Məhkəmə qərarları › İş №3(005)-1465/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-1465/2025

20.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-1465/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Şikayət vermiş şəxsin nümayəndəsi Fərdi qaydada fəaliyyət göstərən vəkil X12 iştirakı ilə, Şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər idarəsi X6 barəsində İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar qəbul etmişdir. İnzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsinə xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və həmin protokolun yazılmasına səbəb kimi isə X6 tərəfindən işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış vətəndaşlar X14, X9, X21, X8, X10 ilə xx.xx.2024-cü il tarixdən hal-hazırki dövrədək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq altsistemində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilmişdir. Aşağıda qeyd edilənlərə əsasən hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 tərəfindən X6 barəsində inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar tamamilə əsassızdır və ləğv edilməlidir. X6 tərəfindən heç bir inzibati xəta törədilmədiyindən və inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, ilkin olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək X1 barəsində inzibati xətanın törədilməsinə dair protokol tərtib edərkən inzibati iş üzrə icraat qanunvericiliyin tələblərinə tam riayət olunmaqla aparılmamışdır. X16 Xidməti Bakı şəhər İdarəsi tərəfindən əldə edilmiş məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında (elektron sistemdə olan məlumat) protokol tərtib edilərək həmin protokol əsasında da qərar qəbul edilmiş, vətəndaşlar X14, X9, X21, X8, X7 həmçinin X4 izahatları alınaraq zəruri araşdırma aparılmamış, həmin tarixdə həmin şəxslərlə X6 arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. X16 Xidməti tərəfindən əldə edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, X6 tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə ki, ilkin olaraq bildirir ki, vətəndaşlar X14 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X9 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X21 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X8 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində, X10 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 tərəfindən X6 barəsində protokol tərtib edilən tarixdə həmin fiziki şəxslər işləməmişdir, onlarla bağlanan əmək müqaviləsinə protokol tərtib edilən tarixdən əvvəl xitam verilmişdir. Bunlardan əlavə qeyd edir ki, adları qeyd edilən fiziki şəxslər işğaldan azad olunan regionlara sürücü kimi yük daşıyarkən müvafiq elektron dövlət portalda qeydiyyatdan keçirilərək icazə alınır. Bu qeydiyyat, icazə adətən aylıq olur və yük sifarişçisi tərəfindən sistemə daxil edilir. Yəni X2 olaraq fəaliyyət göstərmişdir. Qərarda adları qeyd edilən fiziki şəxslərin işğaldan azad olunan regionlara sürücü kimi yük daşıyarkən müvafiq elektron dövlət portaldan icazəsini də X6 deyil Podratçı "xxxx" MMC baş podratçı və X23 Cəmiyyəti tərəfindən həyata keçirilmişdir. Tərəfindən işçi fəaliyyətə başladığı ana qədər dərhal əmək müqaviləsi bağlanılır. Lakin bəzən ola bilir ki, sürücü ayın ortasında - portalda qeydiyyatın vaxtı bitməmiş (hazırki işdə olduğu kimi) işdən azad olunur. Yəni sürücü işə qəbul edildikdən sonra onun işğaldan azad edilmiş ərazilərə yük daşıması üçün müvafiq elektron portaldan icazəsi “Merkuri" MMC baş podratçı və X23 Cəmiyyət tərəfindən alınır. İcazə adətən bir və ya bir neçə aylıq müddətə olur. Lakin işin gedişatında bir çox məsələlərlə bağlı işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq işçinin işğaldan azad olunmuş ərazilərə giriş-çıxış icazəsi portalda aktiv qalır. Göründüyü kimi protokolda qeyd edilən işçilər, protokol tərtib edilən tarixdə artıq işləmirdilər. Onların müvafiq portalda icazəsinin aktiv qalması onlarla X6 arasında hər hansı qanunsuz əmək münasibətlərinin olmasına dəlalət etmir. Protokol tərtib edilən tarixdə X14, X9, X21, X8, X10 və X6 arasında heç bir əlaqəsi olmamış, həmin şəxslərə portaldan icazə əvvəlcədən başqa "xxxx" MMC baş podratçı və X23 Cəmiyyət tərəfindən 3 aylıq müddətə alındığından sadəcə icazə aktiv qalmışdır. Bunlardan əlavə qeyd edirik ki, onun və ümumiyyətlə bütün hüquqi və fiziki şəxslərin işçilərinin icazə alınması, icazənin ləğv edilməsi ilə bağlı portala daxil olması, portalda əvvəllər icazə alınmış işçilərin sonradan portaldan çıxartması və ya orada hər hansı dəyişikliklər etməklə bağlı portala girişi və səlahiyyəti yoxdur. Ona görə də əmək müqaviləsinə xitam verilmiş işçilərin, elektron portalda icazəsinin ləğv etməsi onun tərəfindən həyata keçirilməsi qeyri mümkündür. Əmək müfəttişliyi elektron sistemlə hər şeyi həll edirsə, elə elektron sistemə baxanda həmin işçilərlə bağlanmış əmək müqaviləsinə protokol tərtib edilən tarixdə artıq xitam verilməsini müəyyən edə bilərdi. Göründüyü kimi protokol tərtib edən orqan heç bir araşdırma aparmadan X5 heç bir aidiyyəti olmayan, X6 ilə artıq işləməyən, X14, X9, X21, X8, X7 tərəfimdən əmək müqaviləsi bağlamadan hər hansı işlərə cəlb edilməsi barədə əsassız protokol tərtib etmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 31 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X21 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 40 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 "a" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 30 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 "a" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 43 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X9 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 44 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X14 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Göründüyü kimi protokol tərtib edilən tarixlərdə həmin fiziki şəxslərlə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qanunvericiliyin məzmunundan aydın olur ki, işəgötürən ilə işçi arasında bağlanmış əmək müqaviləsi, bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi hazırkı iş üzrə heç bir araşdırılma aparılmamış, şikayətə əlavə edilmiş sübutlarla X6 tərəfindən əmək müqaviləsi bağlanılmadan işçi ilə qanunazidd olaraq əmək münasibətlərinə daxil olması faktı öz təsdiqini tapmamışdır. X6 tərəfindən işçi ilə əmək müqaviləsi bağlanmamasına dair pozuntuya yol verilməsi aşkar edilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə düzgün hüquqi nəticəyə gəlməmiş X6 barəsində haqlı olmayaraq inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərara qəbul edilmişdir. Onu da qeyd edir ki, xx.xx.2024cü il tarixli qərarı xx.xx.2025-cü il tarixində poçt vasitəsi ilə əldə etmişlər. Bütün yuxarıda qeyd edilənlərdən də göründüyü kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 heç bir araşdırma aparmadan, əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd olunanlardan da göründüyü kimi MMC tərəfindən heç bir inzibati xəta törədilməyinə baxmayaraq barəmdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Yuxarıda qeyd edilən işin hallarından, maddi və prosessual hüquq normalarının tələbindən də görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin X6 barəsində tərtib etdiyi xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərar əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Şikayət vermiş şəxsin vəkili X15 verilmiş şikayət ərizəsinin məzmununa uyğun şəkildə çıxış edərək şikayət ərizəsinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, məsələ araşdırılmadan səlahiyyətli orqan xətanın mövcudluğunu portal üzərindən aşkar etmişlər. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin 10 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. xx.xx.2024 cü il tarixli, 40 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X21 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. xx.xx.2024 cü il tarixli, 31 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki. X8 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 "a" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. xx.xx.2024 cü il tarixli, 30 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 "a" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. xx.xx.2024 cü il tarixli, 43 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki. X9 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a" bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. xx.xx.2024 cü il tarixli, 44 saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, X14 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2 “a” bəndinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta hadisəsi olmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Bakı şəhər idarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinin 4-1-ci bəndinə əsasən əmək münasibətləri - əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlərdir; 5-ci bəndinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bu Məcəllə ilə müəyyən edilmiş formada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır; 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir; 5-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələbindən göründüyü kimi işçi ilə işəgötürən arasında əmək münasibətləri yaranmalı və onlar arasında bu münasibətin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini müəyyən edən əmək müqaviləsi bağlanmalıdır. Məhz əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda tərəflər arasında əmək münasibətləri yaranır. Əmək qanunvericiliyinə uyğun olaraq əmək müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış hesab olunur və hüquqi qüvvəyə minir. Həmçinin, əmək müqaviləsinə xitam verilməsi barədə əmr işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir və bununla da tərəflər arasında əmək münasibətləri başa çatmış olur. Qanunvericiliyin bu tələbləri Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində nəzərdə tutulmuş əmək hüquqlarının etibarlı təminatını müəyyən edir, əmək müqaviləsi rəsmi qeydiyyata alınmadan işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsini qadağan edir. Bu tələblərin pozulması isə müvafiq olaraq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə qeyd edir ki, İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta formal tərkiblidir və fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi andan başa çatmış sayılır. Hazırkı halda da X4 əməlində həmin tərkib əlamətlərinin mövcud olub-olmaması nəzərə alınmalıdır. Belə ki, iş üzrə müəyyən olunduğu kimi fərdi sahibkar X6 ilə X19 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, X10 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, X8 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmiş, X21 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmiş və X9 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış və bu müqaviləyə müvafiq əmrlə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş qurum qərarda adları göstərilmiş şəxslərin əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra fərdi sahibkar X6 tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi qənaətinə isə həmin şəxslərin işğaldan azad olunmuş yerlərə giriş icazəsinin olması səbəbindən gəlmişdir. Lakin qeyd edilməlidir ki, bu hal özüözlüyündə İXM-in 192.1-ci maddəsi ilə məsuliyyətə səbəb olmur. Belə ki, şəxslərin işğaldan azad olunmuş yerlərə aktiv giriş icazəsinin olması onun hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi mənasına gəlmək üçün əsas ola bilməz. Yəni, İXM-in 192.1-ci maddəsinin tərkibinin yaranması üçün fiziki şəxslər əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməlidir ki, bu hal isə hazırda X4 hərəkətlərində mövcud deyildir. Bundan əlavə məhkəmə qeyd edir ki, səlahiyyətli orqan inzibati araşdırma zamanı yalnız bir sübuta (X20 portaldan çıxarışı) istinad etmişdir. X20 portaldan çıxarışı olsa belə həmin şəxslərin şəxsiyyəti müəyyən edilməmiş və onların həmin dövrdə vəzifəli şəxs tərəfindən işğaldan azad olunmuş ərazilərdə işlərə cəlb edilməsinə dair istiqamətdə hər hansı araşdırma aparılmamışdır. İXM-in: 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, hadisənin baş verməməsi sübut olunduğundan, yəni inzibati xəta hadisəsi olmadığından X4 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin olunsun. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib 4000 (dörd min) manat cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Bakı şəhər İdarəsinin 10 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar