Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(005)-147/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi ilə, Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X2 şöbəsinin rəisi X1 tərəfindən tərtib edilmiş 28 dekabr 2022-ci il tarixli 00100-02810/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, **********8907 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********1462 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********1027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********1025 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********4756 sorğu nömrəli xx.xx.2022-ci il tarixli və **********4758 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri istisna olmaqla **********2356 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, **********8593 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, **********0564 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, **********8009 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, **********5130 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, **********8328 sorğu nömrəli xx.xx.2021-ci il tarixli, **********1000 sorğu nömrəli xx.xx.2021-ci il tarixli və **********2431 sorğu nömrəli gömrük bəyannamələri üzrə yaranan əlavə ödənişlər barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında is üzrə icraatın başlanılması Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən inzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində nəzərdə tutulan müddətlər başa çatdığı üçün mümkün olmamışdır və həmin bəyannamələr üzrə Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 249.1-ci maddəsinə əsasən gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları məcburi tutulduğuna görə məhkəmə qaydasında iddia qaldırılması ilə bağlı hüquqi təminat idarəsinə 34/013/030592 nömrəli xx.xx.2022-ci il tarixli raport yazılmışdır. Odur ki, **********8907 sorğu nömrəli xx.xx.2022ci il tarixli, **********1462 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********1027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********1025 sorğu nömrəli xx.xx.2022-ci il tarixli, **********4756 sorğu nömrəli xx.xx.2022- ci il tarixli və **********4758 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannamələri üzrə yaranan əlavə ödənişlər barədə Şəxs MMC Azərbavcan Respublikası inzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəflər məhkəmə iclasına gəlməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi və vəkili X6 izahatında göstərmişdir ki, nümayəndəsi olduğu MMC Azərbaycan Respublikasına santexnika mallarının idxalı və satışını həyata keçirir, onlar malları sifariş etdikləri müddətdə bəyan olunan qiymət şirkət tərəfindən təqdim edilmiş qiymətlərdir. Onlara təqdim edilmiş invoys əsasında yükləri bəyan edərək rəsmiləşdirirlər. Yaranmış fərq ilə bağlı qeyd edir ki, ixrac edən şirkətlər il ərzində tez-tez malların qiymətini dəyişirlər. Onlar sifariş etdikləri müddətdən 4-5 av keçdikdən sonra yük hazır olub göndərilir və o müddət ərzində qiymət dəyişmiş ola bilər və onların bundan məlumatı olmur, çünki əvvəldən razışlaşdıqları qiymət əsasında ödənişi həyata keçirirlər. Qeyd edilənləri nəzərə almağı xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş DGK tərəfindən 1000-200/2xx-xx/020820 savlı xx.xx.2022-ci il tarixli məktubla BBGİ-yə göndərilən X3 və Aksiz Xidmətindən alınmış cavab məktubunda göstərilən qiymətlərlə Şəxs MMC tərəfindən gömrük rəsmiləşdirilməsi zamanı təqdim edilən FVR2100226 savlı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 9932.24 avro deyil, 14667.39 avro və çatdırlma şərtinin EXW VİLLAFAMES olduğu. FVR2100221 nömrəli xx.xx.2021-ci il tarixli invovs sənədində yükün dəyəri 11976.96 avro deyil, 19435.54 avro və çatdırlma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2100204 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində yükün dəyəri 11059.20 avro deyil, 12386.30 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2100159 saylı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 11570.32 avro deyil, 18121.84 avro və çatdırlma şərtinin EXW VİLLAFAMES olduğu. FVR2100115 saylı xx.xx.2021-ci il tarixli invoysda qeyd olunan yükün dəyəri 8393.60 avro deyil, 7424.95 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2100080 savlı xx.xx.2021-ci il tarixli invovs sənədindəyükün dəyəri 8858.68 avro deyil, 14488.26 avro olduğu, FVR2100058 savlı xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 8631.68 avro deyil, 15984.54 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR22Q0003 saylı xx.xx.2022-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 11462.26 avro deyil, 17943.13 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2100298 saylı, xx.xx.2021-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 11937.60 avro deyil, 21627,42 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2200040 saylı xx.xx.2022-ci il tarixli invovs sənədində qeyd olunan yükün dəyəri 15515.14 avro deyil, 16015.14 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2200045 saylı xx.xx.2022-ci il tarixli invovs sənədində yükün dəyəri 15994.37 avro deyil, 16194.37 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR2100187 saylı 07,07.2021-ci il tarixli invovs sənədində yükün dəyəri 12553.45 avro deyil, 12653.45 avro və çatdırılma şərtinin EXW VİLLAFAMES olduğu, FVR22000022 və FVR2200024 saylı 31.01 2022-ci il tarixli invovs sənədində yükün dəyəri cəmi 26058.24 avro olduğu və çatdırılma şərtinin EXW VİLLAFAMES bildirilir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinin rəisi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli raportdan görünür ki, **********2356 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri 9932,24 avro deyil, 14667,39 avro və çadırılma sərti EXW VİLLAFAMES olduğu halda 1201.23 azn idxal gömrük rüsumu, 1657,70 azn əlavə dəyər vergisi, 1043.51 azn dəbbə pulu, **********8593 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri 11976.96 avro deyil, 19435.54 avro və çadırılma şərti EXW VİLLAFAMES olduğu halda 1560.78 azn idxal gömrük rüsumu, 2153.88 azn əlavə dəyər vergisi, 1355.85 azn dəbbə pulu, **********0564 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri'11059.20 avro deyil, 12386.30 avro və çadırılma sərti EXW VİLLAFAMES olduğu halda 587.06 azn idxal gömrük rüsumu, 810.15 azn əlavə dəyər vergisi, 510 azn dəbbə pulu, **********8009 sorğu nömrəli, xx.xx.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri 11570.32 avro deyil, 18121.84 avro və çadırılma şərti EXW VİLLAFAMES olduğu halda 1755.54 azn idxal gömrük rüsumu, 2422.65 azn əlavə dəyər vergisi, 1525.04 azn dəbbə pulu, **********5130 sorğu nömrəli xx.xx.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri 8393.60 avro deyil, 7424.95 avro və çadırılma sərti EXW VİLLAFAMES olduğu halda əlavə ödəniləcək gömrük ödənişləri yaranmır, **********8328 sorğu nömrəli 11,05.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri 8858.68 avro deyil, 14488.26 avro və çadırılma sərti EXW VİLLAFAMES olduğu halda 918.83 azn idxal gömrük rüsumu. 1267.98 azn əlavə dəyər vergisi, 798.19 azn dəbbə pulu, **********1000 sorğu nömrəli xx.xx.2021-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəyəri 8631.68 avro deyil, 15984.54 avro və çadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1224.51 idxal gömrük rüsumu, 1689.82 azn əlavə dəyər vergisi, 1063.73 dəbbə pulu, **********8907 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəvan edilmiş yükün invovs dəvəri 11462.26 avro deyil, 17943.13 avro və çadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 892.83 azn idxal gömrük rüsumu, 1232.11 azn əlavə dəyər vergisi. 701.23 azn dəbbə pulu, **********1462 sorğu nömrəli xx.xx.2022-ci il GB ilə bəvan edilmiş yükün invovs dəvəri 11937.60 avro deyil, 21627.42 avro çadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 2842.19 azn idxal gömrük rüsumu, 3922.23 azn əlavə dəyər vergisi, 2469.01 azn dəbbə pulu. **********1027 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş v^foün invovs dəvəri 15515.14 avro deyil, 16015.14 avro və cadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1032.29 azn idxal gömrük rüsumu, 1424.57 azn əlavə dəyər vergisi, 589.65 azn dəbbə pulu, **********1025 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükün invovs dəyəri 15994.37 avro deyil, 16194.37 avro və cadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 948.41 azn idxal gömrük rüsumu, 1308.81 azn əlavə dəyər vergisi, 541.73 azn dəbbə pulu, **********2431 sorğu nömrəli xx.xx.2021-ci il tarixli GB ilə bəyan edilmiş yükün invovs dəyəri 12553.45 avro deyil, 12653.45 avro və cadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda əlavə ödəniləcək gömrük ödənişləri yaranmır, **********4756 və **********4758 sorğu nömrəli xx.xx.2022-ci il tarixli GB ilə bəyan edilmiş yükün invovs dəyərinin cəmi 26058.24 azn və çadırılma şərtinin EXW VİLLAFAMES olduğu halda 1551.07 azn idxal gömrük rüsumu, 2421.19 azn əlavə dəyər vergisi, 1072.51 azn dəbbə pulu olmaqla əlavə ödəniləcək gömrük ödənişləri yarandığı bildirilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində cərimə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 3972,26 manat vəsaiti məbləğinin 70 (yetmiş) faizi miqdarında, yəni 2780,4 manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №3(005)-147/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №3(005)-147/2023
31.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver