” MMC -nin direktoru xx.xx.2020-ci il tarixdə şöbəyə gəlmişdir. İcraata başlamaq haqqında qərar, bildiriş ona rəsmi təqdim edilmişdir, icra sənədinin 10 gün könüllü müddət ərzində ödənilməsi bildirilmişdir. İzahatı alınmışdır. Borclu hüquqi şəxsin direktoru izahatında "X14 X8” MMC -nin rəhbəri olduğunu, bir ildən çox fəaliyyət göstərmədiyini, bank hesablarında pul vəsaiti olmadığını, adına daşınar və daşınmaz əmlak olmadığını bildirmişdir. İcra sənədi üzrə tələbkar X10 ərizə ilə şöbəyə müraciət edərək borclu təşkilat tərəfindən bu günə kimi heç bir ödənişin olmadığını bildirərək hüquqi şəxsin rəhbərinin məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Bundan sonra borclu hüquqi şəxsin rəhbərinə həm yazılı, həm də şifahi xəbərdarlıq edilmişdir. Keçən müddət ərzində "X14 X8” MMC -nin direktoru Hakan Böyükbaş Fazlı oğlu Nərimanov rayon məhkəməsinin 3(005)- 123/2021 saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat inzibati cərimə edilmişdir. Borclu hüquqi şəxsin rəhbəri tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmayaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Nərimanov rayon məhkəməsinin 3(005)-123/2021 saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra X14 X8” MMC -nin direktoru Hakan Böyükbaş Fazlı oğluna 10 gün yeni müddət verilmişdir. Borclu hüquqi şəxsin direktoru ərizə ilə şöbəyə müraciət edərək mövcud pandemiya ilə əlaqədar işlərin dayandırıldığını, bu səbəbdən də icrasının mümkün olmadığını, buna baxmayaraq məsuliyyətini dərk etdiyini, qətnamənin icrasına heç vaxt maneçillik yaratmadığını,qısa müddətdə tərəfindən ödəniş edilməsinə çalışacağını bildirmişdir. Borclu hüquqi şəxsin direktoru tərəfindən icra sənədinin hissəhissə icra edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilmişdir. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ərizə təmin olunmamışdır. Barəsində cinayət materiallarının hazırlanması məqsədilə xx.xx.2021-ci il tarixdə borclu hüquqi şəxsi rəhbəri Hakan Böyükbaş yenidən şöbəyə dəvət edilmişdir. Qeyd edilən tarixdə borclu şöbəyə gəlmiş, izahatı alınmışdır, cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Lakin Hakan Böyükbaş verdiyi izahatında Azərbaycan qanunlarına sayğı ilə yanaşdığını, məhkəmə qərarını icra etmək istədiyini, lakin bu günə qədər heç bir işi olmadığından ödəyə bilmədiyini, ödəyə bilmək üçün Qarabağda işlərinin olacağını, “para olsa bu gün ödərim” deyə ifadə etmişdir. İcra tədbirləri zamanı əldə edilmiş məlumata əsasən “X14 X8” MMC-nin fəaliyyətinin 2021-ci il tarixdən 2026-cı il tarixədək dayandırıldığı müəyyən olunmuşdur. Habelə borclu hüquqi şəxsin xx.xx.2021-ci il tarixli vergi bəyananməsinə əsasən ödəniləcək vergi məbləğinin 0 manat təşkil etməsi “X14 X8” MMC-nin fəaliyyətinin olmadığı təsdiqini tapmışdır. “X14 X8” MMC-nin fəaliyyətinin olmaması və bank hesabları istisna olmaqla, adına heç bir əmlak olmaması səbəblərinə əsasən borclu hüquqi şəxsin direktoru Hakan Böyükbaş Fazlı oğlunun şöbəyə verdiyi ərizə və izahatlarında icra sənədinin onun tərəfindən qərəzli icra edilməməsi müəyyən olunması, həmçinin barəsində cinayət məsuliyyətinin qaldırılması mümkün olmadığından icra sənədi xx.xx.2021-ci il tarixdə “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən məhkəməyə geri qaytarılmışdır. Daha sonra tələbkar X6 tərəfindən icra şöbəsinin qərarından verilmiş şikayətlə Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 8-2(121 )-22/2021 saylı qərardadı ilə şikayət təmin edilərək Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunması qərara alınmışdır. Bundan sonra Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi şöbənin icraatına xx.xx.2022-ci il tarixdə təkrar daxil olmuşdur və müvafiq qaydada yenidən icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı olaraq xx.xx.2022-ci il tarixdə borclu hüquqi şəxsin rəhbəri Hakan Böyükbaş şöbəyə dəvət edilmişdir. Ona icra sənədi ilə bağlı hüquq və vəzifələri izah edilmiş, xəbərdarlıq edilmiş, izahatı alınmışdır. Hakan Böyükbaş izahatında icra vərəqəsinin təkrar icraya yönəldilməsindən xəbərdar olduğunu, direktoru olduğu “X14 X8” MMC-nin fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirərək ödəniş edilməsi üçün qısa zaman verilməsini xahiş etmişdir. Keçən müddət ərzində borcluya həm yazılı, həm də şifahi xəbərdarlıq edilmiş, məsuliyyət dərəcələri izah edilmiş, icra sənədinin icrası tələb edilmişdir. İcra sənədinin icrasının təmini məqsədilə borclu hüquqi şəxsin rəhbəri Hakan Böyükbaşa icra məmurununun qanuni tələblərini yerinə yetirmədiyinə görə inzibati protokolun veriləcəyi barədə şifahi xəbərdarlıq edilmiş xx.xx.2022-ci tarixdə məhkəməyə inzibati protokol tərtib olunacağı barədə məlumat verilmiş, şöbəyə dəvət olunmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində icraat aparılan şəxsin inzibati xəta haqqında materialllarla tanış olmaq, izahat vermək, sübutlat təqdim etmək, etiraz vermək bu və ya digər hüquqların olduğu bildirilmişdir. Sonradan Hakan Böyükbaş şöbəyə zəng edərək pul topladığını bildirirərək xx.xx.2022-ci il tarixdə şöbəyə gəlib ödəniş edəcəyini bildirdi. Cavabdeh hüquqi şəxsin direktoru Hakan Böyükbaş icra məmurunun çağırışı ilə o şöbəyə gəlsə də məhkəmə qərarı ilə müəyyən edilmiş tələbdən fəaliyyətinin olmamasını əsas gətirərək bu günə qədər yalnız cari ilin mart ayında cəmi 150 manat ödəniş edərək kifayətlənmişdir. Növbəti dəfə hüquqi şəxsin direktoru Hakan Böyükbaşa məxsus əlaqə nömrəsinə zəng edilərək xx.xx.2022-ci il tarixdə icra sənədini tam icra etmədiyi təqdirdə məhkəməyə inzibati protokol veriləcəyi barədə məlumat verilərək şöbəyə dəvət olunmuşdur. “X14 X8” MMC-nin direktoru şöbəyə gəlsə də, icra sənədinin tam icrasını təmin etməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən xx.xx.2022-ci il tarixdə barəsində Nərimanov Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,3(005)-832/2022 saylı qərarı ilə “X14 X8” MMC-nin direktoru Hakan Böyükbaş 1200 manat cərimə olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə inzibati qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilmədiyi Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(005)-832/2022 saylı qərarının dəyişdirilmədən saxlanıldığı müəyyən olunmuşdur. Sözügedən qərara əsasən xx.xx.2022-ci il tarixdə xx.xx.2022-ci il tarixdə X14 X8” MMC-nin direktoru Hakan Böyükbaş inzibati məsuliyyətə cəlb edildikdən sonra tələbin təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni 10 gün müddət müəyyən verilmişdir və habelə şöbəyə dəvət edilmişdir. Dəfələrlə xəbərdarlıq edilmiş, məsuliyyət dərəcələri barədə məlumatlandırılmışdır. 2022-ci ildə X14 X8” MMC-nin direktoru Hakan Böyükbaş tərəfindən hissə -hissə ödənişlər edilərək cəmi 1250 manat ödənilmişdir. Hesablarından tutulmuş (56.2azn) məbləğilə bərabər cəmi 1306.2 azn olmuşdur. İcra sənədinin tam icrasının təmin etmək məqsədilə xx.xx.2022-ci il tarixdə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilmişdir. Nərimanov rayon icra şöbəsinə xx.xx.2022-ci il tarixdə məlumat üçün daxil olmuş Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(005)- 440/2022 nömrəli qərardadı ilə Hakan Böyükbaş Fazlı oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. İcra tədbirləri zamanı xx.xx.2022-ci il tarixdə Nərimanov Rayon Məhkəməsinin daha bir digər 8(005)-440/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı şöbəyə icra olunması üçün göndərilmişdir. Sözügedən qərardadla müəyyən edilmişdir ki, borclu tərəfindən verilmiş şikayətlə X14 X8” MMC-nin direktoru Hakan Büyükbaşa qoyulmuş məhdudiyyətin aradan qaldırılması qərara alınmışdır.İcra şöbəsinə xx.xx.2022-ci il tarixdə məlumat üçün daxil olmuş məhdudiyyətin aradan qaldırılması barədə Nərimanov Rayon Məhkəməsinin 8(005)-440/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından tələbkar Əliyev Nurlan tərəfindən şikayət təmin edilərək Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Hakan Büyükbaş Fazlı oğlunun ölkədən getmək hüququnun icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Bundan Hakan Büyükbaş şikayət versə də Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarılmışdır. İcra tə Şirvan Kommersiya Məhkəməsinin 2-2(086)-109/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsinə görə 100 (yüz) manat ekspertiza tədqiqatının dəyəri “X14 X9” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22. Hesab № AZ34CTRE********************, büdcə təsnifatmm kodu 142319 büdcə səviyyəsinin kodu 3) köçürülməsi. Qarşılıqlı iddia qismən təmin edilməsi, “X14 X9” Məhdud Məsuliyyə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-832/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1.200 (bir min iki yüz) manat məbləğində cərimə edilmişdir. İcra vərəqinin icraya yönəldilməsini təsdiq edən 10 yanvar 2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu «X14 X9» Məhdud Məsuliyyətli Cəmiyyətinə icraata başlama haqqında qərarın surəti rəsmi qaydada göndərilmiş və hüquqi şəxs icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 8-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir; 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir; 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. İXM-in: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 528.1-1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə, Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu məhkəmə qərarı ilə üzərinə qoyulmuş öhdəliyi üzrsüz səbəbdən yerinə yetirməyərək, yuxarıda sadalanan icra sənədlərinin icrasını təmin etməmişdir. Bununla da, borclu ««X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə hesab edir ki, borclunun icra sənədlərinin üzrsüz səbəbdən icra etməməsi iş materiallarında olan sənədlər əsasında öz təsdiqini tapdığından, bu isə öz növbəsində inzibati məsuliyyətə səbəb olduğundan, «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu İXM-in 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törədilmiş inzibati xətanın xarakteri, hazırkı iş üzrə borclunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirməklə borclu barəsində göstərilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 43, 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «X14 Mimarlık Tekstil» Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Hakan Büyükbaş Fazlı oğlu İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2.500 (iki min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar